Zəngəzur dəhlizi - ortaq maraq, fərqli düşüncə...
13.02.2024 [10:45]
Ermənistan niyə gecikdirir?
Böyük İpək yolunun varisi sayılan “Şərq-Qərb” ticarət dəhlizi yeni detalları ilə daha böyük aktuallıq qazanmaqdadır. Belə ki, Cənubi Asiya da daxil olmaqla Şərqin mühüm bir hissəsini Avropayla birləşdirən bu dəhliz iki kontingent arasında ən əlverişli, qısa və optimal ticarət logistikasıdır. Nəzərə alsaq ki, yol bir sıra məqamlarında həm də Şimal-Cənub xətti ilə kəsişir, bu amil dəhlizin vaciblik seqmentini daha da artırır.
Yolun ən mühüm hissələrindən biri sayılan Cənubi Qafqazda vəziyyət daha açıqdır - demək olar ki, bütün regional siyasi oyunçular tranzit xəttinin Zəngəzur dəhlizi vasitəsilə keçidini ən optimal variant hesab edir. Zəngəzur dəhlizinin reallaşması birbaşa Ermənistanın üzərinə götürdüyü öhdəlik olsa da, təəssüfləndirici haldır ki, artıq 4 ildir sülhlə bağlı prosesləri məqsədli şəkildə yubadan Ermənistan bu məsələdə də fərqli yol cızır. Belə ki, Bəyanatın 9-cu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır, Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Bu isə o deməkdir ki, Ermənistanın bu gün reallaşmasına ciddi-cəhdlə mane olduğu Zəngəzur dəhlizini işlək vəziyyətə gətirmək və ona zəmanət vermək kimi öhdəliyi var.
Rusiya mövqeyində qətidir
Qeyd edildiyi kimi, regionun bütün siyasi oyunçuları bu dəhlizin reallaşması üçün çaba göstərir. Məsələn, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdakimov “İzvestiya”ya müsahibəsində bildirib ki, Ermənistan Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizinin açılmasını gecikdirir. Onun sözlərinə görə, bu mövzu Azərbaycan tərəfi üçün çox önəmlidir: “Bu, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında sabit nəqliyyat marşrutunun, nəqliyyat yollarının olmasıdır. Birinci Qarabağ müharibəsi zamanı bütün kommunikasiyalar kəsilib, Naxçıvana elektrik enerjisi verilişi dayandırılıb. Ona görə də Azərbaycan üçün marşrutun təhlükəsizliyi (bu, təqribən 46 km-dir) mücərrəd mövzu deyil.
Bu marşrut boyunca tunellər və məncə körpü də var. Rusiya Federasiyası öz hesabına bu marşrutu kifayət qədər tez bərpa etməyə hazır idi. Mənə o qədər də aydın olmayan müxtəlif səbəblərdən erməni tərəfi danışıqları gecikdirir.
Bunun nəticəsidir ki, ötən il Bakı ilə Tehran arasında İran ərazisindən keçən dəmir yolunun tikintisinə dair saziş imzalanıb. Orada marşrutun uzunluğu biraz çoxdur - 60 kilometrdən biraz çox. Bu marşrut daha çətindir, amma bu iş gedir. Bütün bu illər ərzində Azərbaycanla Naxçıvan arasında avtomobil yolu ilə yük daşımaları İran ərazisindən keçib. Üstəlik, bu, Türkiyəyə gedən yoldur. İndi əsas odur ki, Türkiyədən Naxçıvana dəmir yolları çəkilsin. Müvafiq olaraq, Azərbaycan, İran və Naxçıvan vasitəsilə Rusiyadan Türkiyəyə yük daşıya biləcəyik”, - deyə rusiyalı diplomat vurğulayıb.
Türkiyə də hazırdır...
Bu bir həqiqətdir ki, Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir. Bu mənada, rusiyalı diplomatın müsahibəsində Ermənistanın nəqliyyat dəhlizinin açılmasını “gecikdirməsi”ni vurğulaması olduqca mühüm əhəmiyyət kəsb edir. Bu onu göstərir ki, Rusiya prosesin gecikdirilməsinin mücərrəd səbəblərdən “qaynaqlandığını” ifadə etməklə səfir rəsmi Kremlin məsələ ilə bağlı birmənalı mövqeyini dilə gətirir.
Xatırladaq ki, ötən ay Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu da “tvnet” telekanalına müsahibəsində bildirmişdi ki, Türkiyə Zəngəzur dəhlizi layihəsinin 2029-cu ilədək həyata keçiriləcəyinə ümid edir. “Zəngəzur dəhlizinin Bakıdan Horadizədək olan hissəsi tamamlanmaq üzrədir. Dəhlizin Türkiyə hissəsinin uzunluğu 224 kilometrdir. Onun hazırlıq prosesi beş il çəkəcək. 2028-ci ildə bütün işlərin başa çatacağını düşünürəm”, - deyə Abdulkadir Uraloğlu demişdi. Nazirin sözlərinə görə, dəhlizin Ermənistan ərazisi istisna olmaqla, Horadizdən Ordubadadək olan hissəsində tikinti işləri davam edir.
Zəngəzur dəhlizinin üstünlükləri...
Göründüyü kimi, Şərq-Qərb logistik ticarət və yükdaşıma dəhlizi bütün region üçün yeni iqtisadi-ticari imkanlar açır. Təbii ki, 44 günlük Vətən müharibəsindəki qələbə və ötən ilin sentyabr ayında gerçəkləşdirilən anti-terror əməliyyatları Azərbaycanın regional reallıqları dəyişməklə yanaşı, həm də yeni marşrut təklifi imkanını daha da dəqiqləşdirib. Bu gün ölkəmiz sabit və yeni ticarət xətti formalaşdıraraq dünyaya təqdim edir. Mühüm perspektivə malik bu nəqliyyat dəhlizi - Zəngəzur dəhlizinin üstünlükləri isə siyasi-iqtisadi əsaslandırmaya malikdir.
- Zəngəzur dəhlizi Şərq-Qərb marşrutu üzərində ən qısa yoldur. Təbii ki, istər yükdaşımalarında, istərsə də digər ticarət mübadilələrində ən qısa yolun seçilməsi iqtisadi baxımdan da böyük mənfəət vəd edir. Bu mənada, istər Qərb, istərsə də Şərq kontingentindən olacaq tərəfdaşlar Zəngəzur dəhlizinin reallaşmasında olduqca maraqlıdır;
- Zəngəzur dəhlizi təhlükəsiz marşrut sayılır. Çünki regionda perspektivi yüksək görülən əməkdaşlıq platformalarında demək olar ki, bütün bölgə iştirak edəcək - təbii ki, istəyindən asılı olaraq. (Göründüyü kimi, Türkiyə və Rusiya artıq mövqeyini açıq şəkildə dilə gətirir );
- Zəngəzur dəhlizinin ən mühüm üstünlüklərindən biri isə Avropa ilə Asiyanı birləşdirməklə yanaşı, Şimal-Cənub xəttinə də xüsusi elementlər qazandırma imkanıdır. Burada Yaxın Şərq regionunu da unutmaq olmaz. Türkiyə vasitəsilə təkcə Avropaya deyil, eləcə də Yaxın Şərqə çıxış imkanı qazanacaq layihə tərəfdaşları bu üstünlükdən də yararlanmış olacaqlar. Bu reallıqlar isə bütün tərəflər üçün həm iqtisadi, həm də siyasi mənada dividend vəd edir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42

