Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / AFFA Çempionlar Liqasının final oyununun Bakıda keçirilməsi üçün UEFA-ya müraciət edib - RƏSMİ

AFFA Çempionlar Liqasının final oyununun Bakıda keçirilməsi üçün UEFA-ya müraciət edib - RƏSMİ

23.10.2024 [15:10]

AFFA 2027-ci ildə Çempionlar Liqasının final oyununa evsahibliyi üçün UEFA-ya müraciət edib.

Bu barədə AZƏRTAC-a milli assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qitənin bir nömrəli klub turnirinin həlledici matçının Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi üçün Avropa futbol qurumuna rəsmi müraciət ünvanlanıb.

UEFA-nın yaydığı məlumata görə, BOS-la yanaşı, İspaniyanın Madrid şəhərində yerləşən "Metropolitano" stadionu da final oyununa evsahibliyi etməyə namizədliyini irəli sürüb.

Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasının finalı görüşü Almaniyanın Münhen şəhərində keçiriləcək.

Paylaş:
Baxılıb: 515 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

Ədəbiyyat

MEDİA

Ədəbiyyat

Sazım

20 İyun 08:50

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30