Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

02.04.2026 [12:05]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Cevdet Yılmaz Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Cevdet Yılmaz Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu deyərək, məhz bunun Şuşa Bəyannaməsinin əsas prinsiplərindən biri olduğunu vurğuladı.

Prezident İlham Əliyev də öz növbəsində ölkəmizin hər zaman Türkiyənin yanında olduğunu dedi.

Görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı, müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin münasibətlərimizin daha da genişlənməsi işinə töhfə verdiyi bildirildi.

Söhbət zamanı Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün keçirilməsinin əhəmiyyətinə toxunuldu, bu tədbirin təşkilat çərçivəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı vurğulandı.

Cevdet Yılmaz bu toplantıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinin iştirakını da məmnunluqla qeyd edərək, buna görə Azərbaycan tərəfinə təşəkkürünü bildirdi.

Ötən il Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün yüksək səviyyədə keçirildiyini və həmin tədbirdə yaxşı nəticələrin əldə edildiyini deyən qonaq Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyinin uğurlu olduğunu vurğuladı.

Görüş zamanı, həmçinin Azərbaycanla Türkiyə arasında ikitərəfli əməkdaşlığın perspektivləri, regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

Paylaş:
Baxılıb: 784 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30