Əbədi və sarsılmaz müstəqilliyin yaradıcısı - Ulu öndər Heydər Əliyev
06.06.2009 [12:25]
Məhz belə bir məqamda Gəncədə yerləşən 709 saylı hərbi hissənin ləğv edilməsi ilə bağlı qərar çoxdan gözlənənlərin baş verməsində katalizator rolunu oynadı. Milli Qvardiya ilə qarşıdurmaya gedən və Bakıya tərəf yol alan silahlı birləşmələr hakimiyyəti ölkədə vətəndaş müharibəsi yaratmaqda günahlandırırdı. Belə bir məqamda Azərbaycan xalqı hadisələrin axarını dəyişdirmək üçün yalnız bir çıxış yolu görürdü. Bu çıxış yolu isə, dövrünün ən böyük siyasətçilərindən biri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin yaşamasını istəyən, ölkənin separatçı rejimlər tərəfindən bölüşdürülməsini sakit şəkildə izləyə bilməyən ziyalılar ulu öndər Heydər Əliyevə müraciət etdilər. Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi.
İyunun 15-də keçirilən parlament iclası, demək olar ki, o günün canlı şahidi olmuş hər bir azərbaycanlının yaddaşına həkk olunub. Həmin gün Azərbaycan parlamentinin sədri vəzifəsinə seçilən ümummilli liderimiz Heydər Əliyev deputatlar qarşısında çıxış edərək göstərilən etimadın əvəzi kimi bütün imkanlarından istifadə edib bu ağır və məsuliyyətli yükü aparmağa çalışacağını və vəzifəsini ləyaqətlə yerinə yetirəcəyini vəd etdi: “Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm”.
Parlament sədri bütün Azərbaycan xalqını vətəndaş həmrəyliyinə dəvət etdi: “Mən rica edirəm, kiçik hissiyyatı kənara qoymaq lazımdır, xırda dedi-qodunu kənara qoymaq lazımdır, bunların vaxtı deyil... Əgər kimsə, nə vaxtsa mənə qarşı düzgün münasibət bəsləməyibsə, nəsə edibsə, inanın ki, mən onların hamısını çoxdan bağışlamışam”.
Həmin günlərin canlı şahidlərindən olan Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov o dövrdə ölkəmizdə hakimiyyət başında olan AXC-Müsavat iqtidarının atdığı addımlarla xalqın inamını itirdiyini bildirdi. Millət vəkili E.İbrahimov Ulu öndər Heydər Əliyevin dünyada böyük nüfuza sahib olduğunu və xalqın sevgisini qazandığını dedi: “Ona görə də, Heydər Əliyevi qəbul etmək istəmirdilər və 1992-ci il oktyabrın 24-də Əbülfəz Elçibəy də başda olmaqla onlar Naxçıvanda dövlət çevrilişinə cəhd etdilər. Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin binasını, televeziyanı zəbt etdilər, televiziya ilə camaata müraciət etmək istəyirdilər. Fərəc Quliyev televiziyanı, Siyavuş Mustafayev DİN-i tutmuşdu. Baxmayaraq ki, Xalq Cəbhəsinin üzvləri bütün yolları bağlamışdılar, Heydər Əliyevi müdafiə etmək üçün bütün kəndlərdən camaat gəlmişdi. Xalq Heydər Əliyevə sevgisini Onun ətrafında sıx birləşməklə, Onu müdafiə etməklə göstərdi. Heydər Əliyevi hakimiyyətə xalqın sevgisi, iradəsi gətirmişdi”.
