Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil və ola bilməz
17.01.2012 [23:48]
Cənubi Qafqaz regionunda sülhün bərpasına mane olan Ermənistan 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır. ümumiyyətlə, beynəlxalq hüquq normalarına zidd addımlar atan, o cümlədən, Azərbaycanın sərhədlərini zorla dəyişdirməyə cəhd edən Ermənistan münaqişənin tənzimlənməsi prosesində hər zaman qeyri-konstruktiv mövqe tutub. Məhz bu səbəbdən də, problemin həlli prosesi uzadılır. Elə bu mövqeyin fonunda Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı istər BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi və digər nüfuzlu beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi bəyənnamə və qətnamələri yerinə yetirilməyib. İşğalçı Ermənistan danışıqlar prosesində dəfələrlə imitasiya xarakterli manevrlər edir, Azərbaycanın nizamlanma prosesindəki birmənalı mövqeyini bilə-bilə təxribatçı bəyanatlar verir, bununla da sülh danışıqlarını pozmaq üçün cəhdlər göstərir. Təbii ki, həm iqtisadi, həm hərbi, həm də siyasi cəhətdən ölkəmizdən xeyli zəif olan Ermənistan Azərbaycanın öz torpaqlarını işğaldan azad edəcəyini bilir.
Amma bu da faktdır ki, atdığı addımlarla Ermənistan özü-özünü dalana dirədiyinin fərqindədir. Rəsmi Yerevan dərk edir ki, əgər danışıqlar vasitəsilə münaqişənin həllində nəticə əldə olunmazsa, Azərbaycan öz hərbi gücündən istifadə edəcək və bu da Ermənistan üçün ağır nəticələr vəd edir.
Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2011-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda da Ermənistanın münaqişənin həllinə mane olduğu bir daha vurğulanıb. Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində, əfsuslar olsun ki, 2011-ci ildə heç bir nəticə olmayıb. Dövlət başçısı bildirib ki, bunun yeganə və başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir, danışıqlarda qeyri-səmimi davranışıdır: “Faktiki olaraq danışıqların pozulmasına, yaxud da ki dondurulmasına Ermənistan tərəfi çox çalışmışdır. Danışıqlar, əlbəttə ki, iki tərəfin iştirakını tələb edir. Bir tərəf əgər danışıqlardan bu və ya digər formada boyun qaçırmaq istəyirsə, digər tərəfin imkanları da məhdudlaşır”.
Bununla yanaşı, 2011-ci ildə münaqişənin həlli ilə bağlı pozitiv məqamlar da olub. Ən əsası, beynəlxalq aləmin münaqişə ilə bağlı qəti mövqe sərgiləməsi buna misal ola bilər. Prezident İlham Əliyev də bildirib ki, 2011-ci ildə danışıqlar prosesində, bu məsələyə dair beynəlxalq qüvvələrin münasibətində müsbət hallar olub: “Biz bunu inkar edə bilmərik. Deyə bilərəm ki, onlardan ən önəmlisi odur ki, üç həmsədr ölkə status-kvonun qəbuledilməz olduğunu bəyan etmişdir. Bu, birinci bəyanatdır, yəni bundan əvvəlki illərdə belə bəyanatlar verilmirdi. Bu bəyanat ədalətli bəyanatdır. Əlbəttə ki, status-kvo dəyişdirilməlidir və ümidverici bəyanatdır. Əgər bu bəyanatdan sonra həmsədr ölkələrin konkret təklifləri, addımları, hərəkətləri olarsa, münaqişəni tezliklə həll etmək mümkün olacaqdır. Əgər bu bəyanat sadəcə olaraq bəyanat kimi qalacaqsa, onda danışıqların perspektivləri ümidverici olmayacaqdır”.
Azərbaycanın problemin tənzimlənməsi ilə bağlı mövqeyi qətidir. Münaqişə ölkəmizin ərazi bütövlüyü əsasında öz həllini tapmalıdır. Prezident İlham Əliyev bir daha bildirib ki, bu münaqişənin həllinin iki yolu var: danışıqlar yolu və hərb yolu: “üçüncü yol yoxdur. Bu münaqişə dondurulmuş münaqişə deyildir və olmayacaqdır. Əgər kimsə fikirləşirsə ki, danışıqlarda əsas məsələ müharibənin qarşısını almaqdır, mən bununla razı deyiləm. Biz də müharibə istəmirik. Kim müharibə istəyər? özü də bu qədər böyük uğurlara nail olan Azərbaycan dövləti. Ancaq o demək deyil ki, danışıqlar prosesi kənarda qalacaq və bütün səylər müharibənin başlanmamasına yönəldiləcəkdir. Bu olmayacaqdır! Mən nə üçün bunu deyirəm? çünki 2011-ci ildə həmsədrlər tərəfindən, xüsusilə, ilin ikinci yarısında biz daha çox etimad tədbirlərinin gücləndirilməsinə, atəşkəs rejiminin pozulmamasına yönələn hərəkətləri və təşəbbüsləri görmüşük, nəinki danışıqların mahiyyətinə yönələn diqqəti. Biz də istəmirik ki, müharibə olsun. Ancaq bunun yolu var. O yol da hamıya bəllidir. Biz əvvəlki dövrdə də bəyan etmişik ki, 2009-cu ilin sonunda ATƏT-in xarici işlər nazirlərinin toplantısında iki tərəfə verilmiş təkliflərə prinsip etibarilə razılığımızı vermişik”.
Bir sözlə, Azərbaycan hər zaman olduğu kimi, sülhpərvər mövqeyini ortaya qoyur və münaqişənin beynəlxalq konvensiyalar əsasında öz həllini tapmasını arzulayır. Ermənistan isə bütün danışıqlar prosesində birmənalı şəkildə qeyri-konstruktiv mövqe nümayiş etdirir və beynəlxalq ictimaiyyətin tənzimlənmə ilə bağlı təqdim etdiyi prinsiplərə zidd mövqe tutur. Prezident İlham Əliyev deyib ki, bu prinsipləri biz yox, həmsədrlər ortaya qoyublar: “Əgər o prinsiplər hələ də qüvvədədirsə, onda bu münaqişə öz həllini tapa bilər. O prinsiplər haqqında mən ictimaiyyətə kifayət qədər məlumat vermişəm. Sadəcə olaraq bir daha əsas məqamları təkrarlamaq istəyirəm. Azərbaycanın ərazi bütövlüyü şübhə altına qoyulmur, Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara qayıdırlar və gələcəkdə Dağlıq Qarabağın statusu haqqında qeyri-müəyyən vaxtda qeyri-müəyyən formada təkliflər irəli sürüləcəkdir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz. Bu da təbiidir ki, Azərbaycan dövləti və xalqı heç vaxt Dağlıq Qarabağa Azərbaycanın kənarında heç bir statusa razılıq verə bilməz və verməyəcəkdir. Prinsiplər bundan ibarətdir. Biz danışıqları bu prinsiplər əsasında davam etdirməyə hazırıq və əgər qarşı tərəf də belə addımlar atarsa, məsələ tezliklə öz həllini tapa bilər”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31

