Son nöqtə qoyuldu
19.04.2022 [13:41]
Həmsədr dövlətlər ATƏT-in Minsk qrupunun sıradan çıxdığını qeyri-rəsmi formada rəsmiləşdirdilər
ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şofer regiona səfəri çərçivəsində Ermənistanda olub. Səfər zamanı Ermənistan mediası “ənənə”sinə sadiq qalaraq bəzi məsələləri, o cümlədən artıq praktik olaraq tarixin arxivinə qovuşmuş – siyasi gündəmdən çıxmış ATƏT-in Minsk qrupunun “fəaliyyət”ini aktuallaşdırmağa çalışıb. Ona görə də Endryu Şoferi ilk növbədə qurumun amerikalı həmsədri kimi təqdim etməyə cəhd göstərib. Amma...
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun “twitter” paylaşımı planları suya salıb – siyasi xəyalları puç edib. Belə ki, həmin paylaşımda Endryu Şofer həmsədr kimi deyil, məhz Qafqazda danışıqlar üzrə baş müşavir kimi təqdim edilib. Bununla da ABŞ ATƏT-in Minsk qrupunun taleyi məsələsində öz sözünü deyib – Minsk qrupu funksional deyil!
Maraqlı məqam budur ki, geosiyasi məsələlərdə - regional və beynəlxalq proseslərdə olmasa da, Minsk qrupunun siyasi taleyi məsələsində həmsədrlərin mövqeyi üst-üstə düşür. Faktlara diqqət yetirək:
- Rusiyanın xarici işlər naziri Sergey Lavrov “ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrləri bu format çərçivəsində Rusiya ilə əlaqə saxlamaqdan imtina ediblər” demişdi;
- Endryu Şoferdən əvvəl fransız diplomat Bris Rokfey Ermənistana səfər etmişdi. O, İrəvana ATƏT-in Minsk qrupunun həmsədri kimi deyil, Fransa XİN-in Şərq Tərəfdaşlığı məsələləri üzrə nümayəndəsi kimi gəlmişdi;
- Moskva Moskva İqor Xovayevi Rusiya XİN-in Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşdırılması üzrə xüsusi nümayəndəsi təyin etdi.
Beləliklə, həmsədr dövlətlər ATƏT-in Minsk qrupunun sıradan çıxdığını – üstündən xətt çəkildiyini qeyri-rəsmi formada rəsmiləşdirdilər. Reallıq budur ki, mandatı itən, siyasi vəfatı baş tutan Minsk qrupunu - ATƏT-in “premature” qurumunu reabilitasiya etmək cəhdi iflasa düçar oldu.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45

