Azərbaycan və İsrail xalqları arasında münasibətlər yüksək səviyyədədir
30.06.2009 [10:15]
Xəbər verildiyi kimi, iyunun 28-də “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından İsrail Dövlətinin Prezidenti Şimon Peresin şərəfinə rəsmi ziyafət təşkil edilib. Dövlət başçıları ziyafətdə nitq söyləyiblər.
Azərbaycan Prezidenti İlham Əliyev qonaqları salamlayaraq deyib: “Hörmətli cənab Prezident! Əziz qonaqlar! Hörmətli xanımlar və cənablar!
Mən İsrail Prezidentini Azərbaycanda bir daha salamlamaq istəyirəm. Bu gün bizim çox yaxşı müzakirələrimiz oldu. Münasibətlərimiz uğurla inkişaf edir. Biz cənab Prezidentlə bir neçə dəfə görüşmüşük və bu görüşlər beynəlxalq tədbirlər çərçivəsində müxtəlif ölkələrdə baş tutub. İndi isə cənab Prezident Azərbaycana rəsmi səfərə gəlib. Bu səfər böyük əhəmiyyət daşıyır. Səfər ikitərəfli münasibətlərin inkişafı üçün yeni imkanlar açacaq. Bu gün biz ikitərəfli əlaqələrə dair vacib məsələləri, regional inkişaf məsələlərini, o cümlədən beynəlxalq əhəmiyyət daşıyan məsələləri nəzərdən keçirdik. İkitərəfli əlaqələr haqqında danışarkən əminəm ki, əlaqələrimiz bundan sonra daha da güclənəcəkdir. Bizim iqtisadi əməkdaşlığımızın çox yaxşı perspektivləri var. Bu gün belə məsələlər çox geniş formatda müzakirə olundu. İqtisadi münasibətlərimiz inkişaf edir və bu sahədə dövriyyəmiz 2 milyard dollara yaxındır. Zənnimcə, gələcək illərdə bu rəqəm daha da artacaq. Biz kənd təsərrüfatı, turizm, elm, texnologiyalar sahəsində əməkdaşlıq haqqında da danışdıq, səhiyyə sahəsinə də toxunduq. Əminəm ki, bu sahələrdə və bir çox digər yeni sahələrdə yaxşı həll variantlarını tapa bilərik ki, onlar bizi bir-birimizə daha yaxın etsin”.
Azərbaycanda xalqımızın yəhudilərlə daim dinc şəraitdə birgə yaşadığını vurğulayan Prezident İlham Əliyev respublikamızdakı yəhidi icmasının ölkəmizin inkişafı üçün töhfələrini əsirgəmədiyini bildirib. Dövlətimizin başçısı İsraildəki Azərbaycan diasporunun da çox məhsuldar fəaliyyətini xüsusi qeyd edərək deyib: “Onlar məhz Azərbaycanı tərk etmiş yəhudilərdir. Lakin onlar ölkəmizi tərk etmələrinə baxmayaraq, Azərbaycanla hər zaman təmaslarını saxlayırlar və ikitərəfli münasibətlərdə müstəsna rol oynayırlar ki, bu da bizi çox fərəhləndirir. Mən şübhə etmirəm ki, bu səfərdən sonra ikitərəfli münasibətlərimiz uğurla davam və inkişaf edəcəkdir”.
Dövlətimizin başçısı İsrail Prezidenti Şimon Pereslə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı fikir mübadiləsi apardıqlarını diqqətə çatdıraraq deyib: “Bu münaqişə regionda ən böyük hədə mənbəyidir və bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır. Yalnız o yolla ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin. Bildiyiniz kimi, işğalçı qüvvələr Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmalıdır və Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətinin qurbanına çevrilmiş soydaşlarımız öz yurd-yuvalarına qayıtmalıdırlar”.
Prezident İlham Əliyev Azərbaycan ilə İsrail arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib və həmin potensialın reallaşdırılması üçün ölkəmizdə əlverişli biznes mühitinin yaradıldığını vurğulayıb.
Dövlətimizin başçısı deyib: “Azərbaycanda çox münbit sərmayə mühiti var və dünyanın bütün ölkələrindən olan şirkətlər ölkəmizdə rahat işləyə bilərlər. Mən bir daha cənab Prezident, Sizi və nümayəndə heyətinizi Azərbaycanda salamlamaq istəyirəm və bu badəni Sizin şərəfinizə, İsrail ilə Azərbaycan xalqlarının şərəfinə qaldırmaq istəyirəm”.
İsrail Prezidenti Şimon Peres təşəkkür edərək deyib: “Hörmətli dostum cənab Prezident! Hörmətli xanım Əliyeva! Xanımlar və cənablar!
