/ / Azərbaycan Prezidenti İlham Əliyev birinci Avropa Oyunları çərçivəsində keçirilən sambo yarışlarını izləyib
Azərbaycan Prezidenti İlham Əliyev birinci Avropa Oyunları çərçivəsində keçirilən sambo yarışlarını izləyib
23.06.2015 [09:40]
Birinci Avropa Oyunlarının on birinci günü də idmançılarımız üçün uğurlu olub. İyunun 22-də Heydər Əliyev adına İdman Sarayında keçirilən sambo yarışlarında 8 dəst medal uğrunda mübarizə aparılıb. Həm kişilər, həm də qadınlar 4 çəki dərəcəsində qüvvələrini sınayıblar. Azərbaycan bu yarışlara 8 samboçu ilə qatılıb. Samboçularımız müvəffəqiyyətlə çıxış ediblər. Azərbaycan samboçuları Nəzakət Xəlilova, İslam Qasımov, Amil Qasımov və Vasif Səfərbəyov gümüş medallar qazanıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevə və ailə üzvləri yarışların gedişini izləyiblər.
Qadınların yarışında 52 kiloqram çəki dərəcəsində çıxış edən həmyerlimiz Nəzakət Xəlilova dörddəbir finalda rumıniyalı Kodrina İoneskunu 4:1 hesabı ilə məğlub edib. O, yarımfinalda litvalı Ruta Aksionovaya heç bir şans verməyərək 8:0 hesabı ilə qalib gəlib. Qızıl medal uğrunda həmyerlimizin rəqibi Rusiya idmançısı Anna Xaritonova olub. Görüşdə 5:0 hesabı ilə qalib gələn Rusiyanın təcrübəli idmançısı birinci Avropa Oyunlarının çempionu adını qazanıb. Nəzakət Xəlilova Oyunların gümüş medalını əldə edib.
57 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan idmançısı İslam Qasımov mübarizəyə dörddəbir final mərhələsindən başlayıb. Həmin mərhələdə soydaşımız asan qələbə qazanıb. O, Rumıniya təmsilçisi Orlando Qruianı 9:0 hesabı ilə məğlub edib. Yarımfinal görüşündə gürcüstanlı Vaxtanqi Çidraşviliyə 3:1 hesabı ilə qalib gəlib. Avropa və dünya çempionu İslam Qasımov finalda rusiyalı Aymergen Atkunova məğlub olaraq birinci Avropa Oyunlarının gümüş mükafatı ilə kifayətlənib.
Yarışda 74 kiloqram çəki dərəcəsində çıxış edən Amil Qasımov ilk görüşdə gürcüstanlı Kaxa Mamulaşvilini 10:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə o, bolqarıstanlı Martin İvanovdan 4:3 hesabı ilə üstün olub. Finalda Belarus idmançısı Stepan Papova uduzan Amil Qasımov yarışı ikinci pillədə başa vurub.
Yüz kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizi təmsil edən Vasif Səfərbəyov də yarışa uğurla başlayıb. O, dörddəbir final mərhələsində makedoniyalı Bayro Maşoviç üzərində 8:0 hesabı ilə qələbə qazanıb. İdmançımız yarımfinalda ukraynalı Razmik Tonoyana qalib gələrək həlledici mərhələyə yüksəlib. Samboçumuz finalda rusiyalı rəqibi Artyom Osipenkodan üstün ola bilməyib və “Bakı-2015”i ikinci yerdə başa vurub.
Qaliblərə mükafatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50

