Fərqli məkan, eyni coşqu
14.05.2022 [20:29]
Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında, İlham Əliyevin isə "xarüqə layihə" adlandırılan hava limanının açılış mərasimində çıxışı böyük rəğbət və sevgiylə qarşılandı
Azərbaycan və Türkiyə daim bir-birini ən yüksək səviyyədə dəstəkləyir, milli maraqlarının qorunmasında qətiyyətli mövqe nümayiş etdirirlər. Tərəflər nəinki regionda, eləcə də beynəlxalq miqyasda bir-birinə ən sıx və yaxından dəstək verən ölkələr kimi çıxış edirlər. Xüsusilə də, İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. Postmüharibə dövrünün reallıqları - elə son zamanlar müşahidə olunan proseslər də bu gerçəkliyi bir daha təsdiqləyir. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı səfərləri zamanı səsləndirilən fikirlər bir daha bu qənaətə gəlməyə imkan verir: Azərbaycan və Türkiyə birlikdədir, Azərbaycan nə deyirsə, Türkiyə də onu deyir, Türkiyə nə deyirsə, Azərbaycan da onu deyir!
İki mühüm fakta diqqət yetirək:
- 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradı
Azərbaycanın şanlı qələbəsinin əzəmətli və təntənəli nümayişi idi. Azərbaycan Prezidentinin və Vətən müharibəsində ölkəmizə mənəvi-siyasi dəstək verən qardaş Türkiyənin Prezidentinin qatıldığı paradda “Qarabağ Azərbaycandır!” şüarı bir daha qürurla ifadə olunmuşdu. Paytaxt Bakının Azadlıq meydanında bir çox parad keçirilib. Lakin Zəfər paradı tarixi, siyasi, mənəvi əhəmiyyətinə görə unikal və bənzərsizdir. Prezident İlham Əliyev paradların birində demişdi ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək, gün gələcək, işğaldan azad edilmiş torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək. Və o gün gəldi. 2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradına işğaldan azad edilmiş ərazilərimizdə qürurla və əzəmətlə dalğalandırılan üçrəngli bayrağımız gətirildi. Bu, xalqımızın sonsuz qürur və iftixar mənbəyi kimi dövlətçilik tariximizə qızıl hərflərlə əbədi həkk olunan müstəsna hadisə idi. Zəfər paradı, həmçinin bir millətin iki dövləti olan Azərbaycan ilə Türkiyənin dostluğunun, qardaşlığının və strateji tərəfdaşlığının rəmzlərindən birinə çevrildi. Bütövlükdə, parad ölkəmizin gücünü-qüdrətini, şanlı qələbəsini nümayiş etdirməklə yanaşı, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bütün dünyaya göstərdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paradda çıxışı zamanı "Bu Zəfər Gününüzdə sizlərlə birlikdə olmaqdan böyük məmnunluq duyuruq" ,- deyə qeyd etmişdi;
- Bu gün Prezident İlham Əliyevin Rize-Artvin Hava Limanının açılış mərasimində iştirakı Azərbaycan-Türkiyə münasibətlərinin dostluq, qardaşlıq və müttəfiqlik zirvəsində olduğunu bir daha nümayiş etdirdi.
Dövlətimizin başçısı tədbirdə çıxışı zamanı qeyd etdi ki, "mən bu gün qardaşımın məmləkətindəyəm və demək olar ki, öz məmləkətimdəyəm". İlham Əliyrv söylədi ki, "Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür".
Daha bir məqam: Ərdoğan Zəfər paradında qətiyyətlə söyləmişdi ki, Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir. Prezident İlham Əliyev isə bugünkü çıxışında vurğuladı ki, "Bu gün də biz bir yerdəyik, Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq".
Göründüyü kimi, iki fərqli tarix, fərqli məkan, amma eyni coşqu və istək. Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında, İlham Əliyevin isə "xarüqə layihə" adlandırılan hava limanının açılış mərasimində çıxışı böyük rəğbət və sevgiylə qarşılandı, dostluq, qardaşlıq və müttəfiqlik tariximizin parlaq səhifələrinə çevrildi. Bir daha bəlli oldu ki, bir millətin iki dövlətinin hədəfi də, sözü də birdir. Və iki qardaş ölkənin Liderləri söz ilə əməlin vəhdətini nümayiş etdirir, yeni strateji zirvələrə birlikdə addımlayırlar!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxMEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31

