Yeni format reallaşacaqmı?
19.09.2023 [10:40]
“4-lü masa” gündəmdə...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “dördlü masa” təklifi Cənubi Qafqaz regionun gələcək inkişaf trayektriyasında yeni səhifə aça bilər. Xatırladaq ki, Türkiyə lideri Nyu-Yorka, BMT Baş Assambleyasına yola düşməzdən əvvəl İstanbulda keçirdiyi mətbuat konfransında dördtərəfli görüş keçirməyi təklif etmişdi. Səslənən təklif bir neçə istiqamətdən diqqəti cəlb edir.
Azərbaycan danışıqların tərəfdarıdır
Azərbaycan dövləti hər zaman danışıqlarda iştirak etməyə hazır olduğunu bildirib və bilirməkdədir. Qalib tərəf olsa da, rəsmi Bakı bütün hallarda sülhün və danışıqların tərəfdarı olduğunu daim ortaya qoyub. Hətta 2021-ci ilin dekabrından başlayaraq hələ də davam edən Brüssel prosesi çərçivəsində sülh layihəsi ilə bağlı ilkin şərtlər də Azərbaycan tərəfindən irəli sürülmüşdü. Eyni zamanda, Azərbaycan hər zaman bəyan edib ki, Cənubi Qafqazın gələcək taleyi inkişafa və sabitliyə əsaslanmalıdır. Bunun üçün isə real zəmin mövcuddur - Ermənistanın qeyri-konstruktiv mövqedən əl çəkməsi, beynəlxalq hüquqa riayət etməsi, sülh sazişinin imzalanması bu inkişafın əsas lokomitivi ola bilər.
İndiki halda Ərdoğanın təklifi real situasiyanın həllinə daha çox fokuslanmış kimi görünür. Bu mənada da Azərbaycanın mövqeyi açıq və birmənalıdır. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanımasının fonunda rəsmi Bakı üçtərəfli Bəyanatın tam şəkildə icrasında qərarlıdır. Sülh danışıqları üçün baza prinsipi kimi irəli sürülən məsələlər isə iki dövlətin münasibətlərinin yaxınlaşmasında əsaslı rol oynamaq imkanındadır. Bu, həm qarşılıqlı etimadın yüksəlməsinə, həm də yeni reallıqlarda aradan qaldırılacaq problemlərin həllinə yaxından kömək olar. Azərbaycan hər zaman bəyan edib ki, sülhün və təhlükəsizliyin davamlı olması üçün səy göstərir. İndiki halda, regionun təhlükəsizlik arxitekturasının qurulması üçün bu səylər olduqca əsaslı şərait yaradıb - ölkəmizin beynəlxalq hüquqa söykənən addımları regional yaxınlaşmanı mümkünləşdirir. Məsələn, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı da Azərbaycan torpaqları kimi tanıdığını bəyan etməsi bunun bariz sübutudur. Azərbaycanın yaratdığı bu reallıq gələcək yaxınlaşmalar üçün də baza formalaşdırır - Ərdoğanın “dördlü masa” təklifi məhz bu bazanın üzərində sülh prosesini daha da inkişaf etdirmək iqtidarındadır. Bu, eyni zamanda, qarşıdakı dövr üçün yeni iqtisadi bağların oturuşmasına yol aça bilər - əgər problemlər “4-lü masa” müstəvisində öz həllini taparsa, bu, regional əməkdaşlıq platforması üçün də ilkin “qığılcım” hesab oluna bilər.
Ermənistan anlamdır ki...
Təbii ki, bu formatın baş tutması üçün Ermənistan özünün qeyri-adekvat davranışlarına son verməlidir - Ermənistanın davranışları və ya bəyanatları ardıcıl xarakter daşımır. Məsələn, Azərbaycanın ərazi bütövlüyünü hətta detallı şəkildə tanıdığını bəyan edən Ermənistan danışıqların fərqli maddələri ilə bağlı manipulyasiyalar eməyə çalışır. Bu isə rəsmi İrəvanın hələ də müəyyən “qaranlıq məsələlərə” ümid etdiyini fikirləşməyə əsas verir. Ermənistan sülh gündəliyini uzatmaq, proseslərin sürətini azaltmaq üçün bir sıra qəbuledilməz nüansları müəyyən mərhələlərdə davamlı şəkildə qabardır. Təbii ki, regionda marağı olan xarici ölkələr də yaranan bu fürsətdən maksimum istifadə etmək, Ermənistanın bu destruktiv mövqeyini dəstəkləməklə ona “dayaq” olduğunu göstərməyə çalışır. Amma nəticədə bütün cəhdlər, hətta regionun sabit inkişafı ilə bağlı planlar belə boşa çıxır. Son bir neçə ayda baş verənlər müəyyən mənada Ermənistanın sülhdən başqa çıxış yolunun olmadığına əmin olduğunu göstərir. İrəvan başa düşür ki, Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Brüsseldə baş tutan son görüşlər, BMT TŞ müstəvisində aparılan müzakirələr, Ağdam-Xankəndi yolu ilə bağlı prosesin intensiv xarakter alması bunu təsdiqləyir.
