/ / Azərbaycan nümunəvi multikultural və tolerant bir ölkə kimi dinlərarası və mədəniyyətlərarası dialoqa böyük töhfə verir
Azərbaycan nümunəvi multikultural və tolerant bir ölkə kimi dinlərarası və mədəniyyətlərarası dialoqa böyük töhfə verir
13.02.2018 [09:43]
Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallagerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallager Roma Papası I Fransiskin və dövlət katibi, kardinal Pietro Parolinin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Azərbaycana ilk dəfədir ki, səfər etdiyini deyən arxiyepiskop Paul Riçard Gallager göstərilən yüksək qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Azərbaycan haqqında çox məlumatlı olduğunu qeyd edən qonaq ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, buradakı inkişafı öz gözləri ilə görməyin maraqlı olduğunu vurğulayıb. Roma Papası I Fransiskin fərmanı ilə Azərbaycan Katolik Kilsəsinin ordinarisi Vladimir Feketenin yepiskop rütbəsinə yüksəldilməsinin çox sevindirici hadisə olduğunu deyən arxiyepiskop Paul Riçard Gallager bunun Müqəddəs Atanın ölkəmizdəki katolik icmasına və Azərbaycan ilə əlaqələrə verdiyi önəmin mühüm göstəricisi olduğunu bildirib.
Roma Papası I Fransiskin iki il əvvəl Azərbaycana səfərinin tarixi hadisə olduğunu qeyd edən Prezident İlham Əliyev səfərlə bağlı xoş xatirələrinin olduğunu bildirib. Dövlətimizin başçısı, həmçinin özünün Vatikana rəsmi səfərini məmnunluqla xatırlayaraq Roma Papası I Fransisk, o cümlədən dövlət katibi, kardinal Pietro Parolin ilə keçirdikləri görüşlərin əhəmiyyətini vurğulayıb, bu cür yüksək səviyyəli qarşılıqlı səfərlərin Azərbaycan ilə Vatikan arasında sıx əlaqələrin göstəricisi olduğunu qeyd edib. Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallagerin Azərbaycana səfərinin səmərəli keçəcəyinə ümidvar olduğunu bildirib, səfərin iki dövlət arasında mövcud tərəfdaşlıq əlaqələrini möhkəmləndirəcəyinə əminliyini ifadə edib.
Söhbət zamanı Azərbaycanın nümunəvi multikultural və tolerant bir ölkə kimi dinlərarası və mədəniyyətlərarası dialoqa böyük töhfə verdiyi qeyd edilib.
Prezident İlham Əliyev Roma Papası I Fransiskin və dövlət katibi kardinal Pietro Parolinin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Roma Papası I Fransiskə və dövlət katibinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

