Prezident Aleksandr Lukaşenkoya “Heydər Əliyev” ordeni təqdim edilib
30.11.2016 [09:30]
Xəbər verdiyimiz kimi, noyabrın 28-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya “Heydər Əliyev” ordeninin təqdim edilməsi mərasimi olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonun “Heydər Əliyev” ordeni ilə təltif olunması barədə Sərəncam imzaladığını bildirib. Dövlətimizin başçısı qeyd edib ki, müasir Azərbaycanın banisi olan Ulu öndərin adını daşıyan “Heydər Əliyev” ordeni ali dövlət mükafatıdır və Azərbaycan xalqı qarşısında xüsusi xidmətlərə görə həm Azərbaycan vətəndaşlarına, həm də xarici ölkə vətəndaşlarına təqdim olunur.
Prezident İlham Əliyev Azərbaycan və Belarus dövlətləri arasında münasibətlərin əsasının qoyulmasında Ulu öndər Heydər Əliyev və Aleksandr Lukaşenkonun xidmətlərini məmnunluqla xatırlayıb. Dövlətimizin başçısı İlham Əliyev Prezident Aleksandr Lukaşenkonun müasir Belarus dövlətçiliyinin inkişafında və ölkənin əldə etdiyi nailiyyətlərdə rolunu xüsusi vurğulayıb, bu gün Belarusun müasir dinamik inkişaf edən dövlətə çevrildiyini deyib. Məhz buna görə də Belarus xalqının Prezident Aleksandr Lukaşenkonun bu fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.
İkitərəfli əlaqələrə toxunan Prezident İlham Əliyev uğurla inkişaf edən bu münasibətlərin qarşılıqlı etimada, hörmətə və dostluq prinsiplərinə söykəndiyini qeyd edib. Belarus Prezidentinin ölkəmizə bu səfərinin əhəmiyyətindən danışan dövlətimizin başçısı səfər zamanı ikitərəfli münasibətlərə dair səmərəli müzakirələrin aparıldığını bildirib.
Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib, Belarusun tərəqqisi və Azərbaycan-Belarus münasibətlərinin inkişafı yolundakı fəaliyyətində ona yeni uğurlar arzulayıb.
Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Aleksandr Lukaşenkoya təqdim edib.
Azərbaycanın ən ali mükafatı ilə təltif olunduğuna görə dövlətimizin başçısına minnətdarlığını bildirən Aleksandr Lukaşenko Ulu öndərlə bağlı xatirələrini dərin ehtiramla bölüşüb. Qeyd edib ki, Azərbaycan xalqının Ümummilli lideri həm onun üçün, həm də Belarus xalqı üçün çox mötəbər insandır. Vurğulayıb ki, Ulu öndər Sovet İttifaqının rəhbərliyində çalışdığı dövrdə ən ədalətli və prinsipial şəxsiyyətlərdən biri kimi tanınırdı.
Aleksandr Lukaşenko deyib ki, Heydər Əliyev şərəfli, cəmiyyətdə mənfi hallarla barışmaz mübarizə aparan bir rəhbər və gənc nəsil üçün bir nümunə idi. Prezidentlik fəaliyyəti dövründə Ümummilli lider Heydər Əliyevlə beynəlxalq tədbirlərdə təmaslarının onda dərin təəssürat yaratdığını məmnunluqla xatırlayan Belarus Prezidenti vurğulayıb ki, ölkələrimiz arasında bugünkü münasibətlərin yüksək səviyyədə olmasının əsasını məhz Heydər Əliyev qoyub.
Prezident Aleksandr Lukaşenko Belarus xalqının tarixdə bir çox sınaqlarla üzləşdiyini deyib, Böyük Vətən müharibəsindən sonra ölkənin quruculuq işlərində Belarus xalqı ilə birlikdə digər xalqların nümayəndələrinin, o cümlədən azərbaycanlıların fəal iştirak etdiklərini bildirib. Aleksandr Lukaşenko Böyük Vətən müharibəsində Qələbənin əldə edilməsində Azərbaycan neftinin həlledici əhəmiyyətə malik olduğunu qeyd edib.
Belarus Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin vacibliyini vurğulayıb və münaqişənin həlli istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti yüksək qiymətləndirib.
Prezident Aleksandr Lukaşenko son illərdə Azərbaycanda bütün sahələrdə çox böyük inkişafın əldə edildiyini və Ulu öndərin işini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında gedən bu inkişaf prosesinin Azərbaycanın nadir təcrübəsi olduğunu vurğulayıb. Belarus Prezidenti neftdən əldə olunan gəlirlərin dövlət başçısının həyata keçirdiyi müdrik siyasət nəticəsində səmərəli və xalqımızın firavanlığı naminə istifadə olunduğunu xüsusi qeyd edib.
Sonda Aleksandr Lukaşenko Prezident İlham Əliyevə bir daha minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

