Bölgələrdə sənayeləşmənin yeni sahələri yaradılır
05.12.2009 [09:36]
Prezident İlham Əliyevin rayonlara davamlı xarakter alan səfərləri regionların inkişafına dövlət qayğısını səciyyələndirən faktor kimi diqqəti cəlb etməkdədir. Dövlət başçısının bölgələrdə yeni iş yerlərinin yaradılmasını təmin edən müəssisələrin istifadəyə verilməsi, onlarla yeni obyektin təməlinin qoyulması ilə bağlı mərasimlərdə iştirakı intensiv xarakter alıb. Prezident İlham Əliyev 2009-cu il başlayandan indiyədək Mingəçevir, Yevlax, Bərdə, Gədəbəy, Şəmkir, Gəncə, Göygöl, Naxçıvan, Hacıqabul, Quba, Qusar, İsmayıllı, Ağsu, Goranboy və Şamaxı rayonlarına səfərlər edib. Bu səfərlər zamanı ən mühüm infrastruktur obyektlərinin, sosial, təhsil, mədəniyyət, səhiyyə, idman və digər obyektlərin istifadəyə verilməsində iştirak edən Prezident İlham Əliyev eyni zamanda, inşa olunan müəssisələrin tikintisinin vəziyyəti ilə yaxından tanış olub.
Prezident İlham Əliyevin yeni istifadəyə verilmiş müəssisələrin fəaliyyəti, istehsal olunmuş məhsulların keyfiyyəti ilə yerindəcə tanış olması sahibkarlıq sektoruna olan diqqətin ən bariz təzahürü kimi qiymətləndirilə bilər. Dövlət başçısı Şamaxı rayonuna səfəri zamanı yeni istehsal müəssisələri, iri sənaye obyektləri, xüsusilə də, respublikamızın sənaye sektorunun ən nəhəng strukturlarından biri hesab olunan “Azərelektronika” məişət cihazları istehsalı zavodunun açılışı ilə bağlı mərasimlərə qatılmaqla regionların iqtisadi tərəqqisinə böyük töhfə verdiyini nümayiş etdirmiş oldu. İllik istehsal gücü ildə 600 min kondisioner olan bu zavod respublikamızda sənayeləşmənin formalaşmasında başlıca rol oynayacaq və gələcəkdə bu müəssisədə soyuducu, tozsoran, həmçinin, digər məişət avadanlıqlarının buraxılması Azərbaycanın ixrac qabiliyyətinin artmasına təkan vermiş olacaq.
Onu da qeyd edək ki, Şamaxı ölkəmizdə həlledici mərhələyə qədəm qoyan yeni sənaye erasının əsas rayonlarından birinə çevrilməkdədir və burada elektrotexnika, cihazqayırma, məişət avadanlıqları, eləcə də, digər yüngül sənaye müəssisələri yaradılıb. Bu müəssisələr sənaye bölməsində istehsal olunan ümumi məhsulların satış dövriyyəsində xüsusi çəkiyə malikdir. Eyni zamanda, həmin zavodlarda istehsal olunan məhsullar ölkəmizdə yerli tələbatın ödənilməsində əsas rol oynamaqla idxaldan asılılığın aradan qalxmasına səbəb olmaqdadır. Prezident İlham Əliyev də bu məsələyə toxunaraq qeyd edib ki, ölkəmizin bölgələrində yeni sənaye sahələri istifadəyə verilir: “Şamaxıda artıq müasir sənaye müəssisələri yaradılıb. O müəssisələr ki, hazır məhsul istehsal edir, məişət avadanlığı istehsal olunur. Əvvəllər biz bunu heç təsəvvür edə bilməzdik ki, Azərbaycanda müasir avadanlıq, məişət avadanlığı istehsal olunacaqdır. Ancaq bu gün bu reallıqdır. Təkcə Bakıda deyil, Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə Şamaxıda”.
