Təhlükəsiz, rahat və etibarlı...
02.04.2026 [08:19]
Qanunsuz daşınmaların qarşısı alınacaq, sərnişindaşımada xidmətin keyfiyyəti artırılacaq
Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə” 3 mart 2026-cı il tarixli qanunun tətbiq barədə sərəncam imzalayıb. Sənədə əsasən, Nazirlər Kabineti qanunun 15.5-ci maddəsinə uyğun olaraq, qeyri-müntəzəm sərnişin daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinə dair tələblərin müəyyənləşdirilməsi məqsədilə 3 ay müddətində “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də müvafiq dəyişiklik edilməlidir.
Yenilənmiş qanuna əsasən, ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi almaq istəyənlər aşağıdakı sənədləri də təqdim etməli olacaqlar:
* Sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatı;
* Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və tibb məntəqəsi ilə müqavilələri;
* Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirən sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;
* Qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;
* Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təsdiq edən müvafiq icbari sığortası;
Avtobusla səfər edən vətəndaşlar da sığorta olunacaq
Bundan başqa, ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib. Belə ki, “Avtomobil nəqliyyatı haqqında” qanuna edilən dəyişikliklərə əsasən, ölkədaxili sifarişli daşımaların növü olan qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə, eləcə də müntəzəm beynəlxalq və şəhərlərarası (rayonlararası) sərnişin daşımalarına münasibətdə icazənin alınması üçün icbari sığorta mexanizmi tətbiq ediləcək. Yəni bu o deməkdir ki, avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlər də özlərini fərdi qəza sığortası ilə sığortalayacaqlar. Bundan başqa, qeyri-müntəzəm sərnişin daşımalarını həyata keçirən şəxslər, yəni sürücülər bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunacaqlar. Yuxarıda adları çəkilən təsdiqedici sənədləri olmayan şəxslərin və daşıyıcı şirkətlərin müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarında istifadə hüququnun qarşısı alınacaq.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov dəyişiklikləri şərh edərkən bildirib ki, nəqliyyat sahəsindəki son dəyişikliklərin taksi fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Dəyişikliklər “Avtomobil nəqliyyatı haqqında” qanuna edilib və ölkədaxili avtomobil nəqliyyatını, xüsusilə də sifarişli daşımalar (qeyri-müntəzəm) sahəsini əhatə edir. Əsas yenilik isə icazə üçün təqdim olunan sənədlərin dairəsinin genişləndirilməsi və tələblərin sərtləşdirilməsidir. “Yeni qaydalara əsasən, sifarişli daşımalar həyata keçirən avtobus və yük avtomobili sürücüləri xüsusi hazırlıq keçməlidirlər. Bu hazırlıq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən təşkil olunur və sürücülər müvafiq sənəd əldə etməlidir. İcazə almaq üçün bütün sənədlər AYNA-nın portalına təqdim olunmalıdır”.
Ekspert əlavə edib ki, avtobuslarla sərnişindaşıma zamanı fərdi qəza sığortası tələbi yeni deyil, sadəcə bu sənəd də icazə üçün təqdim edilməli olan aktlara əlavə olunub. Sərnişinlərin fərdi qəza sığortası məcburidir və sənəd AYNA-ya təqdim olunacaq.
Göründüyü kimi, yeni qaydalar ölkə üzrə qanunsuz daşınmaların qarşısını almağa yönəlib və bu sahədə nəzarətin gücləndirilməsini nəzərdə tutur və qanunvericilikdə nəzərdə tutulan bu dəyişikliklərin daşınma qiymətlərinə təsir etməyəcək. Burada əsas məqsəd sərnişindaşımada xidmət keyfiyyətinin artırılması və təhlükəsizliyin təmin olunmasıdır. Çünki bir sıra hallarda yol-nəqliyyat hadisələri zamanı daşıyıcı şirkətin və ya sürücünün sığortasının olmadığı, nəqliyyat vasitəsinin isə ümumiyyətlə daşınma üçün yararsız olduğu ortaya çıxır ki, bu da həmin sahədə nəzarətin yetərli olmamasından xəbər verir. Bu baxımdan, yeni dəyişikliklər sərnişindaşıma fəaliyyətində nəzarətin gücləndirilməsini təmin etməklə, bu sahədə təhlükəsizliyi möhkəmləndirəcək.
Daşıyıcı şirkətlər və şəxslər elektron reyestrdə qeydə alınacaq
Yeni qaydalarla yanaşı, daşıyıcı şirkət və fiziki şəxslər Nazirlər Kabinetinin “Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın tələblərinə də riayət etməlidirlər. Həmin qərara əsasən, Bakı, Sumqayıt və Gəncə şəhərlərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsinin tələbləri müəyyən edilib. Tələblərə əsasən, daşıyıcı şirkətlər və şəxslər aiddiyatı dövlət orqanında qeydə alınmalı, sərnişin avtonəqliyyat vasitəsi haqqında məlumatları (nəqliyyat vasitəsinin markası və modeli, dövlət qeydiyyat nömrəsi, buraxılış kartının qeydiyyat nömrəsi, qeydiyyata alındığı dövlət, habelə icazə verilmiş oturacaq yerlərinin sayı), sərnişinlərin daşınması marşrutunun sxemi, sərnişinlərin siyahısı və digər zəruri informasiyaları həmin reyestr bazasında yerləşdirməlidir. Qeyri-müntəzəm sərnişin daşınmaları üçün formulyar “AYNA” informasiya sistemində elektron qaydada doldurulduqdan sonra daşıyıcının və ya sifarişçinin gücləndirilmiş elektron imzası ilə imzalanmalıdır.
Eyni zamanda, şəhərlərarası sərnişin daşımalarda vahid dispetçer mərkəzinin yaradılması, habelə vahid elektron bilet satış sisteminin qurulması və digər yerüstü nəqliyyat növləri üzrə bilet satışı sistemləri ilə inteqrasiya da diqqət mərkəzində saxlanılacaq.
Beləliklə, yeni qaydaların tətbiqi nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsinə, texniki baxımdan köhnə olan daşıyıcı nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasına və daha müasir nəqliyyat vasitələrinin cəlb edilməsinə imkan verəcək. Bu isə sərnişindaşımada və ictimai nəqliyyat sektorunda təhülkəsizlik, rahatlıq və etibarlılıq baxımından mühüm əhəmiyyət kəsb edəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17

