Bu il yaddaşlarda "uşaq ili" kimi qalacaq
02.04.2009 [10:31]
Azərbaycanda ailə toxunulmaz, müqəddəs hesab edilir. Hər bir azərbaycanlı üçün Vətən məhz ailədən başlayır, ailədə də qurtarır. Odur ki, ən möhkəm, ən sədaqətli ailə elə məhz Azərbaycan ailəsidir. Və məhz bu reallığın qorunması üçün dövlətimiz əlindən gələni əsirgəmir. İstər dövlət səviyyəsində, istərsə də vətəndaş cəmiyyəti statusunda ailəyə qayğı və onun möhkəmləndirilməsi istiqamətində iş aparılır. Bu fəaliyyət elə qurulub ki, müxtəlif istiqamətlərdə atılan addımlar ailələrin güclənməsinə təkan verir. Ailələrə ayrılan sosial yardımlar bir çox ailələrdə yeganə gəlir sayılır. ünvanlı sosial yardım alan ailələrin sayının bu il 190 minə çatacağı gözlənilir. Eyni zamanda, ölkədə əmək pensiyası alanların da sayı artır.
Hər il ölkəmizdə Ailə günü qeyd edilir və bu münasibətlə böyük tədbirlər keçirilir. Fərqlənən, tanınan ailələr ictimaiyyətə təqdim edilir və bu yolla ailə dəyərləri təbliğ olunur. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın ailələrə, uşaqlara, ailə himayəsindən məhrum olanlara göstərdiyi diqqət isə hər addımda hiss edilir.
Bir sözlə, ölkə hakimiyyəti ailələrin - qadınların problemlərini araşdırır və nəticələr əsasında növbəti addımı müəyyənləşdirir. Sırf bu məqsədlərə xidmət edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) ailələri, qadınları və uşaqları narahat edən problemlər araşdırılır və təhlillərin yekunları ilə bağlı mütəmadi olaraq Prezidentə məlumat verilir.
Bəs, ailələrin hansı problemləri var? Komitə Azərbaycan ailəsi üçün bundan sonra hansı işlər görməlidir?
Komitədə hesab edirlər ki, ailə problemləri ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi xüsusi önəm daşıyır. Ailə Məcəlləsinin təkmilləşdirilməsi - nikah yaşının cinslər arasında bərabərləşdirilməsi, nikaha daxil olan şəxslərin öz səhhəti barədə bir-birini məlumatlandırması, nikaha daxil olmaq üçün yaş həddinin azaldılmasına yol verilən halların konkretləşdirilməsi, övladlığa götürmədən imtina ilə bağlı bəzi məsələlərin dəqiq tənzimlənməsi və nikah müqaviləsinin tətbiqi ilə bağlı təkliflər müzakirə mərhələsindədir. Komitə dövlət strukturlarının, millət vəkillərinin, QHT-lərin və beynəlxalq təşkilatların diqqətini Ailə Məcəlləsinə təklif edilən bu dəyişikliklərə cəlb etmək istəyir. Ekspertlər hesab edir ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun layihəsinin qəbulundan sonra bu sahədə bir sıra problemlərin həlli asanlaşacaq.
Azərbaycanda Ailə və Qadın Problemləri və uşaq hüquqlarının qorunması sahəsində Milli Fəaliyyət Planları hazırlanıb. Sənəd hazırlanarkən milli adət-ənənələr, müasir dünyada gedən proseslər və ölkəmizin dünya birliyinə fəal inteqrasiya prosesi nəzərə alınıb.
