“Altılıq”, yoxsa “üçlük?”
14.05.2022 [09:32]
Yeni regional əməkdaşlıq platforması yaradılır
Hazırda beynəlxalq münasibətlər sistemində mühüm dəyişikliklər baş verir - Avrasiyada yeni geosiyasi proseslər cərəyan edir. Bir tərəfdə Şərqi Avropada davam edən müharibə - Rusiya-Ukrayna savaşı, digər tərəfdə isə postmüharibə dönəminə qədəm qoymuş Cənubi Qafqazda sülhün inşası, yeni əməkdaşlıq platformalarının reallaşdırılması niyyəti diqqəti cəlb edir. Belə bir vəziyyətdə siyasi ekspertlər yeni dünya nizamının yaranmasından bəhs edirlər. Heç şübhəsiz, yeni düzənin yarandığı hazırkı şəraitdə regional güc mərkəzləri strateji fəaliyyətləri ilə önə çıxır, təhlükəsizlik və əməkdaşlığın təmin olunmasında müstəsna rol oynayırlar. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan bu mənada xüsusilə fərqlənir. 44 günlük müharibədə qələbə qazanaraq 100 illik regional geosiyasi arxitekturanı dəyişən ölkəmiz bölgədə yeni nizam yaradır. Bu xüsusda yeni regional əməkdaşlıq mexanizminin formalaşdırılması da diqqət mərkəzindədir.
Azərbaycan və Türkiyənin birgə təşəbbüsü olan “altılıq” formatında işbirliyi platforması uzun müddətdir ki, müzakirə olunur. Hətta bununla əlaqədar müəyyən təmaslar - danışıqlar və görüşlər də keçirilib. Amma Rusiya-Ukrayna müharibəsi situasiyanın dəyişməsinə səbəb olur. Geosiyasi zəlzələ effekti yaradan bu qarşıdurma nəticəsində qütbləşmənin yaranması bəzi tərəflərin eyni platformada əməkdaşlıq imkanlarını zəiflədir, hətta bitirir. O səbəbdən yeni geostrateji seçimlər gündəmə gəlir. Bu baxımdan, müzakirə edilən yeni regional format “üçlük” platformasıdır. Söhbət Azərbaycan-Türkiyə-Gürcüstan formatında reallaşdırılması nəzərdə tutulan yeni əməkdaşlıq mexanizmindən gedir.
Göründüyü kimi, Azərbaycan yenə də inam və etimad ünvanı kimi çıxış edir, geosiyasi proseslərin mərkəzində dayanır. Çünki Bakı ilə strateji təmasların gücləndirilməsi - çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi təkcə bölgə ölkələri deyil, həm də güc mərkəzləri üçün müstəsna əhəmiyyətə malikdir. Mükəmməl geosiyasət bilicisi, təcrübəli siyasətçi və dövlət xadimi İlham Əliyevin strateji təmkinə, milli maraqlara əsaslanan, müasir geosiyasi çağırışlara adekvat cavab verən xarici siyasət kursu nəticəsində Azərbaycan, hətta bir-biri ilə əks mövqelərdə dayanan qütblər - güc mərkəzləri ilə yaxşı münasibətlərə malikdir, dünyada etibarlı, perspektivli və bərabərhüquqlu tərəfdaş kimi tanınır - qəbul edilir. Bakıya regional və beynəlxalq təhlükəsizlik məsələsində tərəfdaşlığı gücləndirmək çağırışları da bu səpkidə xüsusi qeyd edilməlidir.
Digər mühüm məqam yeni geosiyasi nizamın məhz Azərbaycan-Türkiyə strateji müttəfiqliyi fonunda təşəkkül tapmasıdır. Çünki Bakı ilə Ankaranın təşəbbüsləri, o cümlədən sülh diplomatiyası bölgədə sabitlik, təhlükəsizlik və əməkdaşlıq üçün etibarlı zəmin formalaşdırır. Postmüharibə dövründə bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı faktor kimi çıxış edir. Qonşu Gürcüstan da iki dövlətlə birgə addımlayaraq regionun strateji gələcəyini birlikdə inşa etmək istəyini və niyyətini aydın ifadə edir. Yeri gəlmişkən, mayın 22-də Azərbaycanın mədəniyyət paytaxtı, regionun isə diplomatiya mərkəzi olan Şuşa şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr üzrə komitələrinin üçtərəfli görüşünün keçirilməsi də bu baxımdan önəmlidir.
Üç ölkənin işbirliyinin mühüm halqalarından biri enerji və nəqliyyat sahəsində əməkdaşlıq perspektivləridir. Azərbaycan, Türkiyə və Gürcüstan bu istiqamətdə səmərəli əməkdaşlıq qura biliblər. Birgə tərəfdaşlıq çərçivəsində qarşılıqlı investisiya qoyuluşunun artması, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması gələcəkdə səmərəli və çoxşaxəli işbirliyinin uğurla davam etdirilməsinə etibarlı zəmin formalaşdırır. Bu isə Avrasiyanın enerji və nəqliyyat xəritəsinin yenidən dizayn edilməsidir.
Beləliklə, yeni “üçlük” platforması həm Azərbaycan, Türkiyə və Gürcüstanın strateji maraqlarının təmin olunması, həm də regional əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bu, həm də yaxşı perspektivlər yaradır və gələcəkdə yeni işbirliyi nümunələrinin yaradılmasını təşviq edə bilər.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19

