Xəzər hövzəsi sülh və əməkdaşlıq nümunəsinə çevrilməlidir
27.10.2009 [09:17]
Xəbər verildiyi kimi, ötən həftə Bakıda Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə Xəzər dənizinin təhlükəsizlik məsələlərinin müzakirəsinə həsr olunan konfrans keçirilib. İki gün davam edən tədbirdə ilk dəfə olaraq “Xəzər hövzəsində təhlükəsizliyin təmin olunmasına dair Saziş Layihəsi”nin əsas prinsipləri müzakirə olunub. Xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, Xəzər hövzəsində təhlükəsizliyin təminatına dair Saziş Layihəsi Azərbaycanın təşəbbüsü ilə hazırlanıb. Nazir müavini dənizin su səthinin beynəlxalq hüquq normaları çərçivəsində bölünməsinin layihənin əsas tərkib hissələrindən biri olduğunu qeyd edib. Region dövlətlərinin xarici siyasətdə ümumi razılığa gəlmələrinə imkan yaradan amillərdən biri isə son illər Xəzər regionunda həyata keçirilən Qərbyönümlü beynəlxalq əməkdaşlıq layihələrinin çoxalmasıdır.
Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusu 1921-ci il Rusiya-İran və 1940-cı SSRİ-İran razılaşmalarına əsaslanıb. Yeni hüquqi statusun yaradılmasına dair danışıqlar prosesi isə indiyədək davam etdirilir, bir sıra ölkələr arasında ikitərəfli müqavilələr artıq bağlanıb. 1998-ci ilin iyulunda Qazaxıstan və Rusiya arasında yeraltı sərvətlərdən istifadədə suveren hüquqların həyata keçirilməsi məqsədilə Xəzər dənizinin Şimal hissəsinin dibinin sərhədinin çəkilməsinə dair müqavilə, 2002-ci ilin mayında isə sözügedən müqaviləyə dair protokol imzalanıb. 2001-ci ilin noyabrında və 2003-cü ilin fevralında isə Qazaxıstanla Azərbaycan arasında Xəzərin dibinin bölünməsi barədə müqavilə və ona dair protokol bağlanıb. Eləcə də, Qazaxıstan, Azərbaycan və Rusiya arasında 2003-cü il mayın 14-də Xəzər dənizinin dibinin yaxın hissələrinin bölünmə xətlərinin qovuşma nöqtələri barədə müqavilə imzalanıb. Sahilyanı dövlətlər 2003-cü ilin noyabrında Tehranda Xəzərin dəniz mühitinin mühafizəsinə dair çərçivə konvensiyasını imzalayıblar.
ümumiyyətlə, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı uzun illərdir ki, müzakirələr aparılır. Azərbaycan hər zaman Xəzərin sülh və əməkdaşlıq hövzəsi kimi təşəkkül tapmasının tərəfdarı qismində çıxış edib. Hələ 2002-ci ildə Türkmənistanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində çıxış edən ümummilli lider Heydər Əliyev bildirmişdi ki, Xəzər dənizinin hüquqi statusu məsələsinin sahilyanı dövlətlər arasında həlli onların suveren hüquqlarına hörmət, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq ruhunda, dinc vasitələrlə, danışıqlar yolu ilə həyata keçirilməlidir. Ulu öndər vurğulamışdı ki, Xəzər dənizi Xəzəryanı ölkələrin mehriban qonşuluq, qarşılıqlı surətdə faydalı əməkdaşlıq dənizi, dostluq, sülh və təhlükəsizlik dənizi olmalıdır.
ölkəmiz hər zaman sülhün və sabitliyin, o cümlədən, inkişafın tərəfində olduğunu isbat edir. Azərbaycan Prezidenti İlham Əliyev Xəzərin statusunun müəyyənləşdirilməsi ilə bağlı keçirilən sonuncu - Tehran sammitində çıxışı zamanı qeyd etmişdi ki, ölkəmiz Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlayır. Bu baxımdan, Azərbaycan, Rusiya və Qazaxıstan arasında dənizin dibinin bölünməsinə dair imzalanmış sazişlərə böyük əhəmiyyət verilir. ölkə başçısı bu sazişləri ümumi razılaşmaların əldə olunmasının təməli adlandırmışdı: “Xəzərin əsrlərdən bəri dostluq və əməkdaşlıq dənizi olduğunu nəzərə alaraq ondan yalnız dinc məqsədlərlə istifadə olunması, hüquqi status çərçivəsində silahsızlaşdırma və təhlükəsizlik prinsiplərinin müəyyən edilməsi, eyni zamanda, digər dənizlərə və dünya okeanına çıxışı olmayan sahilyanı ölkələrin gəmilərinə ümumi razılaşmalar çərçivəsində azad tranzit imkanlarının saxlanmasını vacib hesab edirəm”.
Tehran sammitindən sonra Xəzərdə təhlükəsizlik məsələləri ilə bağlı keçirilən toplantı başqa istiqamətlərdə də önəmli sayıla bilər. O baxımdan ki, bir müddətdir müzakirəsi gedən Xəzər vasitəsilə enerji daşıyıcılarının nəqli məsələsi qlobal layihələrin reallaşması üçün mümkün zəmindir. Azərbaycan hər zaman bu tip layihələrdə yüksək səviyyədə iştirakı ilə seçilir. Digər tərəfdən, Xəzəryanı ölkələrin karbohidrogen ehtiyatlarının Avropaya nəqlində, yəni “TransXəzər” layihəsinin reallaşması nəticəsində ilkin şərtlərdən biri təhlükəsizliyin təminatıdır. Xatırladaq ki, ötən il noyabrın ortalarında Azərbaycan ilə Qazaxıstan arasında Xəzər Neft Nəqli Sisteminin yaradılması barədə saziş imzalanıb. Bu sistem Qazaxıstan neftinin tankerlərlə Azərbaycana nəqlini nəzərdə tutur. Bundan başqa, artıq Türkmənistan da bu məsələ ilə yaxından maraqlandığını bəyan edib. Prezident Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri zamanı Türkmənistanın da həmin layihəyə qoşulmasının mümkünlüyü istiqamətində müzakirələr aparılıb.
Beləliklə, regionun sabitliyi və inkişafı naminə Xəzərin sülh və əməkdaşlıq hövzəsinə çevrilməsi istiqamətində Bakıda aparılan müzakirələr gələcək fəaliyyət üçün böyük imkanlar açır. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov budəfəki iclasın əsas məqsədinin beş ölkə arasında çoxtərəfli formatda əməkdaşlığın qurulmasından ibarət olduğunu deyib. 2007-ci il Tehran sammitində Xəzərin təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlıq layihələrinin hazırlanması və bu iclasın keçirilməsinin Azərbaycan hökumətinə həvalə olunduğunu xatırladan nazir müavini ilk dəfə olaraq “Xəzər hövzəsində təhlükəsizliyin təmin olunmasına dair Saziş Layihəsi”nin əsas prinsiplərinin müzakirə olunduğunu dilə gətirib. Danışıqların yekun nəticəsi kimi, saziş birinci oxunuşdan keçib. Sözügedən layihədə Xəzər dənizi hövzəsində qeyri-qanuni daşımaların, narkotiklərin qanunsuz dövriyyəsinin, qeyri-qanuni miqrasiyanın, insan və silah alverinin, terrorizmin və sair qanunsuzluqların qarşısının alınması istiqamətində beş ölkənin fövqəladə hallar, gömrük, sərhəd və daxili işlər orqanlarının birgə fəaliyyətini əks etdirən müddəalar öz əksini tapıb.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxAnalitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07

