4-cü səfər...
24.05.2023 [10:00]
Avropada strateji tərəfdaşlarımızın sayı artır
Azərbaycanın milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasət kursunda Avropa İttifaqı (Aİ) ölkələri ilə əlaqələrin dərinləşdirilməsi xətti xüsusi yer tutur. İndiyədək Azərbaycanla Aİ üzvü olan 9 dövlət arasında strateji tərəfdaşlıq sazişləri imzalanıb ki, bu da qoca qitədə ölkəmizə və onun Lideri Prezident İlham Əliyevə böyük inamı ifadə edir. Bu kontekstdə Azərbaycan-Litva əlaqələrinin genişlənməsi də diqqət çəkir.
Fəal siyasi dialoq
Litva Aİ-də təmsil olunan önəmli dövlətlərdən biridir. Ərazisi kiçik, əhali sayı az olsa da, bu dövlət qoca qitədə müstəqil və prinsipial siyasi kursu olan ölkə kimi tanınır. Burada tarixən bir sıra ənənələr formalaşıb. Litvada Konstitusiya Fransadan daha əvvəl - 1791-ci il mayın 3-də qəbul edilib. Bu ölkədə ali təhsilin başlanğıcı Vilnüs Universitetinin yarandığı 1579-cu ilə gedib çıxır. Vilnüs Universiteti Şərqi Avropada ilk universitet hesab olunur. Əhalisinin sayı 2,8 milyon nəfər olan Litvada gənclərin 56 faizi ali təhsillidir və o, bu göstəriciyə görə Avropa İttifaqında lider mövqeyindədir. Litvanın Klaypeda dəniz limanı Baltik regionunda ən böyük limandır və buz bağlamır.
Azərbaycan və Litvanı tarixi əlaqələr birləşdirir. Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Litvanın ölkəmizdə konsulluğu fəaliyyət göstərib. Görkəmli siyasi xadim Vincas Kreve-Mickevicisun 1919-cu ildə müstəqil Azərbaycan dövlətində Litvanın konsulu kimi çalışıb. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) litvalı dövlət xadimi və yazıçı Vincas Kreve-Mickevicisun adını daşıyan auditoriya fəaliyyət göstərir. Cümhuriyyət dövründə respublikamızda digər litvalı siyasətçilər, o cümlədən də “Kriçinski qardaşları” da məşhur olublar. Belə ki, Aslan bəy Kriçinski və Olgerd bəy Kriçinski AXC-nin yeni formalaşan müxtəlif strukturlarında yüksək vəzifələr daşıyıblar.
Litva və Azərbaycan uzun illər ərzində eyni ittifaq dövlətinin - keçmiş SSRİ-nin tərkibində olmaqla oxşar siyasi taleləri bölüşüblər ki, bu da xalqlarımızın bir-birinə yaxınlaşmasında mühüm rol oynayıb. Bu gün isə Litva və Azərbaycan müstəqil dövlətlər kimi yaxın keçmişin təcrübəsinə və yeni dövrün şərtlərinə uyğun şəkildə, beynəlxalq hüququn prinsiplərini rəhbər tutaraq müxtəlif səviyyələrdə uğurla əməkdaşlıq edirlər. Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir (20 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. 2007-ci ilin aprelində Litvanın Azərbaycanda, həmin ilin sentyabrında isə ölkəmizin Litvada səfirliyi açılıb.
Azərbaycan və Litva strateji tərəfdaşlardır. İki ölkə arasında indiyədək 41 sənəd imzalanıb. Həmin sənədlər içərisində 2007-ci il sentyabrın 13-də Vilnüsdə imzalanmış “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə” xüsusi yer tutur.
Milli Məclisdə Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir. Eləcə də Litva Seymində Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr qrupu yaradılıb.
