/ / Prezident İlham Əliyev Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda inşa edilmiş muzeyin açılışında iştirak edib
Prezident İlham Əliyev Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda inşa edilmiş muzeyin açılışında iştirak edib
27.12.2011 [22:12]
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev muzey haqqında dövlətimizin başçısına və xanımına məlumat verib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzey və inzibati binanın, eləcə də qoruqda atçılıq turizmi üçün nəzərdə tutulan sahənin planı ilə tanış olublar.
Bildirilib ki, Qobustan Tarixi-Bədii Qoruğunda Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun tikilən muzey və inzibati bina kompleksinin ümumi sahəsi 2 min 460 kvadratmetrdir. Muzeyin girişində petroqliflərin qonaqlara təqdim edilməsi üçün şərait yaradılıb. Burada rəsmlərin həlqəvari zolaqlar şəklində düzülməsi canlı rəqsin hərəkətlərini təcəssüm etdirir. Muzeydəki məlumat mərkəzində qonaqlar sensor ekrandan istifadə etməklə müxtəlif dillərdə ətraflı informasiya əldə edə bilərlər. Müasir innovativ texnologiya ilə təchiz olunmuş muzeydə xüsusi mulltimedia proqramları ilə hazırlanmış sensor ekranları, maarifləndirici və əyləncəli oyunlar, interaktiv stendlər, 3D video və s. turistlərin ixtiyarına veriləcək.
Qeyd edilib ki, muzeydə, qoruq əməkdaşları üçün 15 xidməti otaq yaradılıb. Kitabxana ilə yanaşı, burada fotolaboratoriya, elmi-tədqiqat şöbəsi də fəaliyyət göstərir.
Bildirilib ki, muzeyin sərgi zalı müxtəlif bölmələrdən təşkil olunub. “Qobustan: UNESCO-nun ümumdünya mədəni irsi” zalında dünyadakı 200-ə yaxın oxşar abidə haqqında məlumatlar əks olunub. “Qobustanın təbii mühiti” zalında isə turistlər özlərini real landşafta uyğunlaşdırılan texnogen illüstrasiyalı mühitdə hiss edəcəklər. Sensor ekranda minilliklər ərzində Xəzər dənizinin necə dəyişdiyini əks etdirən animatik təqdimatı müşahidə etmək, Qobustanın təbiəti, florası haqqında məlumatlar almaq mümkündür. Muzeyin “Qobustanda arxeoloji kəşf” zalında petroqliflərin aşkar edilməsi və öyrənilməsi, qazıntıların aparılması prosesləri əks olunub. Burada insan sümükləri, arxeoloji təbəqələrdən tapılan daşlar, saxsı qablar və digər eksponatlar maraq doğurur. “Zamana səyahət” zalı isə tarixin müxtəlif dövrlərində Qobustandakı həyatı əks etdirir. Burada turistlər ilkin dövrdən başlayaraq Qobustanda gedən təbii dəyişikliklərin miqyasını, dünyada yaşanan insan köçünün coğrafiyasını seyr edə bilərlər. “Qədim dövr insanlarının həyatı” zalında daş əmək alətlərinin hazırlanması və onların funksiyaları barədə məlumatlar əks olunub. 3D ölçülü daş əşyanın nümayişi, paleolit, mezolit və neolit dövrlərinə aid alətlər və onların hazırlanma üsulu 3 stenddə təqdim olunur. “Qədim dövr incəsənəti” zalı ibtidai insanların gözəllik anlayışını və bədii təxəyyülünü nümayiş etdirir. “Əsrlərdən gələn petroqliflər” zalı sayı 6 mindən çox olan ornamentləri, qayaüstü incəsənətin təkamülünü öyrənməyə imkan verir. “Petroqliflərin mənası” və “Qobustanın qədim dövr rəssamları” zallarında Qobustan qayaüstü rəsmlərinin mənası, “Heyvanlar və ovçular”, “Qobustan qayaüstü incəsənəti mədəni landşaftı” zallarında isə qədim heyvan sümüklərinin qalıqları, o dövrün insanlarının ən çox ovladıqları heyvanlar haqqında məlumatlar verilir. Qoruq ərazisində 3D formatlı video ilə virtual uçuş da həyata keçirmək mümkündür.
Məlumat verilib ki, muzeydə 3D formatında 45 tamaşaçı üçün kinozal da yaradılıb. Zal 7 səsgücləndirici, monitor və proyektorla təchiz edilib. İclas zalında müxtəlif konfransların, yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qobustanda həyata keçiriləcək layihələrdən bəhs edən videoçarxa baxıblar. Layihə üzrə Qobustandakı Böyükdaş zirvəsində açıq səma altında muzeyin yaradılması nəzərdə tutulub. Buraya səyahət tunel vasitəsilə kiçik vaqonlarda həyata keçiriləcək. Böyükdaş zirvəsində Azərbaycan mədəniyyəti və təbiətini əks etdirən mənzərənin yaradılması da planlaşdırılır.
Bildirilib ki, muzeydə 360 dərəcə fırlanan xüsusi aparatla istənilən abidənin üzərində dayanmaq olur. Muzeyin fondunda 100 mindən çox arxeoloji materiallar toplanıb.
Muzeylə tanış olduqdan sonra Prezident İlham Əliyevə Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna gedən yolun, yolayrıcının hazırkı və gələcək vəziyyəti, buradakı körpüdə aparılacaq yenidənqurma işləri haqqında məlumat verilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ərazisində aparılan yenidənqurma işləri ilə də tanış olublar.
Məlumat verilib ki, qoruq ərazisində ümumi sahəsi 283 kvadratmetr olan və 2 teleskopun quraşdırıldığı baxış meydançası inşa edilib.
Dövlətimizin başçısı və xanımı qədim musiqi aləti olan qavaldaşa baxıblar.
Anazağa mağarası ilə tanışlıq zamanı Azərbaycan Prezidentinə və xanımına məlumat verilib ki, ibtidai dövrdə insanlar burada çoxlu petroqliflər yaradıblar. Bu, qoruqda tətbiq edilən xüsusi məlumat aparatında da əksini tapıb.
Beləliklə, qədim qayaüstü təsvirlər Azərbaycan insanının keçmişini dövrümüzə daşıyıb, müasir azərbaycanlıların ulu əcdadlarının min illər ərzində yaratdıqları maddi-mədəniyyət nümunələrini xalqımızın yaddaşından silinməyə qoymamış və bəşəriyyətə dünyamiqyaslı tarixi abidəni - Qobustanı bəxş edib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19

