Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ağ Şəhər bulvarının açılışında iştirak edib
02.06.2015 [16:08]
İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva Bakı Ağ Şəhər bulvarının açılışında iştirak ediblər.
Yeni “Ağ Şəhər bulvarı” layihəsi çərçivəsində işlər yüksək səviyyədə həyata keçirilib. Bu bulvar əvvəllər paytaxtın “Qara şəhər” kimi tanınan və bir çox sənaye müəssisələrinin yerləşdiyi ərazisində Prezident İlham Əliyevin tapşırığı ilə ən müasir standartlara uyğun şəkildə salınıb.
Prezident İlham Əliyev bulvarın rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısının Sərəncamı ilə inşa olunan Bakı Ağ Şəhər bulvarının uzunluğu 2,7 kilometr, sahəsi 33 hektardır. Burada gələcəkdə Uşaq kinoteatrının inşası da nəzərdə tutulub. Yeni bulvarda basketbol, voleybol və iki futbol meydançası, ümumilikdə dörd yeni meydança inşa edilib. Bundan başqa, açıq havada yaradılan trenajor sahəsi də istirahətə gələnlərin ixtiyarına veriləcək.
Prezident İlham Əliyev təməli qoyulduğu ilk gündən başlayaraq Ağ Şəhər bulvarında həyata keçirilən inşaat işlərinin gedişi ilə mütəmadi maraqlanıb, layihənin yüksək keyfiyyətlə icra olunmasına şəxsən nəzarət edib.
Burada istirahət edən sakinləri salamlayan Prezident İlham Əliyev deyib:
- Necəsiniz? Necə istirahət edirsiniz?
Sakinlər: Çox sağ olun. “Son zəng”lə bağlı istirahət edirik.
Prezident İlham Əliyev: Çox yaxşı. Burada yeni yol açılıb, köhnə bulvar Ağ Şəhər bulvarı ilə birləşib.
Sakinlər: Bəli, çox sağ olun.
Azərbaycan Prezidenti və xanımı sakinlərlə xatirə şəkli çəkdiriblər.
Yeni bulvarın inşası ekologiyası bərpa edilən sənaye zonasında həyata keçirilən və dünyanın ən iri müasir layihələrindən biri olacaq “Bakı Ağ Şəhər” layihəsini tamamlayır. Bundan başqa, bu layihənin reallaşması paytaxtımızın simasını daha da gözəlləşdirir. Bu bulvardakı “Bulvar Hotel”dən Bayıl bulvarındakı Bakı Su İdmanı Sarayının qarşısınadək xüsusi qatarlar da hərəkət edəcək. Qatarların bulvar boyu bir neçə yerdə dayanacağı olacaq.
Ağ Şəhər bulvarında infrastruktur ən müasir tələblər səviyyəsində yaradılıb. Bu nəhəng istirahət guşəsi sürətlə böyüyən və inkişaf edən Bakının görməli və gəzməli yerlərinə yeni bir ünvan da artırdı.
Bakı Ağ Şəhər bulvarı Ağ Şəhərdən Xəzərə açılan mənzərəni xüsusi bir yaraşıqla daha da cazibədar edir. Belə müasir istirahət məkanının dünyanın diqqət mərkəzində olan birinci Avropa Oyunları ərəfəsində istifadəyə verilməsi şəhərimizə gələn turistlərin istirahətini yüksək səviyyədə təmin etmək üçün şərait yaradır. Bu layihə bir daha onu göstərir ki, Bakının inkişafı ilə bağlı qarşıya qoyulan bütün məqsədlərə vaxtında və keyfiyyətlə nail olunur.
Xəbər lenti
Hamısına baxElm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46