Dinamik səciyyə daşıyan ikitərəfli fəal siyasi dialoqun genişlənməsində prezidentlərin və digər yüksəksəviyyəli rəsmilərin qarşılıqlı səfərləri mühüm rol oynayır. Prezident İlham Əliyevin birinci xanım Mehriban Əiyeva ilə birlikdə mayın 21-22-də baş tutan uğurlu rəsmi səfəri Litvaya sayca 4-cü səfəridir. Bundan əvvəl Azərbaycanın dövlət başçısı Litvaya bir rəsmi və iki işgüzar səfərlər edib. Rəsmi səfər 2007-ci il sentyabrın 13-14-də, işgüzar səfərlər isə Vilnüs Enerji Təhlükəsizliyi Konfransı ilə əlaqədar 2007-ci il oktyabrın 10-11-də, Şərq Tərəfdaşlığı Sammiti ilə bağlı isə 2013-cü il noyabrın 29-da reallaşıb. Bundan əvvəl Azərbaycan və Litvanın dövlət başçıları cari il yanvarın 18-də Davosda görüşüblər. Görüş zamanı Prezident Gitanas Nauseda dövlətimizin başçısını ölkəsinə səfərə dəvət edib və dəvət Azərbaycan Prezidenti tərəfindən qəbul olunub. Öz növbəsində Litva Prezidenti Gitanas Nauseda 2022-ci il mayın 17-19-da respublikamızda rəsmi səfərdə olub.
Prezident İlham Əliyevin dost ölkəyə budəfəki səfəri də geniş gündəliyi ilə fərqlənib. Səfər çərçivəsində dövlətimizin başçısı litvalı həmkarı Gitanas Nauseda, bu ölkənin Baş naziri İnqrida Şimonite ilə görüşlərə və digər tədbirlərə qatılıb , bir sıra mühüm sənədlər imzalanıb, geniş biznes forum baş tutub. İki ölkənin rəhbərləri, həmçinin mətbuata bəyanatlarla çıxış ediblər. Ümumiyyətlə, səfərin proqramının kifayət qədər geniş olması onun əlaqələrimizin daha da genişlənməsinə mühüm təkan verəcəyini deməyə ciddi əsas verir. Prezident İlham Əliyev mətbuata verdiyi Bəyanatında ikitərəfli siyasi əlaqələrin yüksək səviyyəyə çatmasından məmnunluğunu ifadə edərək vurğulayıb: “Bu gün biz geniş fikir mübadiləsi əsnasında bir çox önəmli məsələləri müzakirə etdik, bir daha bizim strateji tərəfdaşlığımızı təsdiqlədik. Keçən il Prezident Nauseda Azərbaycanda rəsmi səfərdə idi, bu il isə mən Litvada rəsmi səfərdəyəm. Biz bu ilin əvvəlində Davosda da görüşmüşdük. Yəni, bu, özlüyündə onu göstərir ki, aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar təbii ki, bütün digər sahələrə də öz müsbət təsirini göstərir”.
Azərbaycan-Aİ münasibətlərinə Litvanın mühüm töhfələri
Biz yuxarıda Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin dərinləşməsindən bəhs etdik. Qısa müstəqilliki tarixində respublikamızın Aİ üzvlərinin üçdəbiri ilə strateji tərəfdaşlıq münasibətləri qurması respublikamızın böyük siyasi uğurudur. Dövlət başçımızın Litvaya son rəsmi səfəri çərçivəsində keçirilən tədbirlərdə də vurğulandığı kimi, Azərbaycan-Aİ münasibətlərinin dərinləşməsinə dost Litva özünün davamlı töhfələrini verir. Litva Azərbaycan-Avropa İttifaqı əməkdaşlığını fəal şəkildə təşviq edən ölkələrdən biridir.
Hazırda Azərbaycan Avropa İttifaqının Tvinninq proqramı üzrə Litvanın ən yaxın tərəfdaşlarından biri qismində çıxış edir. 2007-2022-ci illərdə Litva Azərbaycanda keçirilən 26 layihə seçimində iştirak edib və onlardan 17-sində qalib gəlib. Ümumi dəyəri 20 milyon avro olan bu layihələrdən 12-si artıq reallaşdırılıb, 5-i isə icra mərhələsindədir. Həmçinin Azərbaycan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilən layihələrin sayına görə də Litvanın əsas tərəfdaşıdır. Prezident İlham Əliyev Litvanın Azərbaycan-Aİ münasibətlərinin genişlənməsində fəal rol oynadığına görə dost ölkəyə təşəkkürünü ifadə edib: “Bizim Litva ilə ikitərəfli əməkdaşlıq çərçivəsində, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri də önəmli rol oynayır və Litvaya bu əlaqələrin inkişafı üçün göstərdiyi səylərə görə təşəkkürümüzü bildiririk. Prezident Nauseda Azərbaycana səfər edəndən iki ay sonra Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum uğurla icra edilir. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Nəql edilən, yəni, ixrac edilən qazın həcmi ildən-ilə artır və artacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
02 İyun 19:27

