Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 1 ay, 1 gün...

1 ay, 1 gün...

24.05.2023 [10:21]

Laçın postu şəffaflığı və təhlükəsizliyi təmin edir

2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbə tariximizdə yeni mərhələnin başlanğıcını qoydu. Özünün ərazi bütövlüyünü təmin edən Azərbaycan ötən 3 ilə yaxın dövr ərzində regional təhlükəsizlik arxitekturasının formalaşdırılması yönündə mühüm addımları ilə seçildi. Bütün sferalarda əməkdaşlığa əhəmiyyət verən Azərbaycan üçün əsas məsələ təhlükəsizliyin təmin edilməsi, irəliləmə prosesində olan sülh gündəliyinin təhdid altına düşməməsi, eyni zamanda, özünün ərazi bütövlüyünün hər hansı bir müzakirə obyektinə çevirilməməsi və suveren ərazilərinə nəzarəti gücləndirməkdən ibarətədir. Bu mənada, ötən ayın 23-də Laçın - Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması olduqca böyük əhəmiyyət kəsb etdi. Sərhəd buraxılış məntəqəsinin qurulmasından ötən 1 ay ərzində bununla bağlı çox müzakirələr aparıldı - ermənilər və onların havadarları bu addımı hədəfə çevirməyə çalışsalar da, mümkün olmadı. Azərbaycan özünün suveren hüquqlarından istifadə edərək, beynəlxalq hüquqa və müvafiq konvensiyalara söykənərək bu sərhəd buraxılış məntəqəsinin qurulmasını təmin edib.

Azərbaycanın suveren hüququ...

Bu sərhəd buraxılış məntəqəsinin qurulması ermənilərin qeyri-qanuni hərəkətlərinin qarşısının alınmasında mühüm rol oynadı. Bəlli olduğu kimi, Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını təmin edirdi. Bunun qarşısını almaq üçün Azərbaycan adekvat addımlar atdı - bütün yol üzrə ermənilərin təxribatçı hərəkətlərinin qarşısı alındı, eyni zamanda, ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu.

Qeyd edildiyi kimi, məğlubiyyətini kapitulyasiya imzalamaqla təsdiq edən Ermənistan Azərbaycanın humanist münasibətindən sui-istifadə etməyə çalışaraq artıq 3 ilə yaxındır ki, imzalanan üçtərəfli Bəyanatın müvafiq bəndlərini yerinə yetirmir. Əksinə, Ermənistan Laçın - Xankəndi yolu vasitəsilə Qarabağdakı silahlı tör-töküntülərinə sursat daşımağa cəhd göstərirdi. Dəfələrlə bununla bağlı xəbərdarlıqlar edilsə də, Ermənistan bu yoldan çəkinmədi. Hətta həmin silahlarla Azərbaycana qarşı təxribatlar belə törədilirdi. Bu mənada, həmin sərhəd-buraxılış məntəqəsinin qurulması mühüm əhəmiyyət daşıyır - beləliklə, artıq Ermənistandan Qarabağa gedən şəxslər və ya maşınlar Azərbaycanın sərhəd - buraxılış məntəqəsinin nəzarəti altında hərəkət edir, orada müvafiq prosedur qaydaları tətbiq olunur.

Təhlükəsizlik zəmanəti...

Ötən bir ay ərzində postun fəaliyyəti ilə bağlı hər hansı bir neqativ hal aşkarlanmayıb - əks halda bu, ermənilər tərəfindən mütləq şəkildə bəyan edilərdi. Yəni, bununla ermənilər özləri də təsdiqləyirlər ki, qurulan post şəffaf, demokratik və prosedur qaydalarına uyğun şəkildə fəaliyyət göstərir. Oradan qarşılıqlı şəkildə hərəkət edən şəxslərin sənədlərinin yoxlanmasında hər hansı bir çətinliklər yaşanmayıb. Eyni zamanda, istər Beynəlxalq Qırmızı Xaç Komitəsinin, istərsə də sülhməramlı qüvvələri humanitar məqsədlərlə həmin sərhəd məntəqəsindən istifadə edirlər. Beləliklə, bu addım bütövlükdə sülhyaratma və reinqteqrasiya prosesinə öz müsbət töhfəsini verir. Azərbaycanın mövqeyi şəffaf və demokratikdir. Ölkəmiz aylardır ki, Qarabağda yaşayan ermənilərlə əlaqələrin inkişafında maraqlı olduğunu ortaya qoyur. Sərhəd nəzarət-buraxılış məntəqəsi isə təhlükəsizliyin daha rahat və dəqiq təmin edilməsinə şərait yaradır. Nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi ilə üçtərəfli Bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq imkanlar tanıyır.

Əsassız iddialar...