Regionların problemləri də öz həllini tapır
ölkə hakimiyyətinin apardığı siyasət - son illər regional inkişaf proqramları çərçivəsində bölgələrdə yeni iş yerlərinin yaradılması bu sahədə yerlərdə mövcud olan bəzi problemlərin həllinə də güclü təkan verir. Bu siyasətin tərkib hissəsi olaraq, məktəblərdə ailədaxili münasibətlərin uşaqların tərbiyəsində rolu ilə bağlı sorğu, boşanmaların səbəb və dinamikasının öyrənilməsi üzrə tədqiqat, gənclərin ailə həyatına hazırlanması, ailədaxili zorakılığın qarşısının alınması, ailə sahibkarlığının və ailə kəndli təsərrüfatlarının inkişafı ilə bağlı maarifləndirmə işinin təşkili ilə əlaqədar ayrıca iş aparılır.
övladlığa götürmə
Bu Azərbaycan ailəsində problem olaraq qalır. Xüsusən, xaricə övladlığa verilən uşaqların taleyi ilə bağlı sonradan hər hansı məlumat almaq mümkün olmur. Bu problemin qarşısını almaq məqsədi ilə ölkə Prezidentinin fərmanı ilə AQUPDK-yə əlavə səlahiyyətlər verilib. ölkələrarası övladlığa götürmə ilə bağlı məsələlər və “ölkələrarası övladlığa götürmə və əməkdaşlıq haqqında” Haaqa Konvensiyası üzrə mərkəzi orqan qismində çıxış etmək Komitəyə tapşırılıb. Fərmanın icrası məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla, “ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiyası Qaydaları” hazırlanıb. Komitə ailə münasibətlərinin, qəyyumluq və himayə, uşaq hüquqlarının təmin edilməsi, o cümlədən, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi ilə bağlı məsələlərdə dövlət idarəetməsinin və tənzimlənməsinin təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Həmin təkliflər normativ hüquqi aktı, habelə, həmin əlavə və dəyişikliklərlə bağlı digər normativ hüquqi aktları əhatə edir.
De-institusionalizasiya sahəsində də proses sürətlə gedir. Beynəlxalq təcrübənin öyrənilməsi, ondan yararlanaraq ailəyə dəstək və bu tipli digər müəssisələrin nümunəvi əsasnaməsi hazırlanır.
Prezident İlham Əliyevin Fərmanına əsasən, Komitə müvafiq Saziş çərçivəsində ABŞ-nın “Save the children” təşkilatı tərəfindən yaradılmış Şüvəlan və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzlərini Azərbaycan Hökuməti adından təhvil alıb. Qeyd edək ki, mərkəzlər de-institusionalizasiya sahəsində fəaliyyət göstərən ilk müəssisələrdir.
Dövlət və uşaqlar
2009-cu il ölkəmizdə “Uşaq ili” elan olunub. Prezident İlham Əliyevin bununla bağlı ötən il imzaladığı Sərəncam əsasında artıq bir sıra qurumlar proqram tərtib edib. Azərbaycanda uşaqlarla bağlı fəaliyyət göstərən dövlət qurumlarının, yerli QHT-lər və beynəlxalq təşkilatların fəaliyyətlərini əlaqələndirmək məqsədi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, həmçinin, bu qurumun nəzdində fəaliyyət göstərən Uşaqlarla İş üzrə Respublika Koordinasiya Şurasının üzərinə xüsusi vəzifələr düşüb. Uşaqlarla bağlı bir sıra problemlər, xüsusən, uşaqların ailələrindən uzaqlaşması, dövlət müəssisələrinə düşmə səbəbləri, bunun qarşısının alınma mexanizmləri istiqamətində iş davam etdirilir. Valideyn məsuliyyətini artıran qanun layihəsi hazırlanır. İnternat tipli dövlət uşaq müəssisələrinin əsasnaməsi yenidən nəzərdən keçirilir. Yuvenal ədliyyənin inkişafı, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyaları haqqında qanunvericiliyə dair təkliflər də hazırlanır.
İstər AQUPDK, istərsə də ailə və uşaq problemləri ilə sıx əlaqəli olan qurumlar qanunvericilik və digər sahələrdə ilin, sözün əsl mənasında, “uşaq ili” kimi yaddaşlarda qalmasına çalışır.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

