YAP Səbail rayon təşkilatının hesabat seçki yığıncağı keçirilib
28.10.2021 [23:48]
Oktyabrın 25-də Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatı üzrə “Parlament prospekti 1” Ərazi Partiya Təşkilatının videoformatda növbəti hesabat seçki yığıncağı keçirilib.
Onlayn iclası açan Ərazi Partiya Təşkilatının sədri, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, gündəliyə Ərazi Partiya Təşkilatının 2017-ci ilin fevralından bugünədək fəaliyyətinə dair hesabat və ƏPT-nin sədrinin və sədr müavininin seçilməsi barədə məsələlər daxildir.
Hesabatı slaydlar formatında təqdim edən Ərazi Partiya Təşkilatının sədri Adil Vəliyev statistik icmal, təşkilatda təmsil olunan millət vəkillərinin, qadınların və gənclərin say nisbəti, onların fəallıq əmsalı, Milli Məclisin struktur bölmələri üzrə ƏPT üzvlərinin faiz indikatoru, habelə islahatlar çərçivəsində ƏPT-nin fəaliyyətinin təkmilləşdirilməsinə və səmərəliliyinin təmin edilməsinə istiqamətlənmiş yeniliklər barədə ətraflı məlumat verib.
Bildirib ki, təşkilat öz fəaliyyətini əsasən YAP-ın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət və partiya tədbirlərindəki nitqlərində səsləndirdiyi müddəaların, habelə partiyanın Proqram və Nizamnaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində qurub.
Adil Vəliyev diqqətə çatdırıb ki, Milli Məclisə partiyamızın dəyərli nümayəndəsi, hörmətli Sahibə Qafarovanın uğurlu rəhbərliyi parlamentin ahəngdar işləməsini təmin edir, ölkə başçısının rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən islahatların davam etdirilməsinə köməklik göstərir. Azərbaycan Parlamenti hazırda özünün ən gözəl, ən mükəmməl dövrlərindən birini yaşayır. Dövlətçilik ruhuna, milli ruha köklənmiş insanlardan ibarət Milli Məclis işini yüksək peşəkarlıq, mənəviyyat və şərəflə görür.
Qeyd edilib ki, hətta pandemiyanın tüğyan etdiyi zamanlarda belə, Milli Məclisin fəaliyyətində ən kiçik axsama belə olmadı, qanunların qəbulu gecikmədi, iclaslarımız təxirə salınmadı. 44 günlük Vətən Müharibəsi dövründə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq məqsədilə parlament diplomatiyası var gücü ilə işlədi, 88 ölkənin parlamentinə, 11 beynəlxalq təşkilata məktublar göndərildi, ard-arda bəyanatlar verildi.
Adil Vəliyev diqqətə çatdırıb ki, fəaliyyətimizin əsas istiqamətlərindən biri də Səbail rayon təşkilatının xətti ilə şəhid ailələrinin və qazilərimizin ziyarət edilməsi, habelə rayon təşkilatının təşkil etdiyi müxtəlif tədbirlərdə iştirak, ən əsası isə cənab Prezidentin uğurlu daxili və xarici siyasətinin ictimaiyyət arasında geniş izahı və təbliği olmuşdur.
Onlayn iclasda çıxış edən Ərazi Partiya Təşkilatının üzvləri, Milli Məclisin deputatları Hikmət Məmmədov və Mixail Zabelin Ulu öndər Heydər Əliyevin mütərəqqi ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salıblar, ölkəmizin qazandığı uğurlardan, Prezident və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız qələbənin mühüm əhəmiyyətindən danışıblar, Ərazi Partiya Təşkilatının işini yüksək qiymətləndiriblər. Hesabat səsə qoyularaq qənaətbəxş hesab edilib.
Sonra Ərazi Partiya Təşkilatı sədrinin və sədr müavininin seçilməsi məsələsinə baxılıb.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev Milli Məclisin sədri Sahibə Qafarovanın təklifi ilə Ərazi Partiya Təşkilatının sədri vəzifəsinə Adil İsrayıl oğlu Vəliyevin namizədliyini irəli sürüb. Səsvermə nəticəsində Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil İsrayıl oğlu Vəliyev sədr, Milli Məclis Rəhbərliyinin Katibliyinin rəisi Teymur Aqil oğlu Tağıyev isə sədr müavini seçiliblər.
İclasda YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək partiyanın fəaliyyətində tətbiq olunan yeniliklərdən danışıblar, həyata keçirilən islahatları yüksək qiymətləndiriblər. Təqdim olunan hesabatın və ərazi partiya təşkilatının fəaliyyətinin qənaətbəxş olduğu bildirilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