Xatırladaq ki, bu kimi müəssisələr digər bölgələrdə də istifadəyə verilməkdədir və yeni zavod və fabriklərin açılması ilə bağlı layihələrin icrası yeni mərhələyə qədəm qoyub. Bu tendensiya respublikamızda sənaye potensialının artmasının göstəricisi olmaqla yanaşı, ümumi iqtisadi tərəqqinin dərinləşməsində rayonların çəkisinin yüksəlməsini şərtləndirmiş olur.
Bölgələrin inkişafı ilə bağlı mənzərəni nəzərdən keçirərkən burada infrastruktur təminatını, xüsusilə də, yol təsərrüfatının yenidən qurulmasını qeyd etmək olduqca vacibdir. çünki hər bir rayonda yol və digər infrastruktur təminatı olmadan orada yeni müəssisələrin yaradılması, istehsal olunan məhsulların satış bazarının təşkili mümkün deyil. Hazırda respublikamızda yolların təmiri və bərpası, yeni magistral yolların çəkilişi yüksək inkişaf mərhələsinə qədəm qoyub və bu faktor bölgələrdə müəssisələrin yaradılmasına təkan verməkdədir. Bu tendensiyanı Bakı-Qazax, Bakı-Quba, Bakı-Astara və Bakı-Şamaxı magistrallarının yenidən qurulmasında görmək olar. Bütün istiqamətlərdə inşa olunan yeni yol komplekslərinin, modernləşən yol təsərrüfatının istifadəyə verilməsi rayonlarda canlanma yaradıb və sahibkarların iqtisadi fəallığını artırıb. Prezident İlham Əliyevin Şamaxıya səfəri zamanı istifadəyə verilən Bakı-Şamaxı magistral yolu da bu baxımdan müstəsna əhəmiyyətə malikdir və bu bölgədə iqtisadi inkişafın sürətlənməsinə impuls vermiş olacaq. Eyni zamanda, yeni yolların çəkilişi ölkə vətəndaşlarının rahatlığı və sosial qayğıları baxımından mühüm əhəmiyyət kəsb edir. Prezidentin qeyd etdiyi kimi, yeni yolların tikilməsi və istifadəyə verilməsi, nəqliyyat infrastrukturunun yaxşılaşması insanlar üçün rahatlığın təmin edilməsinə səbəb olur.
Bu gün bölgələrdə həyata keçirilən sosial-iqtisadi layihələrin ən mühüm komponentlərindən biri də insanların tibbi xidmətlərlə ən yüksək səviyyədə təmin olunması ilə bağlıdır. Bu istiqamətdə həyata keçirilən kompleks islahatlar öz bəhrəsini verməkdədir, hazırda bölgələrin əksəriyyətində müalicə-diaqnostika mərkəzləri tikilib istifadəyə verilib. Digər rayonlarda isə bu proses başa çatmaq üzrədir. Dövlət başçısının vurğuladığı kimi bölgələrdə ən müasir tibbi mərkəzlər yaradılır, təmir olunur, avadanlıqla təchiz edilir. İndi elə bir bölgə yoxdur ki, orada müasir tibbi mərkəz olmasın. İlk növbədə bütün bölgələrdə, ondan sonrakı mərhələdə bütün rayon mərkəzlərində gözəl tibbi mərkəzlər yaradılır. Ən müasir standartlara cavab verən bu tibbi mərkəzlər insanların həm müayinəsi, həm də müalicəsi üçün nəzərdə tutulub. Şamaxıda istifadəyə verilən Müalicə-Diaqnostika Mərkəzi də bu cəhətdən rayon sakinlərinin bütün növ səhiyyə xidmətləri ilə əhatə olunmalarına imkan verəcək. ümumiyyətlə, bölgələrdə digər infrastruktur layihələrinin də uğurla davam etdirilməsi ilə bağlı davamlı tədbirlər ölkəmizin iqtisadi-sosial inkişafını daha da dərinləşdirəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

