Azərbaycan-Türkiyə strateji münasibətləri ən yüksək səviyyədə inkişaf edir
20.08.2010 [10:05]
Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı dərin tarixi köklərə söykənir. Ortaq etnik-mədəni mənşəyə, tarixi keçmişə sahib olan iki qardaş xalqı mənəvi tellərlə yanaşı, ümumi milli, siyasi, iqtisadi maraqlar birləşdirir. Dostluq və qardaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri uğurla inkişaf etməkdədir. Məlum olduğu kimi, müstəqillik əldə etdikdən sonra Azərbaycanın xarici siyasətdə əlaqələrin qurulmasına ən böyük önəm verdiyi ölkələrdən biri Türkiyədir. Xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev beynəlxalq siyasi vəziyyəti, eləcə də, Azərbaycanın və Türkiyənin bölgədəki rolunun əhəmiyyətini düzgün dəyərləndirərək iki ölkə arasında hərtərəfli əlaqələrin qurulması istiqamətində fəal iş apardı. Təsadüfi deyil ki, Ulu öndər müstəqil Azərbaycanın dövlət başçısı kimi ilk səfərlərindən birini 1994-cü il fevral ayının 8-11-də qardaş ölkəyə gerçəkləşdirib. Səfər çərçivəsində imzalanan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin başlanğıcını qoydu. Ulu öndərin hər zaman söylədiyi və bu gün də dillərdə əzbər olan “bir millət, iki dövlət” kəlamı Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun ən mükəmməl ifadəsinə çevrilib.
Xarici siyasətdə Ulu öndərin qoyduğu siyasi kursu davam etdirən Prezident İlham Əliyev Türkiyə ilə strateji əlaqələrin möhkəmləndiriliməsi istiqamətində görülən işləri davam etdirir. Bunun göstəricisi olaraq Prezident İlham Əliyev dövlət başçısı kimi ilk səfərlərindən birini məhz Türkiyəyə edib. Türkiyə rəsmiləri ilə keçirdiyi çoxsaylı görüşlərdə dövlət başçısı qarşılıqlı əlaqələrin inkişaf perspektivlərini dəyərləndirərək əməli addımların davam etdirilməsinin önəmini vurğulayıb. İki ölkə arasında müxtəlif sahələri əhatə edən çoxsaylı protokollar və müqavilələr Azərbaycan-Türkiyə münasibətlərinin hərtərəfli inkişafına imkan verir. Bu gün Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı bütün sahələrdə özünü göstərməkdədir. ölkəmizə səfər edən Türkiyə Prezidenti Abdullah Güllə birlikdə mətbuat konfransında çıxış edən Prezident İlham Əliyevin sözlərinə görə, böyük tarixi keçmişə malik ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir: “Bu gün ölkələrimiz arasındakı əlaqələr ən yüksək səviyyədədir. Bu əlaqələrin xüsusi əhəmiyyəti vardır və əlaqələrimiz bütün sahələri əhatə edir. Siyasi, iqtisadi, mədəni sahələrdə - bütün sahələrdə aramızda çox ciddi işbirliyi, əməkdaşlıq aparılır və bütün istiqamətlərdə yaxşı nəticələr vardır”.
İki ölkə arasında möhkəm siyasi əlaqələr mövcuddur
Bildiyimiz kimi, beynəlxalq aləmdə bütün məsələlərdə bir-birinin mövqeyini dəstəkləyən Azərbaycanla Türkiyə ümumi maraqlar uğrunda da mübarizə aparır. Sirr deyil ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına etiraz əlaməti olaraq 1993-cü ildən etibarən Türkiyə işğalçı ölkə ilə əlaqələrə son qoyaraq sərhədləri bağlayıb. Eyni zamanda, Türkiyə dövləti beynəlxalq təşkilatların Azərbaycanın işğala məruz qalması faktını təsdiqləyən və beynəlxalq hüquqa zidd əməlin dayandırılmasını tələb edən qərarların qəbul olunmasında ölkəmizi hər zaman dəstəkləyib. öz növbəsində Azərbaycan da qardaş ölkəni hərtərəfli dəstəkləyir, ermənilərin Türkiyəyə qarşı apardıqları qondarma “soyqırımı” təbliğatını pisləyir. Türkiyə Prezidenti Abdullah Gülün respublikamıza səfəri çərçivəsində avqustun 16-da imzalanan “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə” iki ölkə arasında strateji əməkdaşlığın möhkəmlənməsi yönündə atılan mühüm addımdır. Sənədin imzalanmasından sonra jurnalistlər qarşısında çıxışında dövlət başçısı müqavilənin tarixi əhəmiyyətini vurğulayıb: “Bu gün imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə böyük tarixi əhəmiyyətə malik olan bir sənəddir. Bu müqavilə gələcək fəaliyyətimizi müəyyən edir və bundan sonra, onilliklər ərzində Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq münasibətlərini müəyyən edəcəkdir”.