Təbii ki, dinc əhalinin rahat və təhlükəsiz hərəkəti üçün yaradılmış bu post bəzilərinin maraqlarına cavab vermir. Bu mənada, son dövrlərdə Qarabağdakı separatçılara silah çatdırmaq üçün yeni yollar axtaranların planları ifşa olunub. Azərbaycan prosesi diqqətdə saxlayır və bütün qeyri-qanuni halların qarşısı alınır. Nəzərə alınmalıdır ki, mayın 14-də Brüsseldə keçirilən görüşdə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlərin də diqqət mərkəzində olduğu vurğulanmışdı. Yəni, yaxın dövrdə, bütövlükdə sülhün əldə olunması regiona təhlükəsiz və davamlı sabitliyi gətirə bilər. Buna qədər isə Ermənistanın və onun havadarlarının sərhəd buraxılış məntəqəsi ilə bağlı apardığı yalan kampaniyası iflasa məhkumdur. Məsələn, bir müddət öncə ölkəmizə səfər edən Fransanın xarici işlər nazirinin də diqqətinə çatdırıldı ki, bu postun qurulması Azərbaycanın öz suveren hüquqlarından istifadəsidir və ermənilərin, onların havadarlarının iddia etdikləri kimi “blokada” demək deyil.

Həm erməni sakinləri, həm BQXK, həm də Rusiya sülhməramlı kontingenti...

Amma deyəsən, ermənilər öz məkrli niyyətlərindən əl çəkmək fikrində deyillər. Bunun nəticəsidir ki, hələ də əllərinə fürsət keçən kimi məhz Azərbaycanın suveren hüquqlarına, əsasən qurduğu Laçın postu Ermənistan rəsmilərinin əsas hədəfinə çevirilir. Məsələn, mayın 22-də Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə mətbuat konfransı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan növbəti dəfə qərəzli fikirlərə yer ayırıb. Bu fikirlərə cavab verən Azərbaycan XİN isə Mirzoyanın növbəti dəfə səsləndirdiyi qərəzli fikirləri qətiyyətlə pislədiyini bəyan edib. Mirzoyanın əsassız fikirlərinə dair Azərbaycan XİN-in şərhində qeyd olunub ki, Azərbaycanın “Laçın” sərhəd buraxılış məntəqəsi təsis etməsinin guya yolu bağladığı, bölgədə humanitar problemlər meydana gətirdiyi, Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətində çətinliklər yaratdığı, bunun “etnik təmizləmə siyasətinin” tərkib hissəsi olduğu barədə əsassız iddiaları Ermənistan rəsmilərinin dəfələrlə təkrarlaması bu ölkənin reallıqları saxtalaşdırmaq cəhdidir: “Keçid məntəqəsindən həm erməni sakinlərin, həm Beynəlxalq Qızıl Xaç Komitəsinin, həm də Rusiya sülhməramlı kontingentinin şəffaf və nizamlanan şəkildə hər iki istiqamətdə keçdiyi bəllidir”.

Azərbaycan XİN-dən bildirilib ki, Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycan ərazilərini işğal altında saxlaması, kütləvi qırğınlar və etnik təmizləmə həyata keçirməsi, eləcə də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin çağırışlarına zidd olaraq işğala son qoymaması və öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaqdan imtina etməsi BMT TŞ üzvü Böyük Britaniyaya yaxşı məlumdur. Beləliklə, Ermənistan tərəfi beynəlxalq ictimaiyyəti öz rəvayətləri ilə çaşdırmaq səylərindən əl çəkməlidir.

“Bununla yanaşı, Azərbaycan ərazisinə beynəlxalq missiya göndərilməsinin Ermənistan tərəfindən hələ də təşviq olunması, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə Azərbaycan hökumətinin dialoquna hər vəchlə mane olması Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Ermənistan bölgədə sülh və əmin - amanlıq tərəfdarıdırsa, bu kimi müdaxilələrə son qoymalıdır.

Azərbaycan ərazisində erməni hərbi əsirlərin olması iddiasına gəldikdə qeyd edək ki, Azərbaycan müharibə zamanı ələ keçirilmiş hərbi əsirləri bir çox hallarda təmənnasız olaraq Ermənistana geri qaytarıb. Müharibədən sonra ölkəmizin ərazisində hərbi təxribatlar törətmək məqsədilə Ermənistan tərəfindən göndərilmiş bir qrup erməni hərbçilərə gəldikdə, onların hərbi əsir olmadığı Ermənistan rəhbərliyinə məlumdur. Azərbaycanın xoş niyyət nümayiş etdirərək bu qrupdan olan şəxslərin də demək olar yarısını Ermənistana geri qaytarmasına baxmayaraq, Ermənistan tərəfi yolunu azaraq Ermənistana keçmiş 2 nəfər Azərbaycan hərbçisini qurama məhkəmə işi ilə geri qaytarmaqdan imtina edir və bununla etimad quruculuğu səylərinə zərbə vurur.

Ermənistanı bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xələl gətirən təhlükəli ritorikadan çəkinməyə, əsassız yerə Azərbaycanı ittiham etmək, beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq”, - XİN-dən qeyd olunub.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 129 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Xarici siyasət

50 illik qadağa

02 İyun 10:42

Gündəm

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30