İlham Əliyev Bakını Avrasiyanın diplomatiya mərkəzlərindən birinə çevirib
02.04.2022 [21:22]
Regional və beynəlxalq təhlükəsizlik məsələlərində Azərbaycanın Liderinin rəyinə önəm, mövqeyinə üstünlük verilir
Çin Xalq Respublikasının Sədri Si Cinpinin Prezident İlham Əliyevə təbrik məktubunda çox mühüm məsələlər, vacib məqamlar əksini tapıb. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin vurğulandığı məktubda qarşılıqlı siyasi etimadın dərinləşməsindən, bütün sahələrdə fəal əməkdaşlığın əhəmiyyətindən, Azərbaycan ilə Çinin regional və beynəlxalq səviyyələrdə qarşılıqlı fəaliyyətindən bəhs olunub.
Bu, ilk növbədə, Pekinin Bakı ilə əməkdaşlığa böyük önəm verdiyini, tərəfdaşlığı yüksək qiymətləndirdiyini bir daha təsdiqləyir. Bu da təsadüfi deyil, çünki...
Azərbaycan ilə tərəfdaşlığın genişləndirilməsi güc mərkəzləri, eləcə də həm Avrasiyada, həm də Cənubi Qafqazda vacib – həyati maraqları olan Çin üçün strateji prioritetlərdən biridir. Xüsusilə də, regionda mühüm kommunikasiya-logistika mərkəzinə çevrilən Azərbaycanın Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən dizayn etməsi Çinin diqqətini cəlb edən mühüm amillərdən biridir. Hazırda Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında həm iştirak edən, həm də fəal investisiya yatıran yeganə ölkədir. Bu amili nəzərə alan Pekin Bakı ilə nəqliyyat-logistika sahəsində təmasların gücləndirilməsi və əməkdaşlığı dərinləşdirmək iradəsini - niyyətini aydın ifadə edir. Regionda yeni reallıqlar formalaşdıran Azərbaycanın strateji fəaliyyəti və faydalı təklifləri - səmərəli təşəbbüsləri əsasında Zəngəzur dəhlizinin yaradılması məsələsi isə işbirliyinin yeni perspektivlərini yaradır.
44 günlük müharibədə qələbə qazanaraq 100 illik regional geosiyasi vəziyyəti dəyişdirən Azərbaycan bölgədə yeni nizam yaradır. Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsi zamanı olduğu kimi, hazırda da həm regionumuzda, həm də Avrasiyada sülh, sabitlik - təhlükəsizlik, əməkdaşlıq və inteqrasiya məsələləri Azərbaycan Prezidenti ilə müzakirə olunur. Üstəlik, Şərqi Avropada III Dünya müharibəsi və "yeni dünya düzəninə keçid" kimi dəyərləndirilən Rusiya-Ukrayna savaşının davam etdiyi vaxtda və şəraitdə geosiyasi diqqət yenə də Cənubi Qafqazın diplomatiya paytaxtı olan Bakıya yönəlib.
Bəhs olunan müharibə fonunda tərəflər arasında dialoqun, qarşılıqlı etimadın və sülhün təmin olunmasında Azərbaycanın fəal rol oynaya biləcəyi xüsusi diqqətə çatdırılır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Polşa Prezidenti Andjey Duda, NATO-nun Baş katibi Yens Stoltenberq, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, digər bir sıra ölkələrin, regional və beynəlxalq təşkilatların rəsmi şəxslərinin həm Cənubi Qafqazda postmüharibə reallıqları, həm də Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Prezident İlham Əliyev ilə müzakirələr aparması Azərbaycanın regionun geosiyasi gündəliyini formalaşdıran əsas qüvvələrdən biri olduğunu göstərir - Bakının nüfuzunu - prestijini əks etdirir.
Bütün bunlar təsdiqləyir ki:
- Azərbaycan təkcə Cənubi Qafqazın lider ölkəsi - regional güc mərkəzi deyil. Bakı yeni reallıqlar fonunda dialoq və əməkdaşlıq məkanı, inam və etimad ünvanıdır;
- Mükəmməl geosiyasət bilicisi, təcrübəli siyasətçi və dövlət xadimi İlham Əliyevin strateji təmkinə, milli maraqlara əsaslanan, müasir geosiyasi çağırışlara adekvat cavab verən xarici siyasət kursu nəticəsində Azərbaycan hətta bir-biri ilə əks mövqelərdə dayanan strateji qütblər - güc mərkəzləri ilə yaxşı münasibətlərə malikdir, dünyada etibarlı, perspektivli və bərabərhüquqlu tərəfdaş kimi tanınır - qəbul edilir.
- Bu səbəbdən Bakı hazırda Xəzər-Qara dəniz strateji xəttində və Avrasiya geosiyasətində diplomatik trafikin ən vacib və mühüm halqalarından biridir;
- Bütün bunlar Avrasiyada diplomatiyanın yenidən qurulmasında açar rolunu oynayan geosiyasi koordinatlardan birinin Azərbaycan olduğunu təsdiqləyir. Cənubi Qafqazda isə geosiyasi təqvim Bakı vaxtı ilə müəyyənləşir.
Nəticə etibarilə, vaxtından - zamanından (istər 44 günlük müharibə zamanı, istərsə də Cənubi Qafqazda postmüharibə, Şərqi Avropada isə müharibə şəraiti olduğu dönəmdə), yerindən - məkanından (Azərbaycanda, qardaş ölkədə, Avropanın siyasi paytaxtı Brüsseldə, yaxud hansısa beynəlxalq tədbirdə) asılı olmayaraq regional və beynəlxalq təhlükəsizlik məsələləri Azərbaycanın Lideri ilə müzakirə olunur. İlham Əliyevə zəng edirlər - Avrasiyanın bugünkü və gələcək geosiyasi taleyi ilə bağlı fikir mübadiləsi aparırlar, qalib dövlətin Müzəffər Ali Baş Komandanının - lider dövlətin Liderinin rəyinə önəm, mövqeyinə üstünlük verirlər. Azərbaycan Prezidenti isə sözünün imzası qədər dəyərli və keçərli olduğunu sübut edir!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