Təbii ki, Ərdoğanın indiki halda belə bir fikir irəli sürməsi olduqca mühüm nüansdır - Ermənistan başa düşməlidir ki, qeyri-konstruktiv mövqeyi ilə regionda təhlükəsizliyin təmini ilə yanaşı, gələcək inkişafı da yubadır. Bu isə yeni qlobal iqtisadi düzənin formalaşmasına öz mənfi təsirlərini göstərir. 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr bəyanatlarına belə əməl etməyən, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan bu kimi mövqeyi ilə özünü dalana dirəyib - artıq reallıqdan qaçmaq mümkün deyil. Ərdoğanın təklifi ilə masa arxasına oturan zaman İrəvan bunu daha yaxşı anlamış olacaq və əməkdaşlığın gələcək perspektivinin Ermənistana nələr vəd etdiyini başa düşəcək. Çünki indiki halda sülhün imzalanması, kommunikasiyaların açılması, əməkdaşlıq platformalarının formalaşdırılması daha çox rəsmi İrəvanın maraqlarına xidmət edir. Sülhün əldə edilməsi onları siyasi-iqtisadi asılılıqdan xilas edə, müstəqil ölkə kimi ortaya çıxara bilər. Bunun üçün isə Ermənistan regionda sabitliyin formalaşmasına töhfə verməlidir.
Rusiyanın maraqları ilə uzlaşır
Rusiyaya gəldikdə isə, öz növbəsində onlar da Cənubi Qafqazda sülhün bərqərar olmasını arzuladıqlarını bəyan edirlər. Qarabağın Azərbaycanın suveren ərazisi olması, Ağdam-Xankəndi yolundan istifadə ilə bağlı təklifə reaksiyası Kremlin dayanıqlı sülhə töhfə vermək ehtimalını gücləndirir. Eyni zamanda, hazırda regionda xarici təsirlərin, xüsusilə Fransanın təkidi ilə formalaşdırılmasına çalışılan siyasi situasiya Moskvanı maraqlarına cavab vermir. Cənubi Qafqazda rəqiblərinin siyasi varlığını istəməyən Moskva bundansa regional əməkdaşlığın inkişafının tərəfdarı kimi çıxış edir. Rəsmi Moskvanın son dövrlərdə səsləndirdiyi bəyanatlar bunu deməyə əsas verir. Təsadüfi deyil ki, Vladimir Putinin Kremldə Türkiyə Prezidenti ilə keçirilən görüşündə də regional əməkdaşlıq məsələləri ən aktual məsələlər sırasında yer alırdı. Türkiyə - Rusiya əməkdaşlığı Cənubi Qafqaz üzərindən daha da möhkəmlənmə perspektivinə malikdir ki, hər iki güc buna razıdır. Azərbaycanın və Ermənistanın iştirakı ilə mühüm iqtisadi platformanın formalaşdırılması Rusiya ilə Türkiyənin gələcək siyasi planları ilə də üst-üstə düşür. Rusiya iqtisadi layihələrini region üzərindən reallaşdırmaq imkanlarını genişləndirir, ixrac qabiliyyətini daha da təkmilləşdirir, Türkiyə isə bəyan etdiyi kimi, Avropa İttifaqı ilə rəqabət yarada biləcək yeni əməkdaşlıq platformasının əsasını qoya bilər.
“4-lü masa” “3+3”-ün davamıdır?
Prezident Ərdoğanın “4-lü masa” təklifi bir çox nüanslarına görə vaxtilə aktuallışmış “3+3” formatını xatırladır. Belə ki, Türkiyə liderinin masa arxasına “dəvət etdiyi” 4 ölkə qeyd edilən formatın üzvləri idilər. Təbii ki, bu format bir çox məsələlərə görə uğur qazanmadı. İlkin növbədə Gürcustanın məlum mövqeyi, ikinci tərəfdən isə Ermənistanın qeyri-konstruktivlik nümayiş etdirməsi maraqlı iqtisadi-siyasi platformaya çevrilmə ehtimalı olan bu layihənin reallaşmasına mane oldu. İndiki halda, real olaraq 4 tərəfin iştirakı ilə baş tutması planlaşdırılan bu təklifin gerçəkləşməsi və ən əsası effektivliyi üçün zəmin varmı?
Ankaranın vasitəçiliyi...
Bəli, rəsmi Ankara bu gün yalnız Cənubi Qafqaz regionunda deyil, daha böyük coğrafiyada tənzimləyici faktor, sabitləşdirici amil kimi çıxış edir. Türkiyənin hərbi gücü Rusiya ilə birgə Monitorinq Mərkəzinin üzvü statusunda regionda mövcuddur. Eyni zamanda, Ermənistan Türkiyə ilə də münasibətlərin normallaşması istiqamətində danışıqlar aparır ki, burada da bir sıra məsələlər öz həllini tapır. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi Azərbaycanla olan proseslə paralellik təşkil edir.
Qeyd olunmalıdır ki, son bir ayda Türkiyə lideri Ərdoğan Rusiyaya səfər edib, Ermənistanın baş naziri Nikol Paşinyanla isə telefonla danışıb. Başqa sözlə, Ankara artıq Cənubi Qafqazda sülhün yaradılması prosesində də önə çıxır. Bütün tərəflərin qəbul etdiyi regional güc sayılan Türkiyənin prosesdə aktivləşməsi isə nəticənin əldə olunmasına inamı daha da artıra bilər. Çünki Türkiyə bu sülhün imzalanmasının dolayısı ilə Rusiyaya, birbaşa isə Ermənistana hansı siyasi-iqtisadi dividendlər vəd etdiyini anladıb. Belə olan halda, “yeni dövr üçün yeni format”ın problemin həllinə töhfə vermək şansları yüksək dəyərləndirilə bilər...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
03 Oktyabr 17:25

