Bizim səsimiz hörmət və tolerantlıq mesajını daşımalı, aydın və güclü olmalıdır
07.04.2009 [17:59]
Dünən Türkiyə hökumətinin ev sahibliyi ilə İstanbulda BMT-nin Sivilizasiyaların Alyansı təşəbbüsünün ikinci Dünya forumu başlayıb. Tədbirdə İslam Konfransı Təşkilatı Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə baş əlaqələndiricisi Leyla Əliyeva da iştirak edir. Sivilizasiyaların Alyansı 2005-ci ildə Türkiyə və İspaniya baş nazirlərinin birgə təşəbbüsü və BMT-in himayədarlığı ilə təsis edilib. 2008-ci ilin yanvarında Sivilizasiyaların Alyansı üzrə birinci forum Madriddə keçirilib.
Əvvəlki gün - aprelin 5-də burada Gənclər konfransı keçirilib. Konfransda Leyla Əliyeva və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyra Ərdoğan iştirak ediblər.
Xatırladaq ki, İstanbul Gənclər konfransı 2007-ci ilin noyabrında Bakıda elan edilmiş “Gənclər Sivilizasiyaların İttifaqı Uğrunda” beynəlxalq hərəkatının dünyada tanınması məqsədi ilə aparılan fəaliyyətin məntiqi nəticəsidir. Bakı konfransından keçən müddətdə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın rəhbərliyi ilə görülən məqsədyönlü işlər hərəkatın BMT, Avropa Şurası, nüfuzlu beynəlxalq və regional gənclər təşkilatları tərəfindən tanınması üçün əsas yaradıb. Bundan əlavə, Bakıda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təqdimatı keçirilmiş “Gənclər Sivilizasiyaların İttifaqı Uğrunda” beynəlxalq hərəkatın BMT-nin rəsmi platforması kimi təsis edilməsi nəzərdə tutulub.
İstanbul konfransında İKT Gənclər Forumu tərəfindən BMT-nin Gənclər Məşvərət Şurasına üzvlüyə Leyla Əliyevanın namizədliyi irəli sürülüb.
Daha sonra konfrans iştirakçıları işçi qruplarında müzakirələri davam etdiriblər.
Media ilə bağlı işçi qrupunun iclasında BMT-nin yüksək səviyyəli proqramlarında Sivilizasiyaların Alyansına dair istiqamətlər, xüsusilə media sahəsində mövzular müzakirə olunub. Leyla Əliyeva bu məsələlərin gənclərin bir araya gəlməsində mühüm vasitə olduğunu bildirib, onların həm də BMT-nin Sivilizasiyaların Alyansı təşəbbüsünün ikinci Dünya forumunda iştirak edəcək dünya liderləri üçün hazırlanacaq təkliflər paketinə daxil olunmasının zəruriliyini vurğulayıb. O, deyib ki, Sivilizasiyaların Alyansı baxımından mediada təbliğat işi qurulmalı, daha çox keyfiyyətli kadr hazırlığına şərait yaradılmalı, bütün bunlara nail olmaq üçün isə medianın inkişafı diqqətdə saxlanılmalıdır. Bundan əlavə, mediada irqi, dini və milli ayrı-seçkilik halları aradan qaldırılmalı, dünya mediasının Sivilizasiyaların Alyansının işində fəal iştirakı təmin olunmalıdır.
Daha sonra İstanbul Gənclər konfransının geniş yekun iclası olub. 75 ölkənin gənc liderlərinin təmsil olunduğu iclasda Leyla Əliyevanın İslam Konfransı Gənclər Forumu tərəfindən BMT-nin Gənclər Məşvərət Şurasına üzv seçilməsi yekdilliklə dəstəklənib.
Leyla Əliyeva BMT-nin Sivilizasiyaların Alyansı qlobal hərəkatının birinci toplantısının Bakıda keçirilməsini təklif edib və bu təklif qəbul olunub.
