/ / Qlobal böhranın təsirlərinə baxmayaraq, ölkəmizdə abadlıq-quruculuq işləri yüksək səviyyədə və sürətlə davam etdirilir
Qlobal böhranın təsirlərinə baxmayaraq, ölkəmizdə abadlıq-quruculuq işləri yüksək səviyyədə və sürətlə davam etdirilir
04.06.2009 [09:44]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Bakının Nəriman Nərimanov prospektindəki parkın, Nərimanovun abidəsinin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.
Prezident İlham Əliyevin Bakı şəhərində parkların və xiyabanların əsaslı surətdə bərpa olunması ilə bağlı tapşırıqlarına əsasən paytaxtımızda daha bir park - Nəriman Nərimanov prospektindəki park da müasir standartlara uyğun yenidən qurularaq istifadəyə verilib. Baxımsızlıq üzündən tamamilə yararsız vəziyyətə düşən bu parkda əvvəllər əhalinin istirahəti üçün demək olar ki, heç bir şərait yox idi. Oturacaqlar sınıb-dağılmış, yaşıllıq zolaqları korlanmış, beton örtüyü və üzlük plitələr dağılmışdı. 1972-ci ildə salınan bu parkda o vaxtdan bəri bərpa və yenidənqurma işləri aparılmamışdı. Nəriman Nərimanovun elə həmin il ucaldılmış abidəsinin postamenti də keyfiyyətini tamamilə itirmişdi.
Dövlətimizin başçısının tapşırıqlarına əsasən 2008-ci ilin iyulunda parkın əsaslı bərpa və yenidən qurulması işlərinə başlanılıb. Qısa vaxt ərzində həyata keçirilən yenidənqurma və bərpa işləri nəticəsində parkın siması bütünlüklə dəyişib, müasir standartlara uyğun şəkildə qurulan bu istirahət guşəsi yenidən sakinlərin istifadəsinə verilib.
Prezident İlham Əliyev parkın əsaslı bərpa və yenidənqurmadan sonrakı vəziyyəti ilə yaxından tanış olub. Dövlətimizin başçısına məlumat verilib ki, bərpa və yenidənqurma işləri nəticəsində bu park ən müasir standartlara uyğunlaşdırılıb.
Parkın beton örtüyü və köhnə üzlük plitələr yeniləri ilə əvəz olunub, yaşıllıq zolaqları təzədən salınıb, müasir oturacaqlar quraşdırılıb, əkilmiş ağac və gül kolları parka xüsusi yaraşıq verir.
Parkda quraşdırılmış avtomatlaşdırılmış sistem yaşıllıqların davamlı olaraq suvarılmasına xidmət edəcək. Nəriman Nərimanovun abidəsinin postamentinə yeni qranit üzlük çəkilib. Abidənin özü isə tam bərpa olunub. Burada parka xüsusi yaraşıq verən müasir fəvvarə inşa edilib. Parkın işıqlandırma sistemi də təzələnib, işıq dirəkləri dəyişdirilib, yeni və keyfiyyətli lampalar quraşdırılıb. İndi bu lampalar gecələr ətrafı çıraqban edir. Parkın yaxınlığındakı binalarda da təmir və yenidənqurma işlərinin aparıldığı bildirilib.
Dövlətimizin başçısı görülən işlərlə yaxından tanış olduqdan sonra parkın ətrafındakı binaların, o cümlədən yaşıllıqların hazırkı vəziyyəti ilə də maraqlanıb. Prezident İlham Əliyev parkın ətrafındakı binaların və yaşıllıqların bərpası və yenidən qurulması ilə bağlı da layihə hazırlamağı tapşırıb və bununla əlaqədar müvafiq tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10

