Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev ABŞ dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormats ilə görüşüb

Prezident İlham Əliyev ABŞ dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormats ilə görüşüb

26.01.2012 [01:41]

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormats ilə görüşü olub.
R.Hormats ABŞ Prezidentinin və dövlət katibinin salamlarını Azərbaycan Prezidentinə çatdırıb. Dövlət katibinin müavini Azərbaycanda gedən inkişaf proseslərini, xüsusilə də iqtisadiyyat və sənaye sahələrində aparılan uğurlu islahatların Ağ evdə yüksək qiymətləndirildiyini deyib.
Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən  tədbirlərin, eləcə də qeyri-neft sektoruna qoyulan sərmayələrin müsbət nəticələr verəcəyinə əminliyinin ifadə edildiyi görüşdə regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Birgə Komissiyasının yaxın vaxtlarda keçiriləcək iclasının əməkdaşlığın konkret sahələrinin müzakirəsi baxımından əhəmiyyəti vurğulanıb.
Paylaş:
Baxılıb: 1111 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31