Nəsimi rayonunda referendum beynəlxalq standartlara uyğun keçirilib
19.03.2009 [11:55]
Azərbaycanın bütün yerlərində olduğu kimi, Bakı şəhərində də Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum yüksək səviyyədə təşkil olunub. Paytaxtın Nəsimi rayonunda yerləşən 21 saylı birinci seçki dairəsində yerləşən məntəqələr üzrə yüksək fəallıq qeydə alınıb. ümumiyyətlə, bu dairənin ərazisində 38 103 seçici qeydiyyatdadır. Dairə sədri Məhsəti Ağayeva ötən prezident seçkilərində bu dairə üzrə yüksək fəallıq nümayiş olunduğunu vurğulayıb. O, bu referendumda da seçicilərin böyük həvəs və fəallıqla iştirakının təqdirəlayiq olduğunu söyləyib. Bu dairədə yerləşən 29 məntəqənin 6-da kameralar quraşdırılıb. Dairə üzrə referendumu izlədiyimiz 15-dən artıq məntəqədə istər seçicilər, istərsə də, komissiya üzvləri və müşahidəçilər referendumun təşkilindən razılıqlarını ifadə ediblər və bu seçkilərin azad, ədalətli, demokratik keçirilməsi üçün hər cür şəraitin yaradıldığını vurğulayıblar. Prosesi müşahidə etdiyimiz məntəqələrdə müxalifəti təmsil edən bir nümayəndənin belə olmaması isə təəssüfləndirici hal kimi diqqətdə qalır. Maraqlıdır ki, bu fakt beynəlxalq müşahidəçilərin də diqqətindən kənarda qalmayıb və onlar müxalifətin qeyri-fəallığını mənfi hal kimi qiymətləndiriblər.
Qeyd edək ki, bəzi məntəqələrdə beynəlxalq müşahidə missiyasının üzvləri ilə görüşdük və onların referendumla bağlı fikirlərini öyrəndik. Avropa Şurası Parlament Assambleyasının referendumu müşahidə edən missiyasının üzvü, İspaniya Parlamentinin təmsilçisi Pedro Aqramunt (Pedro Aqramunt) təxminən 20-dən artıq məntəqədə prosesi izlədiyini və hər şeyin normal məcrada davam etdiyini vurğulayıb: “Mən hər hansısa nöqsan müşahidə etməmişəm. Seçicilər sərbəst şəkildə məntəqələrə gəlirlər, öz iradələrini ifadə edə bilirlər və onların azad, müstəqil şəkildə səs vermələri üçün heç bir əngəl yoxdur”.
Bununla belə, Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən bu prosesdə müxalifət partiyalarının passiv iştirak etməsindən təəssüfləndiyini diqqətə çatdıran avropalı parlamentari əlavə edib ki, müşahidə etdiyi məntəqələrdə müxalifət partiyalarını təmsil edən bir nəfər də olsun nümayəndənin olmaması müsbət hal deyil.
Konstitusiyaya dəyişikliklər edilməsinin Azərbaycan xalqının ən ali hüquqlarından olduğunu diqqətə çatdıran P.Aqramunt əlavə edib ki, əgər xalq bu dəyişiklikləri dəstəkləyirsə, kiminsə buna qarşı çıxış etməyə haqqı yoxdur. çünki dünyanın bütün yerlərində Konstitusiyaya dəyişikliklər olunur.
Referendumu müşahidə edən MDB Parlament Assambleyasının müşahidə missiyasının üzvü, Rusiya Dövlət Dumasının deputatı Anatoli Lokat da referendumun beynəlxalq hüququn norma və prinsiplərinə cavab verdiyini vurğulayaraq, seçki prosesində heç bir qanun pozuntusu müşahidə etmədiyini söyləyib. Belarus Parlamentinin üzvü Mixayil Pavloviç isə Konstitusiya islahatlarının Azərbaycanın gələcək inkişafı üçün yeni imkanlar yaradacağına ümidvar olduğunu qeyd edib və referendumun bütün norma və prinsiplərə uyğun həyata keçirildiyini söyləyib. Belarus Parlamentinin üzvü Mariya Beryukova da referendumun yüksək səviyyədə təşkil olunduğunu deyib: “Referendum yüksək əhval-ruhiyyə ilə keçirilir. Xalq sərbəst şəkildə məntəqələrə gəlir, səs verir. Fəallıq da qənaətbəxş hesab oluna bilər. Mənim hər hansı bir neqativ düşüncəm, qeydim yoxdur”.
Referendumda səs verən Azərbaycan Milli Məclisin üzvləri də Azərbaycan xalqının referendumda yüksək iştirakının sevindirici olduğunu söyləyib. Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə bundan əvvəl təşviqat kampaniyası çərçivəsində Azərbaycanın bir çox rayonlarında seçicilərlə görüşlərdə iştirak etdiyini deyib. Millət vəkilinin sözlərinə görə, açıq-aşkar hiss olunur ki, xalqımız bu referendumu dəstəkləyir: “Bu dəyişikliklər Azərbaycan dövlətinin gələcəyinə, iqtisadi qüdrətlənməsinə, ölkəmizdə azad, sivil, demokratik cəmiyyət qurulmasına xidmət edir. Sevinirəm ki, vətəndaşlarımız da bu reallığın fərqindədirlər. Mən hesab edirəm ki, müşahidə etdiyimiz bu yüksək fəallıq ondan xəbər verir”.
Milli Məclisin üzvü Adil Əliyev də qeyd edib ki, referendumda müşahidə olunan yüksək fəallıq, insanların bu prosesə göstərdiyi böyük maraq təqdirəlayiqdir: “Mən bir neçə dairədə referendumu beynəlxalq müşahidəçilərlə birgə izlədim. Onlar da əhalinin fəallığını xüsusi qeyd edirdilər”.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55

