Azərbaycan tərəfində siyasi iradə var
20.11.2021 [19:23]
İlham Əliyev: “İki ölkə özləri heç bir vasitəçisiz bu məsələləri həll edə bilər”
Aİ Şurası Prezidentinin ikitərəfli görüş keçirilməsi təşəbbüsü Azərbaycanın qətiyyətli mövqeyinin xüsusilə nəzərə alındığını və üstünlük təşkil etdiyini, proseslərin ölkəmizin siyasi iradəsinə uyğun cərəyan etdiyini göstərir
Azərbaycan postmüharibə mərhələsində regionda dayanıqlı sülh, etibarlı təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq mühitinin yaradılması ilə əlaqədar konkret, birmənalı və qətiyyətli mövqe nümayiş etdirir. Bu, ilk növbədə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda əksini tapmış bütün tələblərin və öhdəliklərin yerinə yetirilməsinin vacibliyini əks etdirir. Buna paralel olaraq tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması, sərhədlərin delimitasiyası və demarkasiyasının həyata keçirilməsi, nəhayət, sülh müqaviləsinin imzalanması əsas məsələlər – aktual çağırışlar kimi çıxış edir. Azərbaycan bütün bu məsələlərlə əlaqədar ikitərəfli təmasların qurulmasıın və konstruktiv danışıqların aparılmasının mümkünlüyünü, əhəmiyyətini, hətta zəruriliyini daim vurğulayır. Birmənalı şəkildə ifadə edilir ki, Azərbaycan tərəfi hər zaman siyasi dialoqa açıqdır, tərəflər arasında aktual müzakirə predmeti olan məsələlərlə əlaqədar təmasları müsbət qarşılayır.
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin ikitərəfli görüş keçirilməsi ilə əlaqədar çağırışına Azərbaycan tərəfindən müsbət reaksiya verilməsi bu baxımdan xüsusi vurğulanmalıdır. Məlumdur ki, Şarl Mişelin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə noyabrın 19-da telefon danışıqları baş tutub. Aİ Şurasının Prezidenti bu il dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə Görüşü çərçivəsində hər iki ölkə liderinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib. Qeyd etdiyimiz kimi, görüşün təşkili təklifinə Azərbaycan tərəfindən razılıq verilib. Bu proses Prezident İlham Əliyevin ikitərəfli görüşün keçirilməsi ilə bağlı Azərbaycanın siyasi iradə nümayiş etdirməsi fikrinin real təsdiqi - əməli sübutudur. Dövlət başçımız Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə “Azərbaycan tərəfində siyasi iradə var. Ermənistan tərəfində də bu iradə olarsa, iki ölkə özləri heç bir vasitəçisiz bu məsələləri həll edə bilər, bölgədə uzunmüddətli sülh ola bilər”,-deyə qətiyyətlə bəyan etmişdi. Bu, Prezident İlham Əliyevin dərin strateji diplomatiya siyasətinin, Azərbaycan dövlətinin məqsədyönlü fəaliyyətinin regional sülh, sabitlik və təhlükəsizlik kontekstində konkret reallıqlara və aktual çağırışlara əsaslandığını göstərir.
Həm ABŞ, həm də Rusiya rəsmiləri tərəfindən indiyədək Azərbaycan və Ermənistan tərəfləri arasında müxtəlif formatda, hətta üçtərəfli görüşlərin təşkili ilə əlaqədar müxtəlif fikirlər, bəyanatlar səsləndirilib. Əlbəttə, postmüharibə mərhələsinin reallıqlarına uyğun olaraq milli maraqlar və beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərən Azərbaycan dövləti bu çağırışları müsbət qarşılayır, müvafiq addımlar atmağa hazır olduğunu bəyan edir. Amma Azərbaycan xüsusilə məhz ikitərəfli görüşlərin keçirilməsinin önəmi və vacibliyi ilə bağlı aydın, prinsipial mövqe ortaya qoyur, siyasi iradə nümayiş etdirir. Aİ Şurasının Prezidentinin bəhs olunan təşəbbüsü də Azərbaycanın qətiyyətli mövqeyinin xüsusilə nəzərə alındığını və üstünlük təşkil etdiyini, proseslərin ölkəmizin iradəsinə uyğun cərəyan etdiyini göstərir. Görüşün əhəmiyyətinə gəlincə, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın qeyd etdiyi kimi: “Brüssel Zirvəsinin və bu çərçivədə keçirilməsi nəzərdə tutulan görüşün əlavə imkanlar yaradacağını hesab edirik”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