YAP xəbərləri
02 İyun 18:41

Dünya
02 İyun 18:17

Xəbər lenti
02 İyun 16:47

Xəbər lenti
02 İyun 16:40

Xəbər lenti
02 İyun 15:11

Xəbər lenti
02 İyun 14:48

Dünya
02 İyun 14:26

Xəbər lenti
02 İyun 13:18

Xəbər lenti
02 İyun 12:47

Xəbər lenti
02 İyun 12:43

Xəbər lenti
02 İyun 12:19

Xəbər lenti
02 İyun 12:15

Xəbər lenti
02 İyun 12:14

Xəbər lenti
02 İyun 12:06

İdman
02 İyun 11:55

MEDİA
02 İyun 11:40

Xəbər lenti
02 İyun 11:30

Xəbər lenti
02 İyun 11:27

İqtisadiyyat
02 İyun 11:22

Xəbər lenti
02 İyun 11:19

Sosial
02 İyun 11:15

Xəbər lenti
02 İyun 11:07

Xəbər lenti
02 İyun 11:07

Xarici siyasət
02 İyun 11:05

Xəbər lenti
02 İyun 11:04

Xəbər lenti
02 İyun 10:55

Xəbər lenti
02 İyun 10:46

Xəbər lenti
02 İyun 10:44

Xarici siyasət
02 İyun 10:42

Analitik
02 İyun 10:30

İqtisadiyyat
02 İyun 10:20

Gündəm
02 İyun 10:10

Siyasət
02 İyun 10:00

Xəbər lenti
02 İyun 09:26

Xəbər lenti
01 İyun 22:41

Xəbər lenti
01 İyun 22:36

Siyasət
01 İyun 21:43

Xəbər lenti
01 İyun 20:32

Xəbər lenti
01 İyun 20:26

Xəbər lenti
01 İyun 20:03

Xəbər lenti
01 İyun 19:59

Xəbər lenti
01 İyun 19:10

Gündəm
01 İyun 18:29

Siyasət
01 İyun 18:25

Xəbər lenti
01 İyun 18:06

Xəbər lenti
01 İyun 17:37

Xəbər lenti
01 İyun 17:07

Xəbər lenti
01 İyun 17:05

İqtisadiyyat
01 İyun 17:03

İqtisadiyyat
01 İyun 16:37

Dünya
01 İyun 16:28

Gündəm
01 İyun 16:13

Xəbər lenti
01 İyun 15:56

Dünya
01 İyun 15:35

Xəbər lenti
01 İyun 15:15

Xəbər lenti
01 İyun 15:13

Xəbər lenti
01 İyun 14:48

Xəbər lenti
01 İyun 14:19

Xəbər lenti
01 İyun 13:55

Xəbər lenti
01 İyun 13:41

Gündəm
01 İyun 13:37

Xəbər lenti
01 İyun 11:35

Analitik
01 İyun 11:30

Xəbər lenti
01 İyun 11:25

Xəbər lenti
01 İyun 11:20

Xarici siyasət
01 İyun 11:12

Xəbər lenti
01 İyun 10:57

Analitik
01 İyun 10:52

Siyasət
01 İyun 10:42