Azərbaycan-Türkiyə əməkdaşlığı regional təhlükəsizliyə töhfədir
Danılmaz faktdır ki, regionun aparıcı dövlətləri olan Azərbaycanla Türkiyə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq Cənubi Qafqazda sülh və sabitliyin qorunub saxlanması, regional inteqrasiyanın genişlənməsi üçün çox mühüm əhəmiyyətə malikdir. Xarici siyasətdə sülhə, beynəlxalq hüquq normalarına hörmətə üstünlük verən Azərbaycanla Türkiyənin birgə fəaliyyəti regionun firavan və təhlükəsiz gələcəyini təmin etmək baxımından həlledici ola bilər. İki ölkə arasında iqtisadi sahədə qurulan sıx əlaqələr, birgə həyata keçirilən qlobal əhəmiyyətli layihələr regionun strateji əhəmiyyətini dəfələrlə artırıb. Belə ki, uğurla reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmiryolu Avropa ilə Asiyanı birləşdirən dəhliz funksiyasını yerinə yetirən Azərbaycanın enerji və coğrafi imkanlarından səmərəli istifadə etməyə imkan verir. Bu əməkdaşlıq, eyni zamanda, regionun Avratlantik məkana inteqrasiyasını da sürətləndirir.
O da qeyd olunmalıdır ki, Azərbaycanla Türkiyə arasında uzun illərdir ki, hərbi sahədə sıx əməkdaşlıq qurulub. Bu məqsədlə, iki ölkə arasında hərbi əməkdaşlıq haqqında sazişlər, protokollar, müqavilələr imzalanıb. 90-cı illərin ortalarından etibarən türkiyəli mütəxəssislər Azərbaycan Silahlı Qüvvələrinin təlim-təhsil işlərində fəal iştirak edirlər. NATO ölkəsi olan Türkiyə ilə hərbi əməkdaşlıq Azərbaycan ordusunun NATO standartlarına uyğun yenidən qurulmasında mühüm rol oynayır. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı hər iki ölkənin təhlükəsizlik maraqlarına xidmət edir.
Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu Türk dünyasının birliyini gücləndirir
Şübhəsiz, Azərbaycan-Türkiyə əməkdaşlığı bütövlükdə Türk dünyasında qarşılıqlı mədəni, siyasi, iqtisadi əlaqələrin genişlənməsinə töhfələr verməkdədir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatlarının Bakı forumu bu birliyin daha da güclənməsinə müsbət təsir göstərib. ötən il türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən Zirvə görüşü və bu görüşdə qəbul edilən qərarlar müstəqil türkdilli respublikaların xarici siyasətinin uzlaşması və türkdilli xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da inkişafına təkan verdi.
Beləliklə, bu gün Azərbaycan-Türkiyə strateji əməkdaşlığı bütün dünyada nümunəvi əlaqələr hesab oluna bilər. O da məlumdur ki, Azərbaycanla Türkiyə arasında illərdir ki, yüksələn xətlə davam edən hərtərəfli əməkdaşlıq hər iki ölkənin regiondakı mövqeyini xeyli möhkəmləndirib. Prezident İlham Əliyevin də bildirdiyi kimi, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlığa söykənən bu münasibətlərin bundan sonra da davam etdirilməsi iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün hərtərəfli şərait yaradacaq: “Biz bütün başqa sahələrdə qardaş, dost kimi əməkdaşlıq edirik, işbirliyi aparırıq. Bu, bizim strateji xəttimizdir. Dahi liderlərimiz bu yolu bizə göstəriblər. Böyük öndər Mustafa Kamal Atatürkün kəlamı yadıma düşür. O demişdir ki, Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir ki, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir. Bax, bu kəlamlar bizə yol göstərir və bu yolda biz çiyin-çiyinə irəliləyirik və böyük zirvələri fəth edirik. Mən əminəm və şübhə etmirəm ki, bundan sonrakı dövrdə də həmişə olduğu kimi, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edəcəkdir”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

