Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Diplomat” jurnalının may-iyun nömrəsi “Bakı-2015” birinci Avropa Oyunlarına həsr edilib

“Diplomat” jurnalının may-iyun nömrəsi “Bakı-2015” birinci Avropa Oyunlarına həsr edilib

14.05.2015 [09:58]

Böyük Britaniyada nəşr edilən “Diplomat” jurnalının may-iyun nömrəsi “Bakı-2015” birinci Avropa Oyunlarına həsr edilib.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə hazırlanan xüsusi buraxılışda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla müsahibə, eləcə də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və “Bakı-2015” birinci Avropa Oyunlarının baş əməliyyat direktoru Saymon Kleqqin yazıları yer alıb.
Bundan başqa, jurnalda səfir Tahir Tağızadənin bu idman hadisəsinin əhəmiyyəti barədə oxuculara xüsusi müraciəti və jurnalın redaktoru V.Kuffelerin geniş yazısı dərc edilib.
Xüsusi nəşrdə Azərbaycanın beynəlxalq olimpiya hərəkatında iştirakı və indiyədək əldə etdiyi nailiyyətlər, eləcə də “Bakı-2015”-in qrafiki, yeni tikilən idman qurğuları, yenilənən infrastruktur və yarışlarda iştirak edəcək idmançılar haqqında ətraflı məlumatlar verilib.
Qeyd edək ki, 1948-ci ildə təsis edilmiş “Diplomat” jurnalının əsas oxucuları Londondakı diplomatik korpusun nümayəndələri, Böyük Britaniya Parlamentinin hər iki palatasının üzvləri, Avropa İttifaqının komissarları, Avropa Parlamentinin deputatları və digər yüksək vəzifəli şəxslərdir.

Paylaş:
Baxılıb: 1099 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30