1993-cü ilin yayında baş verənləri isə xalqın taleyi ilə oynayan səriştəsiz, qabiliyyətsiz hakimiyyətin dövləti təhlükəyə atması kimi dəyərləndirən millət vəkili dövlətçiliyin xilasının məhz ulu öndərin gəlişi ilə təmin olunduğunu dedi: “Heydər Əliyev də iyunun 9-da gəldi, 13-də Gəncəyə getdi, orda baş verənləri öz gözləri ilə gördü və dəqiq vəziyyəti müəyyənləşdirdi. Heydər Əliyev 15 iyunda Azərbaycanı xaosdan, anarxiyadan, müharibədən, qardaş qırğınından, vətəndaş müharibəsindən, dövlət çevrilişlərindən qurtardı. 4 iyun Gəncə hadisələrindən danışarkən bir məsələ qeyd olunmalıdı ki, söhbət Rusiya qoşunlarının Gəncədən çıxarılmasından gedirdisə, niyə Naxçıvandakı sovet qoşunları çıxarılarkən dava, qarşıdurma olmadı. Amma bunların siyasi təcrübəsizliyi vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Ulu öndər Heydər Əliyev dövlətçilik ustadı idi, müdrik insan idi. Azərbaycana əmin-amanlığı gətirdi. 1997-ci ilin 17 iyununda 15 iyunun Milli Qurtuluş günü kimi qeyd olunması təklifini mən irəli sürmüşəm. On gündən sonra 45 millət vəkili çıxış edərək mənim təklifimi dəstəklədi. Beləliklə də, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 15 iyun günü həyatımıza Milli Qurtuluş Günü bayramı kimi daxil olub. Mənim üçün bundan əziz bayram yoxdur. çünki 15 iyun olmasa idi, nə Azərbaycan, nə də suveren dövlət olmayacaqdı”.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə də həmin günlərdə Azərbaycan dövlətçiliyinin böyük təhlükə altında olduğunu dedi. Millət vəkili ölkənin separatçılar tərəfindən parçalanma ərəfəsində olduğunu və artıq şəxsi mübarizənin silahlı qarşıdurma müstəvisində dövlətçilik marağından üstün tutulduğunu dilə gətirdi: “4 İyun Azərbaycan dövlətçiliyini öz düşüncəsi ilə qurmaq istəyənlərin faciəsi idi. Onlar elə düşünürdülər ki, bütün prosesi yalnız özləri idarə edirlər. Amma xalq göstərdi ki, elə deyil. Məhz xalq bu faciənin qarşısını aldı. Bunun üçünsə xalqımız yalnız bir addım atdı: Ulu öndər Heydər Əliyevi Bakıya dəvət etdi. Xalq bilirdi ki, istər daxili arenada, istərsə də Ermənistan ilə apardığı müharibədə düşdüyü çətinliklərdən yalnız Heydər Əliyev dühasının zəkası sayəsində xilas ola bilər. çünki hələ SSRİ dövründə ermənilərin Dağlıq Qarabağa iddialarının qarşısını məhz Moskvada dövlətin ən yüksək postlarından birində əyləşmiş böyük siyasi xadim Heydər Əliyev faktoru almışdı. Bu problem də Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılmasından sonra inkişaf etməyə başlamışdı. Heydər Əliyev Azərbaycanın da daxilində böyük nüfuza malik idi. O baxımdan, xalq belə bir ağır gündə yalnız üzünü Naxçıvana tutdu və pənahı Heydər Əliyevdə gördü”.
1993-cü ilin iyun hadisələrinin qarşısını almaq üçün ümummilli lider Heydər Əliyevin məsələyə qarışmasının mütləq amil olduğunu deyən A.Mirzəzadə həmin günlərdə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının xalqla, dövlətçiliklə yanaşı, həmin hakimiyyətdə olan şəxslərin də xilası olduğunu dilə gətirdi: “15 iyun tarixində Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi, Prezident səlahiyyətlərini icra etməsi ilə 4 iyun 1993-ci il hadisələrini sakitləşdirdi. Heydər Əliyev elə bir dövlətçilik ənənəsi qoydu ki, artıq heç kim dövlətdə qeyri-konstitusion şəkildə hansısa bir addımı ata bilməz. Heydər Əliyev əsl demokratik dövlət qurdu və bugünkü inkişaf tariximizin banisidir. 1993-cü ilin iyunun 15-ə qədər Azərbaycan ordusu dedikdə başıpozuq, qorxu və xof yaradan hərbi birləşmələr yada düşürdü. Məhz ulu öndər Heydər Əliyev Azərbaycanda əsl peşəkar, yüksək təsisatlara və silahlara malik, mərkəzi hakimiyyətə tabe olan güclü ordu yaratdı. Məhz 15 iyun günündən sonra dövlət strukturları dövlətin maraqları əsasında fəaliyyət göstərməyə başladı. Heydər Əliyev 15 iyunda göstərdi ki, dövlət və millət yalnız vəhdət halında olarkən güclü, sarsılmaz olur. Bu baxımdan, mənim üçün ən böyük, ən müqəddəs bayram məhz 15 iyun Milli Qurtuluş Günüdür. çünki bu Azərbaycan dövlətinin yaşamaq üçün mübarizə apardığı və bu mübarizədən qalib çıxdığı bir tarixdir”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

