Yeni mərhələ, yeni hədəflər
02.06.2022 [10:03]
YAP ilə AK Parti arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanmasından bir il keçir
Tahir Budaqov: Ötən bir il ərzində görülən işlər, həyata keçirilən tədbirlər partiyalarımız arasında təmasların sıxlaşmasına, əlaqələrin inkişafına, əməkdaşlığın əhatə dairəsinin genişlənməsinə xidmət edib
Yeni Azərbaycan Partiyası (YAP) öz fəaliyyətini yeni reallıqlara uyğun qürur, milli mənafeyin, dövlətçilik maraqlarının qorunması üçün mühüm addımlar atır. Partiyanın yeni dönəmdə xarici əlaqələrini uğurla davam və inkişaf etdirməsi də bu baxımdan xüsusi vurğulanmalıdır. YAP-ın beynəlxalq əlaqələrində dost ölkələrin, eləcə də Avropa və Asiyanın aparıcı siyasi partiyaları və qurumları ilə münasibətlər mühüm yer tutur. İntensiv təmasların davam etdirilməsi, səmərəli, faydalı müzakirələrin, fikir və təcrübə mübadilələrinin aparılması partiyalar arasında münasibətlərin inkişafına mühüm töhfə olmaqla yanaşı, Azərbaycan reallıqlarının təbliği baxımından da önəmlidir.
Azərbaycanla dost, qardaş və müttəfiq dövlət olan Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə YAP arasında əlaqələrin yüksələn xətt üzrə inkişafı da bu xüsusda müstəsna əhəmiyyət daşıyır. Ötən ilin bu günü - 2 iyun 2021-ci il tarixində iki hakim partiya arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması isə əlaqələrin yeni mərhələyə qədəm qoymasını şərtləndirib.
YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında deyib ki, Yeni Azərbaycan Partiyası ilə AK Parti arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması tarixi hadisə olmaqla yanaşı, mühüm mənəvi-siyasi əhəmiyyətə malikdir: “Bilirsiniz ki, ötən ilin iyun ayında Türkiyədə səfərdə olan YAP nümayəndə heyəti AK Partinin yüksəksəviyyəli rəsmiləri ilə görüşlər keçirdi. Nümayəndə heyətimiz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edildi. Bu səfər çox səmərəli oldu və bizim qarşılıqlı münasibətlərimiz, gələcək əməkdaşlığımız üçün güclü baza formalaşdırdı. Eyni zamanda, siyasi əlaqələrin perspektiv inkişafı üçün əlverişli zəmin yaratdı. İyul ayında isə AK Parti sədrinin birinci müavini Numan Kurtulmuşun başçılığı ilə geniş nümayəndə heyəti ölkəmizə səfər etdi. Nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olundu. Bütün bunlar Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin və 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni geostrateji reallıqların fonunda YAP-AK Parti əlaqələrinin də keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir”.
Tahir Budaqovun sözlərinə görə, əməkdaşlığa dair niyyət protokolunun imzalanmasından ötən bir il ərzində görülən işlər, həyata keçirilən tədbirlər partiyalarımız arasında təmasların sıxlaşmasına, əlaqələrin inkişafına, əməkdaşlığın əhatə dairəsinin genişlənməsinə xidmət edib. YAP Sədrinin müavini bildirib ki, Yeni Azərbaycan Partiyası ilə AK Parti arasında təmaslar müxtəlif formatlarda davam etdirilir: “Partiyalarımızın birgə təşkilatçılığı ilə tədbirlərin keçirilməsi bu baxımdan xüsusi qeyd edilməlidir. İki hakim partiyanın əməkdaşlığı çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Qarabağ zəfəri sonrası reallıqlar və uydurma erməni soyqırımı açıqlamasının regionda sülhə və stabilliyə təsirləri”, “Qarabağ savaşı: Azərbaycan-Türkiyə qardaşlığının növbəti təntənəsi”, Gəncədə partiyalarımız arasında ikitərəfli Əməkdaşlıq Protokoluna uyğun olaraq “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzularında konfransların keçirilməsini ayrıca diqqətə çatdırmaq istəyirəm. Digər tərəfdən, 2021-ci ilin dekabrında İstanbulda “Daha yaxşı dünya naminə çağırışlar” mövzusunda keçirilən XII Boğaziçi Sammitində mənim rəhbərliyimlə partiyamızın nümayəndə heyəti iştirak etdi. Dünyanın 49 ölkəsindən təmsilçilərin qatıldıqları toplantıda faydalı fikir mübadilələri aparıldı. Ötən ilin dekabr ayının 7-də isə AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuş ilə görüşümüz oldu. Görüş zamanı iki qardaş ölkənin hakim partiyaları arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində işlərin davamlılığı, perspektiv planlar müzakirə edildi. Əlbəttə, belə görüşlərin keçirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması münasibətlərimizə dinamizm gətirən mühüm amillərdəndir”.
Tahir Budaqov YAP-AK Parti əməkdaşlığının bundan sonra da uğurla davam etdiriləcəyini, bunun üçün ortaq siyasi iradənin olduğunu diqqətə çatdırıb: “Qarabağ Zəfəri sonrası reallıqlar həm Azərbaycan, həm Türkiyə, həm də regionda bütün xalqlar və dövlətlər üçün yaxşı perspektivlər vəd edir. Əminliklə söyləmək olar ki, Azərbaycan və Türkiyə bundan sonra da ortaq hədəflər, milli maraqlar əsasında fəaliyyət göstərəcək, möhkəm həmrəylik və qətiyyətli siyasi iradə nümayiş etdirəcəklər. Hakim siyasi partiyalar da bu istiqamətdə öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər. Biz siyasi partiyalar olaraq dövlət başçılarının qardaşlıq münasibətlərini örnək götürərək əlaqələrimizi daha da gücləndirməyi, inkişaf etdirməyi mühüm hədəf və prioritet kimi müəyyənləşdirmişik. Bu istiqamətdə müvafiq addımlar atılır, bundan sonra da sistemli fəaliyyət davam etdiriləcək”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

