Londonda “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı maraqla qarşılanıb
29.04.2015 [10:25]
Heydər Əliyev Fondu və birinci Avropa Oyunları Təşkilat Komitəsinin birgə təşkilatçılığı və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Londonun məşhur “The Dorchester Hotel”ində birinci Avropa Oyunlarının təqdimatı keçirilib.
Təqdimat mərasimində hər iki ölkədən dövlət və hökumət nümayəndələri, Britaniyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, deputatlar, London ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.
Paytaxt Bakını bir neçə dəfə ziyarət etdiyini bildirən aparıcı hazırlıq işlərinin yüksək səviyyədə getdiyini və birinci Avropa Oyunlarının möhtəşəm idman tədbiri olacağını diqqətə çatdırıb.
Gənclər və idman naziri Azad Rəhimov “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq prosesindən, görülmüş işlərdən və oyunların ilk dəfə məhz Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb. Nazir bildirib ki, yaxın keçmişdə London beynəlxalq olimpiya oyunlarına ev sahibliyi edib. Yüksək səviyyəli idman təcrübəsi olan bir şəhərdə Avropa Oyunlarının təqdimatını keçirmək olduqca qururvericidir.
A.Rəhimov Avropa Oyunlarının ilk məşəlinin alovlandırılması mərasimi haqqında da məlumat verib. Prezident İlham Əliyevin məşəli alovlandırması ilə Oyunların həyəcanını artıq Azərbaycanın hər nöqtəsində hiss etməyin mümkün olduğu qeyd edilib.
Dövlət rəsmisi vurğulayıb ki, idmanı dəstəkləmək və inkişaf etdirmək Azərbaycanın milli prioritetləri sırasındadır. Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda qazandığı nüfuzun təsdiqidir. Siyasi, iqtisadi və mədəni əhəmiyyəti ilə diqqət çəkən bu hadisə, eyni zamanda, Azərbaycanın idman sahəsində son illərdə qazandığı uğurlara inamın göstəricisidir. Təsadüfi deyil ki, Azərbaycan 2002-ci ildən bəri 36 beynəlxalq yarışa ev sahibliyi edib. 2014-cü ildə bədii gimnastika üzrə Avropa çempionatı da Bakıda keçirilib. İyirmi üç illik müstəqilliyi dövründə 200-dən artıq atletlə Yay və Qış Olimpiya Oyunlarında təmsil olunan ölkəmiz bu günədək olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2000-dək medal qazanıb.
Nazir Azərbaycan və Britaniya arasındakı tarixi əlaqələr, Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban Əliyevanın mədəni irsin qorunub saxlanması, mədəniyyətlərarası dialoqun təşviq olunması və gənclərin təhsil almaları üçün imkanların yaxşılaşdırılması istiqamətində ölkə daxilində və xaricdə həyata keçirdiyi işlər barədə də məlumat verib.
Çıxışının sonunda A.Rəhimov qonaqları möhtəşəm idman tədbirini izləməyə dəvət edib.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki “Bakı-2015” Avropa Oyunlarının təşkilatçılığında əməyi olan hər kəsə minnətdarlığını bildirib və bu yarışların heyrətamiz idman tədbiri olacağına əminliyini ifadə edib. Qeyd olunub ki, Avropa tarixən idman qitəsi olub. Qitənin gənc nümayəndəsi Azərbaycan son illərdəki sürətli inkişafı və bir çox beynəlxalq idman tədbirlərini yüksək səviyyədə təşkil etməsi ilə idman ölkəsi olduğunu təsdiqləyib.
Patrik Hikki diqqətə çatdırıb ki, iyun ayında keçiriləcək oyunlarla Avropa qitəsi Azərbaycan ilə qürur duyacaq.
Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Sebastian Coe təqdimatın təşkilatçılarına minnətdarlığını ifadə edərək Oyunların başlamasına çox az vaxt qaldığını, hamının həyəcanlı olduğunu və idman tədbirini səbirsizliklə gözlədiklərini bildirib. O, “Bakı-2015” Avropa Oyunlarının xüsusilə gənc atletlər üçün böyük fürsət olduğunu vurğulayıb, Bakının bundan sonra beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi edəcəyinə əminliyini diqqətə çatdırıb.
“Bakı-2015”in baş əməliyyat direktoru Simon Kleqq qeyd edib ki, Avropa Oyunlarının qitənin idman təqvimində xüsusi yer tutacağı şübhə doğurmur. Avropa cüdo çempionatının da oyunlara əlavə edilməsi bunun daha bir sübutudur. S.Kleqq vurğulayıb ki, ilk dəfə keçirilməsinin doğurduğu çətinliklərə baxmayaraq, Avropa Oyunları bundan sonra dörd illik beynəlxalq səviyyəli idman tədbiri olacaq.
S.Kleqq, həmçinin Azərbaycanın tarixi uğurlarından bəhs edərək, müsəlman dünyasında qadınlara ilk səsvermə hüququnun məhz Azərbaycanda reallaşdığını bildirib. Paytaxt Bakının tarixi memarlıq abidələrindən bəhs edən S.Kleqq, bu gənc ölkənin qısa zamanda əldə etdiyi uğurların təqdirəlayiq olduğunu vurğulayıb.
Tədbir çərçivəsində ilk Avropa Oyunları ilə bağlı müxtəlif videoçarxlar nümayiş etdirilib. Azərbaycanda yaradılmış çoxfunksiyalı, müasir idman infrastrukturu tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Mərasim fortepianonun müşayiəti ilə azərbaycanlı skripkaçı Nəzrin Rəşidovanın ifasında konsert proqramı ilə davam edib. Qonaqlara Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan, Azərbaycanın milli mənəvi dəyərlərini əks etdirən, birinci Avropa Oyunlarına aid suvenir və jurnallardan ibarət hədiyyələr paylanılıb.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