Leyla Əliyeva çıxışında deyib: İslam Konfransı Təşkilatının Gənclər Forumu gənclərin qlobal hərəkatının yaranması ideyasını dəstəkləyib və bununla bağlı Bakıda keçirilən mötəbər tədbir qlobal mədəniyyətlərarası dialoqun gənc fəallarını bir araya gətirmək üçün mühüm vasitə olub. Bakı Bəyannaməsinə əsasən, bu yüksək səviyyəli konfransın tərəfdaşlarına bu ideyanı qlobal səviyyəyə çatdırmaq, beynəlxalq ictimaiyyətin dəstəyini qazanmaq və hərəkatın yaranması haqqında düşünmək tapşırılıb. Bu qərardan sonra İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumu məni mədəniyyətlərarası dialoq məsələləri üzrə baş əlaqələndirici vəzifəsinə təyin edib. İlk addım Madrid forumu zamanı Sivilizasiyaların Alyansı uğrunda ideyanın təqdimatı olub. Bu, çox gözəl şəxsi təcrübə idi və qlobal hərəkatın yaranması üçün gənc iştirakçıların güclü dəstəyini nümayiş etdirib. Madrid forumundan sonra biz regionun digər platformaları ilə birgə, əsas beynəlxalq təşkilatların dəstəyinə ehtiyacı olan hərəkatın ideyasını hazırladıq və müəyyən etdik.
Leyla Əliyeva bildirib ki, gənclərin qlobal hərəkatı beynəlxalq münasibətlərdə və Sivilizasiyalararası Alyansda gənclərin üzləşdikləri bütün çağırışlara fəal münasibət bildirməlidir. Bizim səsimiz hörmət və tolerantlıq mesajını daşımalı, aydın və güclü olmalıdır.
Leyla Əliyeva daha sonra deyib: “Mühüm məsələ odur ki, bizim qərar və planlarımız yalnız kağız üzərində qalmasın, konkret layihələrin həyata keçirilməsi üçün, o cümlədən bu tədbirin və Sivilizasiyaların Alyansının baxışlarında real, dayanıqlı və praktik bir alət olsun. Gənc insanlar kimi biz ittifaqın bütün seqmentlərinə ehtiyac olduğunu göstərməliyik ki, dediklərimizlə işlərimiz üst-üstə düşsün. Hesab edirəm ki, dərhal həyata keçirilməli olduğumuz vəzifə hərəkatın geniş heyətini maarifləndirmək və qlobal təsirə malik olan layihənin icrasına diqqəti cəlb etməkdir. Eyni zamanda, təklif edərdim ki, sivilizasiyalar ittifaqı naminə gənclər toplantısı növbəti il ərzində diqqəti həm gənclərin səfərbər olunmasına, həm də dayanıqlı, uzunmüddətli fəaliyyət planının hazırlanmasına yönəltsin”.
Daha sonra çıxış edən BMT-nin Sivilizasiyaların Alyansı gənclər proqramının əlaqələndiricisi İzabella Leqare bildirib ki, tədbirdə iştirak edən 75 ölkənin 100 gənc lideri dünya gənclərinin bir-birini daha yaxından tanımaları üçün Gənclər Məşvərət Şurası çərçivəsində müxtəlif layihələr həyata keçirəcəklər. Onların qəbul edəcəyi qərarlar BMT-nin Sivilizasiyaların Alyansı təşəbbüsünün ikinci Dünya forumunda dünya liderlərinə çatdırılacaq.
Konfransda Portuqaliyanın keçmiş prezidenti Jorje Sampayu, Türkiyə Baş nazirinin müşaviri Əli Sarıqaya, Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov və digər şəxslər iştirak ediblər.
Aprelin 5-də çırağan sarayında Türkiyənin xarici işlər naziri Əli Babacanın adından konfrans iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil olunub. Leyla Əliyeva mərasimdə iştirak edib.
Daha sonra çırağan sarayında “Türkiyəyə güvənin” fotosərgisinin açılışı olub. Türkiyənin bütün mədəniyyətlərə açıq olduğunu göstərmək məqsədi ilə təşkil olunmuş sərgidə müxtəlif illərdə Türkiyəyə sığınan, bu ölkə ilə yaxşı əlaqələri olan məşhur insanların, siyasətçilərin, elm adamlarının fotoları və məktubları nümayiş etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

