Brüsseldə keçirilən Avropa idman gecəsində “Bakı-2015” təqdim edilib
09.05.2015 [13:00]
Brüsseldə keçirilən Avropa idman gecəsində “Bakı-2015” birinci Avropa Oyunları təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Avropa Olimpiya Komitəsinin Avropa İttifaqı yanındakı ofisi və Almaniyanın Hessen əyalətinin birgə təşkilatçılığı ilə keçirilib.
Avropa Olimpiya Komitəsi rəhbərliyinin, Avropanın müxtəlif ölkələrinin Olimpiya komitələrinin prezidentlərinin, Avropa Parlamentinin üzvlərinin, qitənin idman ictimaiyyətinin təmsilçilərinin, habelə Almaniyanın Hessen əyalətinin ali nümayəndələrinin iştirakı ilə keçirilən idman gecəsində əvvəlcə tədbir və iştirakçılar haqqında məlumat verilib.
Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Avropa Parlamentinin sədri Martin Şults çıxış edərək qitənin dəyərlərindən, idman ənənələrindən, potensialından, gənclərin bədən tərbiyəsi və idmana marağının daha da artırılmasının vacibliyindən bəhs ediblər. Çıxışlarda Bakıda keçiriləcək birinci Avropa Oyunlarının ən yüksək səviyyədə təşkil edilməsindan danışılıb və qitənin bu yarışlarının böyük müvəffəqiyyətlə baş tutacağına əminlik ifadə olunub.
Patrik Hikki deyib: “İlk Avropa Oyunlarına hazırlıq yüksək səviyyədədir. Mən ötən həftə Bakıda oldum. Gördüklərimdən çox böyük təəssürat almışam. Bizim hələ 5 həftəmiz var. İndidən heç bir riskimiz qalmayıb. Bütün işlər düzgün həyata keçirilib. Brüsseldə təşkil olunmuş bu gecə bütün uğurları hamıya göstərmək üçün gözəl fürsət oldu. Bakıda birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi, eləcə də atletlərin rahatlığı üçün hər cür şərait yaradılıb”.
Brüsseldə ilk Avropa Oyunlarının təqdimatında iştirakından məmnunluğunu bildirən Martin Şults deyib: “Avropa Oyunlarının keçirilməsi ədalət, tolerantlıq və qarşılıqlı hörmət kimi ali dəyərləri nümayiş etdirəcək. Oyunların yüksək səviyyədə keçirilməsi üçün kifayət qədər əmək sərf edilir. Mən Oyunların müvəffəqiyyətlə keçiriləcəyinə inanıram. İdmanın inkişafı tolerantlıq üçün çox vacibdir”.
Avropa Olimpiya Komitəsinin vitse-prezidenti Yanez Kosiyaniç bildirib: “Hesab edirəm ki, Oyunlara hazırlıq çox yüksək səviyyədədir. Bu, böyük idman hadisəsi olacaq. Birinci Avropa Oyunları yüksək keyfiyyətli və müasir standartlara cavab verəcək səviyyədə təşkil olunacaq. Bu Oyunlar təqribən bir aydan sonra başlayacaq və bununla da biz öz qitəmiz üçün gözəl bir ənənəyə start verəcəyik”.
Bu Oyunlara hazırlığın Azərbaycana nəyə qadir olduğunu sübut etmək üçün gözəl şərait yaratdığını vurğulayan Avropa Karate Federasiyasının prezidenti Antonio Espinos Ortueta deyib: “Azərbaycan Avropa Oyunlarını lazımi səviyyədə keçirmək üçün böyük işlər görüb. Yeni idman qurğuları inşa edilib. Bütün işlər yüksək keyfiyyətlə həyata keçirilib. Əminəm ki, bu Oyunlardan sonra Azərbaycan və onun gücü haqqında müxtəlif dairələrdə hələ çox danışılacaq”.
Sonra Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çıxış edib. Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün istiqamətlərdə qazandığı nailiyyətlərin idman sahəsinə də şamil olunduğunu, beynəlxalq idman təşkilatlarının bu faktı dəfələrlə vurğuladıqlarını deyib. O, Azərbaycanın nüfuzlu beynəlxalq yarışların uğurla keçirildiyi ölkə olduğunu söyləyib.
Azad Rəhimov birinci Avropa Oyunlarına hazırlıq prosesi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sədrlik etdiyi Avropa Oyunlarının Təşkilat Komitəsinin qısa müddətdə gördüyü işlər haqqında ətraflı məlumat verib. O, həmçinin birinci Avropa Oyunlarında təmsil olunacaq idman növləri və idmançılar barədə danışıb.
Sonra birinci Avropa Oyunlarından bəhs edən videoçarx nümayiş etdirilib. Videoçarxda Azərbaycanın qısa müddətdə Avropa Oyunlarının ən yüksək səviyyədə keçirilməsi üçün atdığı addımlardan, respublikamızın idman qurğularının yarışları qəbul etməyə tam hazır olmasından, Təşkilat Komitəsinin fəaliyyətindən ətraflı bəhs olunub.
Tədbir interaktiv şəraitdə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31

