/ / Prezident İlham Əliyev Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşavirini qəbul edib
Prezident İlham Əliyev Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşavirini qəbul edib
10.03.2018 [00:49]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Tomohiko Taniguçi Yaponiyanın Baş naziri Şinzo Abenin salamlarını dövlətimizin başçısına çatdırıb. Tomohiko Taniguçi Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib və Yaponiyada insanların bu hadisədən dərin kədər hissi keçirdiklərini qeyd edib. O bildirib ki, Yaponiya Azərbaycanın İslam aləmində sabitlik, təhlükəsizlik və qarşılıqlı anlaşmada roluna xüsusi əhəmiyyət verir. Sonra Tomohiko Taniguçi Yaponiya hökuməti tərəfindən Azərbaycana təcrübəli səfirin göndərilməsini əlaqələrimizin inkişafına verilən önəm kimi dəyərləndirib.
Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirib. Daha sonra Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinə toxunan dövlətimizin başçısı Yaponiya hökumətinin Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk vaxtlardan başlayaraq və bu gün də davam edən dəstəyini yüksək qiymətləndirib. Prezident İlham Əliyev, həmçinin Yaponiya bank sektorunun ölkəmizdə infrastrukturun müasirləşdirilməsi işinə göstərdiyi köməyin önəmini qeyd edib və bildirib ki, bu gün ölkələrimiz arasında qarşılıqlı anlaşma və tərəfdaşlıq prinsiplərinə söykənən çox yüksək səviyyədə ikitərəfli münasibətlər mövcuddur.
Dövlətimizin başçısı Yaponiyanın Azərbaycanda təyin olunmuş səfirinin Azərbaycanın dostu olduğunu və Yaponiya hökumətinin dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələrin reallaşmasında fəal rol oynadığını bildirib.
Görüşdə ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsi, bank sektoru, iqtisadiyyatın şaxələndirilməsi, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Baş nazir Şinzo Abenin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Yaponiyanın Baş nazirinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58

