700 milyon əhali, $55 trilyonluq büdcə
01.02.2022 [09:47]
Gələcəkdə 37 dövləti birləşdirəcək TDT Avropa İttifaqı modeli yarada bilərmi?
Nurlan QƏLƏNDƏRLİ
Türkdilli ölkələrin regional ittifaqının yeni güc mərkəzinə çevrilməsi üçün bütün şərtlər və real şərait mövcuddur
Son zamanlar müzakirə predmetinə çevrilən məsələlərdən biri türkdilli ölkələrin mövcud olduğu coğrafiyada geosiyasi və geoiqtisadi təşkilatlanmanın gücləndirilməsi, yeni güc mərkəzinin yaradılmasıdır. Söhbət konkret olaraq Türkdilli Dövlətlər Təşkilatının (TDT) strateji təsir imkanlarının artırılmasından, əməkdaşlığın dairəsinin genişləndirilməsindən gedir. Siyasi ekspertlər qeyd edirlər ki, bu təşkilat çərçivəsində işbirliyini dərinləşdirməklə və inteqrasiyanı sürətləndirməklə Avropa İttifaqı (Aİ) modelində yeni nümunə formalaşdırmaq mümkündür. Yəni təşkilatın sıralarını genişləndirmək, iqtisadi, demoqrafik resursları artırmaq, təşkilatdaxili vahid qaydalar çərçivəsində qarşılıqlı faydalı təmaslara və güzəştlərə əsaslanan ümumi mexanizm yaratmaq olar.
Ümumiyyətlə, dünyanın mövcud geosiyasi şərtləri fonunda türkdilli ölkələrin birliyi bu gün daha aktual və vacib xarakter almaqdadır. Xüsusilə, güc mərkəzlərinin nəzər-diqqətinin məhz bu məkana çevrildiyi bir mərhələdə türkdilli dövlətlər arasında sarsılmaz birliyin təmin olunması, yeni ittifaq modelinin yaradılması həm də xarici təsirlərdən birgə mühafizə olunmaq, beynəlxalq məkana inteqrasiya olunmaq, ümumi iqtisadi resurslardan düzgün istifadə etmək baxımından önəmlidir.
Geosiyasi situasiya imkan verir
Əlbəttə, bu hədəfə nail olmaq üçün uzunmüddətli perspektivə hesablanmış strategiya müəyyənləşdirilməli və icra olunmalıdır. 12 noyabr 2021-ci il tarixində İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə aparılan müzakirələr, qəbul edilən qərarlar belə bir konseptual yanaşmanın və strateji niyyətin olmasından xəbər verir, həmçinin müvafiq addımların atıldığını göstərir.
Hazırkı geosiyasi situasiya Türk Dövlətləri Təşkilatını qarşıdakı müddətdə yeni regional güc mərkəzinə çevirməyə əlverişli şərait yaradır - dayanıqlı zəmin formalaşdırır. Xüsusilə də, İkinci Qarabağ müharibəsində Qələbə qazanaraq ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən Azərbaycanın yaratdığı yeni reallıqlar bu baxımdan böyük önəm daşıyır. Bu gerçəkliklərin fonunda Bakı çox mühüm strateji təşəbbüslərlə çıxış edir. Xüsusilə də, kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması ilə əlaqədar geosiyasi iradə nümayiş etdirilməsi böyük əhəmiyyətə malikdir. Şübhəsiz ki, Zəngəzur nəqliyyat dəhlizi türkdilli dövlətlərin yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gəlməsini təmin edəcək. Dəhliz Türk Dünyasında kommunikasiya və inteqrasiyanı gücləndirəcək, türkdilli ölkələrin mühüm iqtisadi mənfəət və siyasi dividend qazanmasını şərtləndirəcək. Bütün bunlar isə nəticədə yeni dünya nizamı şəraitində Avrasiyada, o cümlədən Türk Dünyasında geosiyasi fəallığın artmasına təkan verəcək. Təsadüfi deyil ki, VIII Zirvə Görüşündə Prezident İlham Əliyev Azərbaycan Respublikasının torpaqlarının azad edilməsini və ərazi bütövlüyünün bərpa olunmasını təmin edən, Türk birliyinə önəmli töhfə verən, regionda davamlı sülh və sabitliyə nail olunmasına yol açan tarixi Qələbə münasibətilə Türk Dünyasının Ali Ordeni ilə təltif olundu. Bu, Azərbaycanın strateji kursunun və geosiyasi fəallığının türkdilli ölkələr coğrafiyasında da sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlığa xidmət etməklə yanaşı, uzunmüddətli hədəflərə nail olmağa real zəmin yaratdığını göstərir.