Mən sadəcə qarşınızda bildirmək istəyirəm ki, cənab Prezident burada yüksək səviyyədə olan münasibətlərimizin gözəl təsvirini verdi. Mən bundan çox məmnunam və zənnimcə hətta bundan sonra uzun-uzadı danışsam da, Onun qədər gözəl danışa bilməyəcəyəm. Bu qəbula görə Sizə sözün əsl mənasında səmimi qəlbdən minnətdarlığımı bildirirəm. Siz mənə və mənim nümayəndə heyətimə bu qonaqpərvərliyi göstərdiniz. Bu, sözün əsl mənasında bizim yadımızda daim qalan bir qəbuldur və eyni zamanda mən bildirmək istəyirəm ki, atanız Azərbaycanın tarixində çox görkəmli şəxsiyyətlərdən biridir. Mən Onun rolunu xüsusilə vurğulamaq istəyirəm. Cənab Prezident, qeyd etmək istəyirəm ki, əgər Siz neftinizi mədəniyyətdən daha əvvəl tapsaydınız, aşkar etsəydiniz nə baş verərdi? Bu düzgün, yoxsa qeyri-düzgün olardı? Bilirsiniz ki, ölkənizin təbiəti sizin torpağınızda, insanlarınızın qonaqpərvərliyində öz əksini tapmışdır. Siz mənə bu gün bildirdiniz ki, öz işlərinizi davam etdirəcəksiniz. çünki neft-neftdir, qaz-qazdır, mədəniyyət-mədəniyyətdir. Bütün bunlar xalqa lazımdır. Siz qeyd etdiniz ki, öz xalqınızın naminə yorulmadan çalışırsınız”.
Ermənistanın Azərbaycan ərazisini işğal etməsi ilə bağlı ətraflı məlumata malik olduqlarını deyən İsrail Prezidenti Şimon Peres zəngin mədəni irsə malik respublikamızın dost ölkələrə daim kömək əlini uzatdığını qeyd edib. Bu həqiqəti yəhudi xalqının yaxşı bildiyini söyləyib: “Biz çox minnətdarıq ki, Azərbaycanda, burada yəhudi icmasına xüsusi xoş münasibət bəslənilir. Biz bilirik ki, Azərbaycandan İsrailə gələn şəxslər ölkənizlə bağlı ən xoş təəssüratlarını daim bölüşürlər”.
Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, insanlar arasında sıx münasibətlərin yarandığını deyən İsrail Prezidenti məhz belə şəraitdə demokratiyanın da uğurla inkişaf etdiyini bildirib. İsrailin dövlət başçısı Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini də yüksək dəyərləndirərək deyib: “Xanım Əliyeva, Sizin burada olmağınızdan böyük şərəf hissi duyuram. Biz Sizin işinizlə də tanış olduq. Biz Sizin Fondda olarkən gördük ki, Heydər Əliyevin təhsil haqqında şəhadətnaməsində qiymətlərinin hamısı əla olmuşdur. Biz bu məlumatları topladıq. Biz bunu öyrənməkdən çox şad olduq. Bizi birləşdirən məsələlər çoxdur. Hesab edirik ki, bizim sizinlə münasibətlərimiz həm sizin üçün, həm bizim üçün çox faydalıdır. Eyni zamanda, hesab edirəm ki, bizim gələcək potensialımız çoxdur. Biz nəinki əməkdaşlıq yolu ilə, o cümlədən işlərimizin əlaqələndirilməsi yolu ilə daha böyük nəticələr əldə edə bilərik”.
Prezident Şimon Peres Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anaraq deyib: “Mən Sizin atanızla görüşmüşəm və Onun mənə söylədiyi məsələlərdən bir çox vacib meyarları özüm üçün qeyd etmişəm. O, Azərbaycanın gələcəyi ilə bağlı uzaqgörənliyi və müdrik mövqeyi ilə daim seçilirdi”.
Güclü ordunun xalqlarımızın və ölkələrimizin milli mənafeyini qorumaq üçün lazım olduğunu vurğulayan Prezident Şimon Peres nitqini dahi Azərbaycan şairi Nizami Gəncəvinin kəlamı ilə tamamlayıb: “Dahi Azərbaycan şairi Nizami Gəncəvi deyib: “ünsiyyəti hansı kəs arayıbdır yaxşıda, Məqamında işinə yarayıbdır yaxşı da”. Bu gün məhz bu kəlam aktual hesab olunur. Hesab edirəm ki, Sizin müdrikliyinizlə bu ölkə daha da inkişaf edəcəkdir. Mən badəmi bizə əziz olan, hamımıza əziz olan dostluğun, Azərbaycan ilə İsrail arasındakı əməkdaşlığın şərəfinə qaldırıram”.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41
