Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycanın zədəli cüdoçularının son durumu açıqlanıb

Azərbaycanın zədəli cüdoçularının son durumu açıqlanıb

30.01.2025 [23:11]

Azərbaycan millisinin zədəli cüdoçularının vəziyyətinə aydınlıq gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının performans direktoru Riçard Trautman qurumun rəsmi saytına müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, Elcan Hacıyev, Yaşar Nəcəfov və Gültac Məmmədəliyeva cərrahiyyə əməliyyatından sonra bərpa prosesindədirlər: “Onlar tam gücləri ilə olmasa da, artıq məşqlərə qayıdıblar. Bununla belə, irəliləyiş aydındır və onlar optimal formalarına qayıtmaq yolunda inamla irəliləyirlər”.

R.Trautman Turan Bayramov və Vüqar Talıbovun hərbi xidmət səbəbindən müvəqqəti olaraq idman fəaliyyətlərini dayandırdıqlarını söyləyib: “Turan cəmi bir ay əvvəl məşqlərə qayıdıb, tezliklə Vüqar da onlara qoşulacaq. Digər idmançılarımızın da kiçik çətinlikləri var. Məsələn, Zelim Tçkayevin kiçik zədələri var və onların müalicəsi tələb olunur. İlin əvvəlində Bakıda, Parisdə və Daşkənddə keçiriləcək turnirlərdə iştirak planlaşdırılıb. Bu yarışlarda, belə demək mümkünsə, eksperimental heyət iştirak edəcək. Heyət idmançıların hazırlıq səviyyəsinə əsasən formalaşdırılacaq. Əsas diqqət gənc, iddialı və istedadlı cüdoçularımızın potensialını yoxlamağa yönəldiləcək”.

Paylaş:
Baxılıb: 567 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30