Türkiyə-Azərbaycan münasibətləri xalqlarımızın tarixi qədər qədimdir
18.08.2009 [11:52]
Hazırda dünyada bir-birini dost və qardaş adlandıran ölkələr mövcuddur ki, onlar arasında Türkiyə ilə Azərbaycanın münasibətləri xüsusilə seçilir. Bu da səbəbsiz deyil. çünki Türkiyə-Azərbaycan münasibətləri xalqlarımızın tarixi qədər qədimdir və milli köklərə söykənir. Bizim dilimiz, dinimiz birdir, adət-ənənələrimiz eyni kökdən gəlir. Və bu eynilik, bu bağlılıq özünü bütün zamanlarda büruzə verib. İstər çanaqqala savaşında, istər Bakının 1918-ci ildə erməni daşnaqları və rus bolşeviklərinin işğalından azad edilməsində, istər XX əsrdə ikinci dəfə öz istiqlaliyyətinə qovuşan Azərbaycanın müstəqilliyinin ilk dəfə Türkiyə tərəfindən tanınmasında, istərsə də bundan sonrakı dövrlərdə ortaya çıxan problemlərin həllində xalqlarımız bir-birinə dəstək olub.
ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə xalqlarının bu birliyi isə öz növbəsində dövlətlərimizin bir-birinə daha da yaxın olmasını əsaslandırıb.
Təbii ki, bu amil dostlarımızı nə qədər sevindiribsə, düşmənlərimizi də bir o qədər məyus edib. Və düşmənlərimiz Türkiyə-Azərbaycan qardaşlığına zərər vurmaq üçün müxtəlif təxribatlara əl atıblar. Ermənistan Strateji və Milli Araşdırmalar Mərkəzinin direktoru Riçard Qriqosyanın “Panarmenian” saytı tərəfindən yayımlanan son açıqlaması da (əslində isə uydurması-N.A) həmin təxribatlardan biridir. Belə ki, R.Qriqosyanın Türkiyə-Ermənistan sərhədinin açılmasının hər şeydən əvvəl Rusiyanın xeyrinə olacağını bildirərək, “Daha əvvəl Türkiyə ilə Rusiya arasında imzalanan gizli bir müqavilə ilə Rusiyaya Ermənistandakı hərbi bazaya silah aparmaq üçün Türkiyənin hava sahəsindən istifadə edilməsinə icazə verilib” - dediyi iddia edilir.
Lakin düşmənlərimizin bu yalanı da mürəkkəbi qurumamış faş olub. Daha doğrusu, Türkiyənin Xarici Işlər Nazirliyi son günlər Ermənistan mətbuatında yer alan bəzi iddialara aydınlıq gətirib. Nazirliyin məruzəçisi Burak özügergin Türkiyə ilə Azərbaycan arasındakı xüsusi dostluq və qardaşlıq əlaqəsinin pis niyyətli səylərlə pozulmasına izn verilməməsinin lazım olduğunu deyib. özügergin R.Qriqosyanın sözlərinin həqiqəti əks etdirmədiyini bildirib.
Ermənilərə ən tutarlı cavablardan biri isə qərargahı Ankarada yerləşən Beynəlxalq Strateji Araşdırmalar Qurumunun (USAK) xarici siyasətlə bağlı keçirdiyi 4-cü sorğunun nəticələri olub. Belə ki, Türkiyənin dörd böyük şəhəri - Ankara, İzmir, İstanbul və Bursada 1110 nəfər arasında keçirilmiş sorğunun nəticələrinə görə, Türkiyəyə ən yaxın dost ölkə Azərbaycandır. “Xarici siyasəti anlama anketi” adı altında keçirilən sorğuda rəyi soruşulanların təqribən 24 faizi Azərbaycanı Türkiyənin ən böyük dostu kimi qiymətləndirib. Rəy sorğusunda Azərbaycandan sonra ən yaxın dost ölkələr siyahısında Bosniya-Herseqovina və Türkmənistan göstərilib.
Göründüyü kimi, Türkiyədə keçirilən bu sorğu qardaş türk xalqının Azərbaycan dövlətinin timsalında bizlərə nə qədər böyük önəm verdiyini bir daha təsdiqləyir. Bu, eyni zamanda, Türkiyə-Azərbaycan münasibətlərinin bütün sahələrdə sürətlə inkişaf etdiyinin bariz nümunəsidir. Məlum olduğu kimi, xalqlarımızın qardaşlıq bağlarına söykənən dövlətlərimiz beynəlxalq təşkilatlarda bir-birinin maraqlarını qoruyur, beynəlxalq layihələrdə birlikdə iştirak edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi Türkiyə-Azərbaycan əlaqələri çoxşaxəlidir, bu əlaqələrin çox böyük tarixi var: “Bütün dövrlərdə bizim xalqlarımız bir yerdə yaşayıb-yaratmışlar. Bu gün isə, iki müstəqil dövlət kimi biz öz imkanlarımızı ortaya qoyaraq, həm ikitərəfli münasibətlərin inkişafı üçün çalışırıq, həm də ki, bölgədə sülhün təmin olunması üçün birgə səylər göstəririk. Beynəlxalq məsələlərdə Türkiyə ilə Azərbaycan bir çox hallarda vahid mövqedən çıxış edir. Əlbəttə, bu bölgədə yerləşdiyimizə görə biz istəyirik ki, bölgədə sülh nə qədər mümkünsə tez təmin olunsun, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun və beləliklə, bölgə geniş mənada əməkdaşlıq çərçivəsində inkişaf etsin”.
Bir sözlə, Türkiyə-Azərbaycan əlaqələrini bəşəriyyət üçün bir nümunə adlandırmaq olar. Bunun başlıca səbəbi isə həmin əlaqələrin mərkəzində dayanan xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmasıdır. Daha dəqiq desək, bizim xalqlarımızın dostluğu, qardaşlığı böyük sınaqlardan çıxıb və böyük tarixi yol keçib. Məhz buna görə də, xalqlarımız ümumi düşmənə qarşı mübarizədə də həmişə eyni mövqedən çıxış edib.
Təsadüfi deyil ki, bir müddət əvvəl Bakıda, Sumqayıtda, Gəncədə, ümumiyyətlə, Azərbaycanın müxtəlif yerlərində səslənən “Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər Türkiyə-Ermənistan sərhədləri açıla bilməz” şəklindəki etirazlara Ankaradan, İstanbuldan, İzmirdən, ümumiyyətlə, Türkiyənin hər yerindən dəstək xarakterli bəyanatlarla cavab verildi. Həmin vaxt Türkiyədə keçirilən rəy sorğusu nəçticəsində əhalinin 96 faizinin sərhədlərin açılmasının əleyhinə olduğu üzə çıxdı. Bu isə xalqlarımızın yenə də “çəkici bir zindana vurmasına” işarə edir.
Xəbər lenti
Hamısına baxSosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

