Azərbaycan-Polşa münasibətləri son illər ən yüksək səviyyəyə qalxıb
04.07.2009 [12:10]
Xəbər verdiyimiz kimi iyulun 2-də “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Polşa Respublikasının Prezidenti Lex Kaçinskinin şərəfinə rəsmi ziyafət təşkil edilib. Dövlət başçıları ziyafətdə nitq söyləyiblər. Azərbaycan Prezidenti İlham Əliyev qonaqları salamlayaraq deyib: “Hörmətli cənab Prezident! Hörmətli xanım Kaçinska! Hörmətli qonaqlar, xanımlar və cənablar! Sizin hamınızı Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Bu gün çox gözəl bir gündür. Polşa Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində Polşa-Azərbaycan əlaqələrinin inkişafı üçün çox vacib və əhəmiyyətli qərarlar qəbul edilibdir. Əminəm ki, bu qərarlar iki ölkə arasında əlaqələrin inkişafı üçün çox mühüm əhəmiyyət daşıyacaqdır. çünki, bu gün bir tərəfdən indiyə qədər əldə edilmiş nəticələr və nailiyyətlər müzakirə olundu, eyni zamanda, müştərək gələcəyimizi müəyyən edən çox önəmli sənədlər imzalandı. İlk növbədə siyasi sənədlər, Polşa və Azərbaycan Prezidentlərinin Məşvərət Komitəsinin yaradılması haqqında, eyni zamanda, iki ölkə arasında təhlükəsizlik məsələlərinin həlli üçün vacib sənədlər imzalandı. Enerji sahəsində, şirkətlər arasında vacib sənədlər imzalandı və görülən bütün bu işlər bir daha göstərir ki, bizim münasibətlərimiz nə qədər geniş və çoxşaxəlidir. Bu, həm siyasi məsələləri, həm də iqtisadi, sosial, təhlükəsizlik və enerji təhlükəsizliyi məsələlərini əhatə edir. Əlbəttə ki, bu məsələlərin hamısı diqqət mərkəzindədir. Humanitar sahəyə çox böyük diqqət verilir və bu sahədə bizim çox gözəl müştərək tariximiz vardır.
Əsrlər boyu Polşa xalqının nümayəndələri Azərbaycanda işləmişlər, yaratmışlar, onlar Azərbaycanın inkişafına çox önəmli töhfələr vermişlər. Polyak memarları Bakıda çox gözəl memarlıq abidələri yaratmışlar. Bu gün bu abidələr Bakını gözəlləşdirir. Onların hamısı bərpa və təmir olunur. Gələcəkdə bu gözəl tarixi binaların təmirində Polşadan gələn mütəxəssislər də iştirak edəcəklər. Eyni zamanda, cənab Prezident, yaxşı xatırlayıram ki, 2005-ci ildə mən Polşada səfərdə olarkən, Sizinlə bərabər, - Siz o vaxt Varşavanın meri idiniz, - Varşava üsyanı Muzeyinin həyətində Polşa uğrunda vuruşmuş Azərbaycan zabitlərinin xatirə lövhəsini bərabər açmışdıq. Yəni, bu tarix bizim bugünkü və gələcək münasibətlərimiz üçün çox gözəl bir əsasdır. Bizim ölkələr arasında münasibətlər çox dinamik və intensiv xarakter daşıyır. Bizim qarşılıqlı səfərlərimizin sayı bunun ən gözəl göstəricisidir. Siz Azərbaycana beş dəfə səfər etmisiniz. Mən Polşaya beş dəfə səfər etmişəm. Bundan başqa, müxtəlif beynəlxalq tədbirlərdə biz dəfələrlə Sizinlə birlikdə olmuşuq, məsələləri müzakirə etmişik və beləliklə, iki ölkə arasında əlaqələr bu gün çox yüksək səviyyədədir.