Avropa İttifaqı bənzər siyasi təkamül yolu keçib
Hazırda aktual çağırış təşkilatın sıralarının genişləndirilməsi və qeyd etdiyimiz kimi, iqtisadi, demoqrafik resursların artırılması, ittifaq modelində birgə fəaliyyət mexanizminin yaradılmasıdır. Məlumdur ki, Avropa İttifaqı da eyni siyasi təkamül yolunu keçərək bu gün geoiqtisadi güc mərkəzinə çevrilib. 1951-ci ildə 6 ölkə - Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Birliyinin (AKPB) yaradılması ilə yeni ittifaqın əsası qoyulub, ortaq fəaliyyət - birgə təşəbbüslər əsasında təşkilatın sıraları zamanla genişləndirilib. Hazırda Aİ-nın sıralarında 27 dövlət birləşib. Təşkilatın iqtisadi, maliyyə və ticari imkanları kifayət qədər yüksəkdir. Büdcəsi 19 trilyon dollara, əhali sayı isə 450 milyon nəfərə yaxındır, pul vahidi olan “euro” (avro) dollardan daha dəyərlidir. Bu, təşkilat üzvlərinə kifayət qədər böyük ictimai, siyasi, iqtisadi, demoqrafik - humanitar və hərbi-strateji imkanlar yaradır.
Hədəflər və proqnozlar
Müqayisə apardıqda görürük ki, Türkdilli Dövlətlər Təşkilatı sıralarında 5 dövləti (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) birləşdirir, 2 dövlət (Macarıstan və Türkmənistan) isə müşahidəçi qismində yer alır. Bəzi strateji tədqiqat mərkəzləri belə bir proqnozla çıxış edirlər ki, TDT uzunmüddətli strategiya əsasında fəaliyyətini davam etdirməklə sıralarında 37 dövləti birləşdirməyi hədəf kimi müəyyənləşdirib. Bu, təbii ki, iqtisadi imkanların - maliyyə büdcəsinin, demoqrafik potensialın da artması deməkdir. Araşdırma mərkəzlərinin təhlillərində belə qənaət ifadə edilir ki, TDT-nin gələcək əhali potensialı 700 milyondan çox, maliyyə büdcəsi isə 55 trilyona yaxın ola bilər ki, bu da eyni göstəricilərdə Avropa İttifaqını geridə qoymaqdır. Üstəlik, nəzərə almaq lazımdır ki, türkdilli ölkələr coğrafiyasında regional bazarın formalaşdırılması imkanları Aİ məkanından daha çoxdur və təşkilata hazırkı üzv dövlətlər birgə iqtisadi inkişafa təkan verəcək sərvətlərlə (neft-qaz, dəmir filizi, sink, polimetal filizləri, boz kömür, mis filizi, qızıl, daş kömür, mobilden, civə, qurğuşun və xrom yataqları) zəngindir.
Beləliklə, Türkdilli Dövlətlər Təşkilatı timsalında regional ittifaqın yeni güc mərkəzinə çevrilməsi üçün bütün şərtlər və real şərait mövcuddur. İndi əsas məsələ gələcək strateji hədəflər üçün ortaq geosiyasi iradənin ortaya qoyulmasıdır.
Xəbər lenti
Hamısına baxSosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