Xəbər lenti
03 Oktyabr 16:18

Xəbər lenti
03 Oktyabr 16:17

İqtisadiyyat
03 Oktyabr 15:33

Xəbər lenti
03 Oktyabr 15:32

Asiya
03 Oktyabr 15:21

Xəbər lenti
03 Oktyabr 15:10

Xəbər lenti
03 Oktyabr 14:53

Xəbər lenti
03 Oktyabr 14:39

Xəbər lenti
03 Oktyabr 14:13

Xəbər lenti
03 Oktyabr 14:12

Xəbər lenti
03 Oktyabr 14:04

Dünya
03 Oktyabr 13:31

Xəbər lenti
03 Oktyabr 13:22

Xəbər lenti
03 Oktyabr 13:14

Maraqlı
03 Oktyabr 13:12

Xəbər lenti
03 Oktyabr 12:45

Mədəniyyət
03 Oktyabr 12:39

Maraqlı
03 Oktyabr 12:36

Xəbər lenti
03 Oktyabr 12:11

Siyasət
03 Oktyabr 11:55

Xarici siyasət
03 Oktyabr 11:53

MEDİA
03 Oktyabr 11:49

Siyasət
03 Oktyabr 11:41

Siyasət
03 Oktyabr 11:36

Xəbər lenti
03 Oktyabr 11:34

Siyasət
03 Oktyabr 11:23

Xəbər lenti
03 Oktyabr 11:18

Siyasət
03 Oktyabr 11:15

Xəbər lenti
03 Oktyabr 11:11

Xəbər lenti
03 Oktyabr 11:10

Xəbər lenti
03 Oktyabr 11:08

Xəbər lenti
03 Oktyabr 11:08

Siyasət
03 Oktyabr 11:07

Xəbər lenti
03 Oktyabr 11:06

Xəbər lenti
03 Oktyabr 11:05

Xəbər lenti
03 Oktyabr 11:04

Xəbər lenti
03 Oktyabr 10:55

Xəbər lenti
03 Oktyabr 10:53

Siyasət
03 Oktyabr 10:45

Siyasət
03 Oktyabr 10:30

Gündəm
03 Oktyabr 10:20

Analitik
03 Oktyabr 10:10

Gündəm
03 Oktyabr 10:00

Xəbər lenti
03 Oktyabr 09:35

Gündəm
02 Oktyabr 20:40

Xəbər lenti
02 Oktyabr 20:37

Xəbər lenti
02 Oktyabr 20:35

Xəbər lenti
02 Oktyabr 19:41

Xəbər lenti
02 Oktyabr 18:24

Xəbər lenti
02 Oktyabr 18:11

Xəbər lenti
02 Oktyabr 17:46

Xəbər lenti
02 Oktyabr 16:50

Xəbər lenti
02 Oktyabr 16:35

Xəbər lenti
02 Oktyabr 16:28

Siyasət
02 Oktyabr 16:26

Siyasət
02 Oktyabr 16:20

Xəbər lenti
02 Oktyabr 16:11

Xəbər lenti
02 Oktyabr 16:00

Xəbər lenti
02 Oktyabr 15:46

Xəbər lenti
02 Oktyabr 15:33

Xəbər lenti
02 Oktyabr 15:07

Xəbər lenti
02 Oktyabr 15:05

Xəbər lenti
02 Oktyabr 14:42

Xəbər lenti
02 Oktyabr 14:09

Xəbər lenti
02 Oktyabr 13:48

Xəbər lenti
02 Oktyabr 13:46

Siyasət
02 Oktyabr 13:42

Xəbər lenti
02 Oktyabr 13:39

Xəbər lenti
02 Oktyabr 13:13
