Azərbaycanda növbəti Uşaq Paralimpiya Oyunları keçirilib
21.12.2025 [13:22]
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi və “Azercell Telecom” MMC-nin tərəfdaşlığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində növbəti Uşaq Paralimpiya Oyunları keçirilib.
Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Azərbaycan Deflimpiya Komitəsinin prezidenti Anar Bayramov, İdman Akademiyasının rektoru Fuad Hacıyev, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə Azərbaycanda formalaşan milli paralimpiya hərəkatının ötən dövrdə böyük inkişaf yolu keçdiyini vurğulayıblar. Prezident İlham Əliyevin Azərbaycan idmanının, o cümlədən paralimpiyamızın inkişafına xüsusi diqqət və qayğısı nəticəsində idmançılarımızın, həmçinin paralimpiyaçılarımızın əldə etdiyi tarixi qələbələrdən bəhs olunub.
Uşaq paralimpiyaçılarımızın da həmin idman nailiyyətlərini uğurla davam etdirmək əzmində olduğu qeyd edilib. Keçirilən Uşaq Paralimpiya Oyunlarının ölkəmizdə uşaq paralimpiya hərəkatının inkişafı, əlilliyi olan uşaqların idmana marağının artırılması baxımından xüsusi önəmi diqqətə çatdırılıb.
Daha sonra DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradıcı heyəti tərəfindən musiqi nömrələri təqdim edilib.
Oyunlarda 130 uşaq paralimpiyaçı iştirak edib. Onlar 8 idman növü (paracüdo, parastolüstü tennis, parataekvondo, paraüzgüçülük, parapauerliftinq, parabadminton, parakamandan oxatma, boccia) üzrə müxtəlif kateqoriyalarda mübarizə aparıblar. Bu dəfəki Uşaq Paralimpiya Oyunları əvvəlki Oyunlara nisbətən daha çox olmaqla 8 idman növündə keçirilib.
Sonda qaliblərin mükafatlandırma mərasimi olub. Həmçinin, Oyunlarda iştirak edən digər paralimpiyaçı uşaqlara sertifikat və hədiyyələr təqdim edilib.
Uşaq Paralimpiya Oyunlarının keçirilməsinin əsas məqsədi əlilliyi olan uşaqların idmana cəlb olunması və onların idman bacarıqlarının inkişaf etdirilməsi ilə Azərbaycanı gələcəkdə beynəlxalq idman arenalarında layiqincə təmsil edəcək yeni paralimpiyaçı nəslinin yetişdirilməsidir.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

