Yeni inzibati bina Hesablama Palatasının daha səmərəli fəaliyyətinə geniş imkanlar açacaq
22.12.2009 [11:14]
Dünən Bakıda Azərbaycan Respublikası Hesablama Palatasının yeni inzibati binası istifadəyə verilib. Prezident İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısını Hesablama Palatasının işçiləri və inşaatçılar hərarətlə qarşılayıblar. Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verilib ki, layihəsi klassik üslubda hazırlanmış və inşa olunmuş bina beşmərtəbəlidir və bir il altı aya tikilib.
Binanın Bakı şəhərinin mərkəzində yerləşməsi, memarlıq abidələri ilə əhatə olunması onun layihəsi hazırlanarkən nəzərə alınmaqla, həm müasirliyə riayət olunub, həm də paytaxtın tarixi-memarlıq ənənələri qorunub saxlanıb. Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib, bina ilə tanış olub. Dövlətimizin başçısı birinci mərtəbədə əvvəllər burada mövcud olmuş binanın görünüşünü və tikinti işlərinin gedişini əks etdirən fotoşəkillərə baxıb.
Hesablama Palatasının sədri Heydər Əsədov Prezident İlham Əliyevə məlumat verib ki, əvvəllər burada yerləşən ikimərtəbəli inzibati bina müxtəlif dövrlərdə ayrı-ayrı məqsədlər üçün istifadə olunub. Uzunmüddətli istismar nəticəsində bina fiziki aşınmaya məruz qalıb, burada ciddi zədələr əmələ gəlib və yararsız hala düşüb. Dövlətimizin başçısının göstərişinə əsasən Hesablama Palatası üçün inşa olunmuş yeni inzibati bina qurumun daha səmərəli fəaliyyətinə geniş imkanlar açacaq.
Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünə, Ulu öndərin dövlətçiliyimizin inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərdən bəhs edən fotostendə baxıb. Dövlətimizin başçısı binanın həyətində yaradılmış şəraitlə də tanış olub. Məlumat verilib ki, burada yardımçı tikililər, avtomobil qarajı inşa edilib. Prezident Nizami küçəsindəki ətraf binalarda aparılan təmir-bərpa işlərinin gedişi ilə də maraqlanıb.
Hesablama Palatasının binasında yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, burada əməkdaşların səmərəli fəaliyyəti üçün bütün zəruri tədbirlər görülüb.
Hesablama Palatası dövlət maliyyə-büdcə nəzarətini həyata keçirmək üçün dövlət orqanları və təşkilatlarla sıx əlaqələr qurub, ali audit qurumlarının beynəlxalq və regional təşkilatların üzvüdür.
Hesablama Palatası bir sıra ölkələrin müvafiq qurumları ilə ikitərəfli əməkdaşlıq sahəsində kompleks işlər həyata keçirir, 2002-ci ildən isə müxtəlif beynəlxalq audit təşkilatlarının üzvüdür. Son illərdə palatanın strukturu təkmilləşdirilib, yeni məlumat və hesabat formaları tərtib olunub, zəruri məlumat bazası formalaşdırılıb, normativ-hüquqi və məlumat-metodoloji baza inkişaf etdirilib, beynəlxalq standartlara uyğun milli audit standartlarının hazırlanmasına və tətbiqinə, peşəkar kadr potensialının yaradılmasına xüsusi diqqət yetirilib. İndi palatada büdcə prosesində daha fəal iştirak etmək və bu prosesin əsas iştirakçıları olan dövlət orqanları ilə münasibətləri çevik tənzimləmək üçün yeni təşkilati idarəetmə strukturu formalaşdırılıb.
Binanın sonuncu mərtəbəsindəki eyvandan ətrafı seyr edən Prezident İlham Əliyev burada aparılan yenidənqurma və abadlıq işləri ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Dövlətimizin başçısı Hesablama Palatasının akt və kollegiya zalları ilə tanış olub, ona təhsil və elm xərclərinə nəzarət sektorunun iş prinsipləri haqqında ətraflı məlumat verilib. Palatanın iş otaqlarına baxan Prezident İlham Əliyevə bildirilib ki, burada əməkdaşların müasir tələblər səviyyəsində çalışması üçün hər cür şərait yaradılıb.
Hesablama Palatasının üzvləri ilə görüşən dövlətimizin başçısı onları yeni binanın istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: “Bu çox gözəl binanın açılışı münasibətilə sizi təbrik edirəm. Burada həm iş şəraiti çox yaxşıdır, müasirdir, həm də binanın xarici görünüşü ən gözəl səviyyədədir. Hesablama Palatası çox vacib funksiyaları yerinə yetirir. Azərbaycan iqtisadiyyatının inkişafı üçün sizin də vacib rolunuz vardır. Palatanın fəaliyyəti bizim üçün çox vacibdir, çox lazımdır. çox şadam ki, işçilərin iş şəraiti yaxşılaşır. Həm də bu ərazi şəhərimizin mərkəzidir. Burada yerləşən bütün binalar gözəl olmalıdır. Yeni tikilən binalar da köhnə üslubda tikilməlidir. Bir neçə variant var idi, yəqin ki, siz bilirsiniz. Amma bu varianta üstünlük verildi. Ona görə ki, bu, şəhərimizə yaraşıq verir, gözəllik verir. Düzdür, burada iş həcmi bir az böyük oldu, amma nəticə etibarilə şəhərimizə yeni gözəl bina bəxş edildi. Vaxt keçəcək, binaya baxan insanlar deyəcəklər ki, yəqin, bu, XVIII-XIX əsrlərdə tikilmişdir. Amma əslində bizim memarlıq əsərimizdir. Həm daxili tərtibatı çox keyfiyyətli, gözəldir, həm də xarici görünüşü. Burada işləmək üçün hər cür şərait vardır. Sizi bir daha bu hadisə münasibətilə təbrik edir və sizə işlərinizdə uğurlar arzulayıram”.
Dövlətimizin başçısı Hesablama Palatasının kollektivini bir daha təbrik edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00

