/ / Prezident İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
15.11.2019 [10:20]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid Temrezovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid Temrezov deyib: “Çox sağ olun, hörmətli cənab Prezident. Həqiqətən, mən hətta bu gün iştirak edən ölkələrin sayına diqqət yetirdim: 80 ölkə, 10-dan çox dini təşkilat. Əlbəttə, kifayət qədər ciddi meydandır. Bütün qitələrdən, dünyanın bütün ölkələrindən gəlib iştirak edirlər. Eyni zamanda, bizim əziz Şeyximizi yubiley münasibətilə təbrik etmək üçün səbəbdir. Mən təkcə Sizin dəvətinizlə bu il artıq üçüncü dəfədir ki, Azərbaycana səfər edirəm”.
Prezident İlham Əliyev deyib: “Bəli. Mən çox şadam ki, tez-tez gəlirsiniz. Bu, çox mühümdür, faydalıdır. Çünki həm Rusiya-Azərbaycan münasibətləri, həm də regionlararası əməkdaşlıq çərçivəsində birgə həll etməli olduğumuz xeyli məsələlər var. Keçən ilin sentyabrında Vladimir Vladimiroviçin və mənim iştirakımla regionlararası forum keçirilib. İndi növbəti regionlararası forum bu ay artıq Moskvada olacaq. Belə ki, bu da mühüm meydandır. İkitərəfli planda da Rusiya-Azərbaycan münasibətlərində bizdə çox fəal siyasi proses gedir, yüksək səviyyədə - idarələr, nazirliklər səviyyəsində görüşlər keçirilir, yəni, çox fəal qarşılıqlı fəaliyyət var. Əlbəttə, Zati-Müqəddəslərinin Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin bizim Sammitdə iştirakı bu tədbirə xüsusi önəm gətirir. Biz çox şadıq ki, Rusiya Federasiyası Sammitdə çox geniş tərkibdə - həm dini seqmentdə, həm Şimali Qafqaz respublikalarından bizim qardaşlarımız müftilər, həm Prezident Administrasiyası, həm də digər nümayəndələrlə təmsil olunub. Yəni, Sammitdə ən böyük nümayəndə heyəti Rusiya Federasiyasının nümayəndə heyətidir. Sammitin özü də, əlbəttə, qlobal miqyaslı hadisədir. O, çox universal xarakter daşıyır və düzü, mən bilmirəm, belə səpkili tədbir daha harada keçirilir, yaxud keçirilirmi. Buna görə də Azərbaycan bu istiqamətdə də özünü ölkələri, dinləri birləşdirə və dialoq üçün yaxşı imkan yarada bilən ölkə kimi nümayiş etdirdi. Fikrimcə, indi bu, ən mühüm məsələdir”.
Xəbər lenti
Hamısına baxElm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58