Mən birgə hökumətlərarası komissiyanın fəaliyyətini çox yüksək qiymətləndirirəm. Komissiya əməli məsələlərlə məşğuldur. Təkcə iqtisadi, siyasi, energetika sahələrində deyil, eyni zamanda, başqa sahələrdə, iqtisadiyyatın digər sahələrində çox gözəl perspektivlər vardır. O ki qaldı enerji məsələlərinin həllinə, heç kimə sirr deyil ki, “Krakov təşəbbüsü” məhz Sizin tərəfinizdən irəli sürülmüşdür və enerji məsələlərinə dair bir sıra zirvə görüşləri keçirilmişdir. Sonuncu dəfə ötən ilin noyabr ayında keçirilən Bakı Enerji Sammitinin qərarları bu gün də aktualdır və gələcək enerji əməkdaşlığının dərinləşməsi üçün o qərarların çox vacib əhəmiyyəti vardır.
Bu gün energetika sahəsində imzalanmış müqavilə əminəm ki, əməkdaşlığın gələcəkdə daha da dərinləşməsinə xidmət göstərəcəkdir. Azərbaycan çox zəngin neft-qaz yataqlarına malikdir və bu gün Odessa-Brodı-Qdansk neft kəmərinin tikintisi, fəaliyyətə başlaması məsələləri çox böyük əhəmiyyət daşıyır.
Biz Sizinlə bərabər bu sahədə çox böyük işlər görmüşük. ümid edirəm ki, gələcəkdə layihənin reallaşması üçün bütün iştirakçı ölkələr eyni dərəcədə səylər göstərəcəklər. Mən keçən dəfə Polşaya səfərimdə Sizinlə bərabər Qdansk şəhərində olmuşdum. Biz həm şəhərlə tanış olduq, həm də eyni zamanda, Xəzər dənizi-Qara dəniz-Baltik dənizi enerji dəhlizinin gələcəyi haqqında fikir mübadiləsi apardıq. Bu dəhliz təkcə enerji daşıyıcıları üçün deyil, eyni zamanda, gələcəkdə çox etibarlı nəqliyyat dəhlizinə çevrilməlidir. Bu, əslində üç dənizin birləşməsi, bu bölgələrin birləşməsi, geniş mənada regional əməkdaşlığın dərinləşməsi deməkdir. Bütün bu işlərdə Polşa-Azərbaycan münasibətlərinin xüsusi əhəmiyyəti vardır. çünki biz Xəzər hövzəsində, siz Baltik dənizi hövzəsində iki bölgənin birləşməsi üçün əməli işlər görürük.
Bu gün mən qeyd etdim, bir daha demək istəyirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin genişlənməsi işində Polşanın çox böyük rolu vardır. Polşa müxtəlif təşəbbüslərlə çıxış etmişdir və bu təşəbbüslər bu gün reallığa çevrilir. “Şərq tərəfdaşlığı” proqramının başlanması hesab edirəm ki, çox vacib və tarixi bir məsələdir. Postsovet məkanında yerləşən ölkələr ilk dəfə olaraq Avropa İttifaqı ilə çox konkret proqram çərçivəsində birgə fəaliyyət göstərəcəkdir. Biz çox istərdik ki, “Şərq tərəfdaşlığı” proqramının konkret real nəticələri olsun, proqramın icrası nəticəsində Azərbaycan Avropa İttifaqı ilə daha da sıx əməkdaşlıq edə bilsin.
Bütün məsələlərdə, bu gün müzakirə etdiyimiz çox geniş gündəlikdə bizim mövqeyimiz üst-üstə düşür. Mən Polşa-Azərbaycan münasibətlərinin gələcəyinə də çox böyük ümidlərlə və böyük nikbinliklə baxıram. Polşa bizim üçün dost, tərəfdaş ölkədir və Sizin simanızda Azərbaycan Polşa kimi çox böyük dost qazanıbdır. Sizin fəaliyyətiniz Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir və Azərbaycan dövləti Sizin fəaliyyətinizə çox yüksək qiymət verir. Məhz bunun nəticəsidir ki, bu gün Siz ölkəmizin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilmisiniz. Bu münasibətlə mən Sizi bir daha ürəkdən təbrik edirəm.
