İnformasiyanın ünvanı...
04.09.2026 [08:50]
Google necə yaranıb?
İnsanların əsrlər boyu ən böyük istəklərindən biri istənilən suala cavab tapmaq və lazım olan məlumata asanlıqla çıxış əldə etmək olub. Bir vaxtlar bunun üçün kitabxanalarda saatlarla kitab vərəqləmək, arxivlərdə araşdırma aparmaq və müxtəlif mənbələri bir-bir nəzərdən keçirmək lazım gəlirdi. Bu gün isə informasiya axtarışı demək olar ki, bir neçə saniyəlik prosesə çevrilib. Hər hansı mövzu ilə bağlı məlumat axtaranda, ünvan və marşrut müəyyənləşdirəndə, elmi araşdırmalara nəzər salanda, son xəbərləri izləyəndə, hətta gün ərzində nə hazırlayacağımızı düşünəndə belə ilk müraciət etdiyimiz ünvan məhz “Google” olur.
1998-ci il sentyabrın 4-də Larri Page və Sergey Brin tərəfindən yaradılan “Google” sadəcə bir axtarış sistemi olaraq işə başlamışdı. Amma bu gün o, həyatımızın ən önəmli informasiya körpüsünə çevrilib. “Google”un gücü ondadır ki, o yalnız cavab vermir, həm də insanları öyrədir, istiqamətləndirir, düşünməyə vadar edir, biliklərə olan yolumuzu asanlaşdırır, dünyanı daha əlçatan edir. İnformasiya bərabərliyi prinsipini dəstəkləyən bu texnologiya dünyanın ən ucqar kəndində yaşayan bir insanla, böyük şəhərlərdə yaşayanları eyni informasiya mənbəyinə qovuşdura bilir.
“Google” təkcə axtarış sistemi deyil, həm də innovasiyanın simvoludur. “Gmail”, “Google Maps”, “YouTube”, “Android” əməliyyat sistemi - bunların hamısı bir zamanlar kiçik bir universitet layihəsi olaraq başlayan ideyanın nəticəsidir.
1 terabaytlıq harddisk və tələbə yataqxanası otağı...
İqtisadi gücü və təqdim etdiyi xidmətlərin mübahisəsiz üstünlüyü ilə bütün dünyanı heyrətə gətirən internet şirkətinin qısa, ancaq maraqlı quruluş tarixçəsi var.
“Google”un qurucularından biri Sergey Brin əslən rusiyalı mühacirdir. Şirkətin digər qurucusu Larri Page Sergeylə 1995-ci ildə ABŞ-ın Stanford universitetində tanış olub. Bu iki gəncin elmi araşdırmalarının əsasını gündən-günə böyüməkdə olan nəhəng internet məkanında lazımi informasiyanın ən qısa və effektiv şəkildə əldə edilməsi üçün tələb olunan axtarış sistemlərinin yazılması təşkil edirdi. 1996-cı ilin yanvarında onlar “Backrub” adlanan axtarış sistemini proqramlaşdırmağa başladılar. Bu sistem kiçik miqyasda test edildi və onun axtarış probleminə gətirdiyi unikal həllər mütəxəssislərin təqdirini qazandı.
Larri və Sergey 1998-ci ilin ilk yarısında internetdə inqilab yaradacaq layihələrin həyata keçirilməsi üçün öz fəaliyyətlərini gücləndirdilər. Onlar icad etdikləri yeni texnologiyanı “Google” adlandırdılar.
“Google” riyazi termindir və 1 rəqəminin arxasında 100 sıfırı ifadə edir. Bu termindən istifadə etməklə onlar təqdim etdikləri texnologiyanın sonsuz imkanlarını ifadə etmək istəyirlər. Dostlar 1 terabayt həcmində olan kompüter harddiskini güzəştli qiymətə alırlar və tələbə yataqxanasında Larrinin otağını “Google”un informasiya bazasının mərkəzi kimi istifadə etməyə başlayırlar.
Şirkətin ilk addımları
İlk olaraq onlar “Yahoo” şirkətinin qurucusu Devid Filoya müraciət edirlər. Filo onların yeni texnologiyasının əhəmiyyətini təqdir edir. Lakin dostların Devidden yardım almaq planları baş tutmur. Digər internet portallarının rəhbərləri ilə də danışıqlar nəticəsiz qalır. Bu uğursuz səylərdən sonra Sergey və Larri öz bizneslərini qurmaq qərarına gəlirlər. Bunun üçün müəyyən sərmayə tələb olunurdu. Onlar tezliklə biznes plan hazırlayırlar. İlk müraciət etdikləri şəxs “Sun Microsystems” şirkətinin qurucusu olan Endi Bextolşaym olur. O, uzaqgörən olduğundan “Google” sisteminin gələcəyi və perspektivləri onda ciddi təəssürat oyadır və dərhal “Google.İnc” şirkətinin adına 100 min ABŞ dolları məbləğində çek yazır.
Ancaq “Google.İnc” adlı şirkət mövcud deyildi. Sergeylə Larrinin ilk işi bu şirkəti qeydiyyatdan keçirmək olur. Daha sonralar onlar öz qohum, dost və tanışları arasında investor arayışların davam etdirərək 1 milyon dollara yaxın pul tapmağa nail olurlar. 1998-ci ildə “Google.İnc” şirkəti rəsmi şəkildə fəaliyyət göstərməyə başlayır. Şirkətin qapıları məsafədən idarə olunan pultla açılıb bağlanırdı. Çünki “Google”un ofisi adi bir qarajda yerləşirdi.
Bu gün isə “Google”un fəaliyyətləri artıq 140 mindən artıq server vasitəsi ilə aparılmaqdadır. Onun təqdim etdiyi xidmətlər 249 dilə, eyni zamanda Azərbaycan dilinə tərcümə edilib.
Sentyabrın 4-ü yalnız bu şirkətin yaranma tarixi deyil, həm də bəşəriyyətin informasiya dövrünə atdığı ən böyük addımlardan birinin ildönümüdür. “Google” artıq gündəlik həyatımızın parçası, beynimizin əlavə yaddaşı, suallarımızı ilk ünvanladığımız dostumuzdur.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39

