Azərbaycanda kənd təsərrüfatında ümumi məhsul istehsalı 7,1 faiz artıb
20.06.2012 [22:00]
Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı da sürətlə inkişaf edir. ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması isə təsadüfi deyil. Dövlət əhalinin ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam edir. Həm də Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla iş yerləri ilə təminatda ən böyük pay sahibidir. Eyni zamanda, bu sahə həm də kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir edən sektordur. Təsadüfi deyil, 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbulda iştirak edən Prezident İlham Əliyev aqrar sektorun inkişafının dövlətin qarşısında duran mühüm vəzifələrdən biri olduğunu vurğulayıb: “Kənd təsərrüfatı, inkişaf etdirilməlidir. çünki əhalimizin demək olar ki, yarısı aqrar sektorda çalışır. Bu sahə də prioritetlər sırasındadır. Yəni, hər bir sahə prioritetdir. Amma əgər əvvəlki dövrdə biz prioritetlər deyəndə, ilk növbədə, neft-qaz sektorunu nəzərdə tuturduqsa, hazırda bu, belə deyildir. çünki neft-qaz sektorunda qarşımıza qoyduğumuz bütün vəzifələri ləyaqətlə icra etmişik. çoxşaxəli ixrac infrastrukturumuz, yeddi neft-qaz kəmərimiz vardır. Neftimiz, qazımız bütün istiqamətlər üzrə dünya bazarlarına çıxarılır”.
ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. Aqrar sektora dövlət tərəfindən qoyulan investisiyalar ilbəil artır. Yeni texnikalar alınır, dövlət tərəfindən subsidiyalar ayrılır, aqro xidmət sahələri yaradılır, güzəştli şərtlərlə gübrə, yanacaq, lizinqlər verilir. Sahibkarlara güzəştli şərtlərlə verilən kreditlər hesabına yeni aqrar istehsal sahələri yaranır. Bunun nəticəsində ölkəmizdə aqrar sektorda məhsul istehsalının artması yeni emal müəssisələrinin yaradılması tələbatını orta qoyur. Kənd təsərrüfatının inkişafının rəqəmlərlə ifadəsinə gəldikdə isə, aqrar sahəyə göstərilən qayğı və dəstəyin nəticəsində ölkədə kənd təsərrüfatı məhsullarının istehsalında əvvəki illərdə olduğu kimi dinamik inkişaf müşahidə edilib. Göstəriciyə görə cari ilin birinci rübündə artım ümumilikdə 3,1 faiz təşkil edib. Bu artım bitkiçilikdə 6,4 faiz, heyvandarlıqda 3,2 faiz olub. Dövlət Statistika Komitəsinin (DSK) hesabatına görə, 2012-ci ilin mayında yaz-tarla işləri davam etdirilərək iyun ayının 1-nə kimi 351,4 min hektar sahədə yazlıq bitkilər, o cümlədən, 29,1 min hektar sahədə dənli və dənli paxlalı bitkilər, 33,7 min hektar sahədə dən üçün qarğıdalı, 65,3 min hektar sahədə kartof, 73,1 min hektar sahədə tərəvəz, 29,3 min hektar sahədə pambıq çiyidi, 28,2 min hektar sahədə bostan bitkiləri, 3,7 min hektar sahədə şəkər çuğunduru, 9,5 min hektar sahədə dən üçün günəbaxan və 1,5 min hektar sahədə tütün əkilib.
ölkədə əsas bitkiçilik məhsullarının yığımına gəldikdə isə, əkin sahələrindən keçən ilə nisbətən 1,2 faiz çox kartof, 10,3 faiz çox tərəvəz, 52,8 faiz çox meyvə və giləmeyvə yığılıb, çay plantasiyalarından 13,8 faiz az yaşıl çay yarpağı toplanıb. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 23,1 faiz, heyvandarlıq məhsulları istehsalı 5,4 faiz, kənd təsərrüfatının ümumi məhsulu 7,1 faiz artıb.
DSK-nın hesabatına görə, havaların isti keçməsi ilə əlaqədar cari ildə taxıl biçininə bir qədər tez başlanılıb və iyunun 1-i vəziyyətinə 19,1 min hektar sahədən 47,5 min ton taxıl məhsulu götürülüb.
Heyvandarlıqda isə ilin əvvəlindən keçən vaxt ərzində diri çəkidə ət istehsalı 3,4 faiz artaraq 173,2 min tona, süd istehsalı 7,2 faiz artaraq 699,6 min tona, yumurta istehsalı 12,2 faiz artaraq 495,2 milyon ədədə çatıb, ötən ildəkindən 5,8 faiz çox və ya 12,7 min ton yun qırxılıb.
Beləliklə də, ölkəmizdə əhalinin kənd təsərrüfatı məhsulları, o cümlədən, əsas strateji məhsul olan buğda ilə etibarlı təminatı üçün bütün lazımi tədbirlər görülüb. Respublikamızda uğurla davam etdirilən aqrar islahatlar nəticəsində getdikcə artan kənd təsərrüfatı məhsullarının saxlanması, tədarükü və satışının təşkilində də ciddi struktur dəyişiklikləri baş verib, ölkənin müxtəlif bölgələrində müasir tipli taxıl və soyuducu ambar kompleksləri tikilib və bu istiqamətdə işlər davam etdirilir. Bundan əlavə, əkin sahələrinə xidmət göstərmək məqsədilə yeni aqroservis müəssisələri yaradılır.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25