Bu badəni, cənab Prezident, Sizin sağlığınıza, xanım Kaçinskanın sağlığına, Polşa-Azərbaycan əlaqələrinin inkişafının şərəfinə qaldırıram”.
Polşa Prezidenti Lex Kaçinski təşəkkür edərək deyib: “Hörmətli cənab Prezident! Hörmətli Mehriban xanım! Cənab spiker! Hörmətli dostlar! Bu, mənim burada - Azərbaycanın paytaxtında, Bakıda söylədiyim birinci nitq deyil. İcazə verin mən elə cənab Prezidentin nitqində söylədiyi fikirlərdən başlayım. Cənab Prezident Polşanın memarları haqqında danışdı və xidmətlərini qeyd etdi. Vaxtilə Varşava üsyanında iştirak etmiş azərbaycanlıların da xidmətlərini qeyd etdi. Eyni zamanda, cənab Prezident bildirdi ki, bərpa layihələrində Polşanın memarları iştirak edə bilər. Bilirsiniz, Sizin böyük ədəbiyyatınız Azərbaycana ilk səfərim zamanı mənə böyük təəssürat bağışladı və qeyd etmək istəyirəm ki, eyni zamanda, Azərbaycan ədibləri Polşanın ədəbiyyat tarixində də xüsusi yer tutmuşlar, öz romanları ilə yadda qalmışlar. Polşanın çox məşhur ədibi Sezara Bareka Azərbaycanda - Bakıda anadan olmuşdur. Onun yazdığı hekayələr hətta orta məktəbdə bütün şagirdlərə məlum olan əsərlərdir. Polşa bu ədibi ilə böyük fərəh hissi duyur və onun yazdığı əsərləri inqilab dövrünə aid edirik. O vaxtlar Azərbaycan da müstəqilliyini əldə etmişdi. Əfsuslar olsun ki, həmin müstəqillik iki il çəkdi. 70 ildən sonra Azərbaycan yenidən uğur qazandı, öz müstəqilliyini bərpa etdi. Biz Sizin bu nailiyyətinizə, Azərbaycanın müstəqilliyini möhkəmləndirən fəaliyyətinizə, uğurlarınıza çox vurğunuq. Eyni zamanda, qeyd etmək istəyirik ki, xalqlarımız tarixən bir yerdə olmuşlar. Biz hazırda elə bir konsepsiyanı formalaşdırmalıyıq ki, - mən bu gün o konsepsiya haqqında dəfələrlə danışdım, - bu konsepsiya nəinki Azərbaycan-Polşa xalqlarının maraqlarına, o cümlədən sizin Avropa İttifaqı ilə, ümumiyyətlə, dünya miqyasında maraqlarınızın təmin edilməsinə xidmət etsin”.
Polşa Prezidenti Lex Kaçinski ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını söyləyib və bildirib ki, Azərbaycanın enerji təhlükəsizliyi sahəsindəki fəaliyyəti və nailiyyətləri yüksək qiymətləndirilir. Dövlət başçısı deyib ki, Azərbaycanın enerji resursları həm ölkəmizin, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Lex Kaçinski Xəzər dənizi, Qara dəniz və Baltik dənizi regionlarının əməkdaşlığının da əhəmiyyətini vurğulayıb. “Bu gün bütün dünyaya sülh lazımdır. Kiçik münaqişələr hər zaman təhlükə mənbəyidir və bu münaqişələrə son qoyulmalıdır”, - deyən Polşanın dövlət başçısı bildirib ki, xalqlar arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanmalıdır.
Polşa Prezidenti ölkələrimizin humanitar sahədə, xüsusilə də səhiyyə və mədəniyyət sahələrində sıx əməkdaşlığının vacib olduğunu, ölkəsinin Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini və Polşa-Azərbaycan münasibətlərindən fəxr hissi keçirdiyini diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41
