Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 8 il öncə...

8 il öncə...

21.09.2022 [10:05]

Cənub Qaz Dəhlizi - Azərbaycan iqtisadiyyatının tarixi qələbəsi

Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu nəhəng enerji infrastrukturu layihəsi olan Cənub Qaz Dəhlizi çox sayda müxtəlif maraqlı tərəfləri, o cümlədən 7 hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb layihədir

Bu layihə Avropanın enerji təhlükəsizliyini təmin edən layihədir

Azərbaycan Prezidentinin yürütdüyü məqsədyönlü siyasət nəticəsində ölkəmiz bir çox tarixi hadisələrə şahidlik edib. İqtisadi inkişaf tariximizdə xüsusi yerə və əhəmiyyətə malik olan Cənub Qaz Dəhlizi layihəsi də Azərbaycanın neft-qaz sektorunun inkişafı uğrunda atılan mühüm addımlardan biri, bəlkə də elə birincisidir. Cənub Qaz Dəhlizi layihəsi ulu öndər Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Çünki məhz Ümummilli Liderin uzaqgörənliyi, cəsarəti, müdrikliyi sayəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycanın inkişafı üçün yeni imkanlar yarandı - Azərbaycana böyük həcmdə investisiyalar qoyulmağa başlandı. Xəzər dənizində tarixdə ilk dəfə olaraq beynəlxalq əməkdaşlıq prosesi başladı. Nəticədə Azərbaycan öz zəngin neft resurslarını dünya bazarlarına çıxarmaq üçün imkan əldə etdi.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan enerji siyasəti bu gün onun layiqli davamçısı - Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməkdədir. Aparılan çoxşaxəli uğurlu siyasətin nəticəsi olaraq son illər ərzində Azərbaycan öz enerji siyasətini ardıcıl şəkildə irəliyə aparır. “Əsrin müqaviləsi”nin imzalanmasından bu günə qədər bütövlükdə neft-qaz sahəsində bir neçə önəmli mərhələ xüsusi qeyd edilməlidir. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması, 1996-cı ildə “Şahdəniz” qaz kontraktı üzrə Sazişin bağlanması, 1999-cu ildən Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəmərinin tikilməsi, 2003-cü ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməl daşının qoyulması, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi və digər tarixi hadisələr Azərbaycanın enerji siyasətində əldə olunan uğurlardır.

2014-ci il sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməlqoyma mərasiminin keçirilməsi isə görülən işlərin zirvəsi hesab olunur. Çünki bu layihənin həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadiyyatı əlavə dividentlər əldə edir, ölkə iqtisadiyyatımız daha sürətlə inkişaf edir. Bu layihə Avropanın enerji təhlükəsizliyini təmin edən layihədir.

Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu nəhəng enerji infrastrukturu layihəsi olan Cənub Qaz Dəhlizi çox sayda müxtəlif maraqlı tərəfləri, o cümlədən 7 hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb layihədir. Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bir vaxtlar “qoca qitə”nin özündə müəyyən skeptik yanaşmalarla qarşılanan bu layihə indi bir növ xilaskarlıq rəmzinə çevrilib. Dörd mühüm seqmentdən ibarət olan yeni nəql marşrutunun inşası 2020-ci ilin sonlarında tamamlandı. Həmin vaxtdan etibarən Azərbaycan Avropaya 11 milyard kubmetrdən çox “mavi yanacaq” ixrac edib. Ötən il 43.9 milyard kubmetr qaz hasil edən ölkəmizdə istehsalın bu il daha da artacağı gözlənilir. Bu isə yeni ixrac həcmləri deməkdir. 2022-ci ilin ilk rübündə respublikamızda 11,8 milyard kubmetr təbii qaz hasil edilib. Bəhs olunan dövrdə xaricə qaz satışı 5,9 milyard kubmetr təşkil edib. O cümlədən Türkiyəyə 2,2, Avropaya 2,6, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixracı həyata keçirilib. Bütövlükdə, bu ilin birinci rübündə Azərbaycanda “mavi qaz” hasilatı 12.0, ixracı 15.3 faiz çoxalıb. Avropaya qaz ixracı isə 2.4 dəfə artıb.

Təxminən 3500 kilometr uzunluğa malik olan və 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizi çox mürəkkəb relyefə malik coğrafi ərazilərdən, o cümlədən hündürlüyü 2500 metr olan dağlardan keçir. Yeni enerji dəhlizinin 100 kilometrdən artıq hissəsi isə Adriatik dənizinin dibində quraşdırılıb. 2021-ci ildə Avropadan Azərbaycana cəmi 5 milyard kubmetr qazın alınması ilə bağlı sifariş verilmişdi. İlin yekununda respublikamız Avropaya qaz tədarükünü 8 milyard 150 milyon kubmetrə çatdırmağa nail oldu.

Görülən işlər, əldə olunan nəticələr bir daha onu deməyə əsas verir ki, Azərbaycan özünü proqnozlaşdırılan və etibar edilən tərəfdaş kimi təsdiqləyib. Avropa ilə enerji əməkdaşlığı tarixində müqavilə öhdəliklərinin respublikamız tərəfindən bir dəfə də olsun pozulması halı baş verməyib. Eyni zamanda, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu daha da artırıb. 3500 km məsafədə uzanan bu kəmər “qoca qitə” üçün siyasi təzyiqlərdən uzaq olan alternativ bir marşrutdur.

Nicat Dilqəmli

Paylaş:
Baxılıb: 409 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Turizm

Siyasət

Xəbər lenti

Xarici siyasət

MEDİA

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Qardaşlıq nümunəsi

27 Sentyabr 10:50

İqtisadiyyat

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30