Sülh: tarixi ədalətin bərpası, milli inkişaf strategiyasının əsas dayağı...
09.12.2025 [12:07]
Donald Tramp Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk gündən etibarən mürəkkəb bir geosiyasi reallıqla üz-üzə qaldı. Ermənistanın təcavüzkar siyasəti nəticəsində ölkəmiz uzun illər davam edən müharibəyə cəlb olundu, torpaqlarımız işğal edildi, 1 milyondan artıq vətəndaşımız doğma yurd-yuvasından didərgin düşdü. Azərbaycan nə az nə çox - düz 30 il sülh və ədalət uğrunda mübarizə aparmalı oldu. Məhz bu səbəbdən, sülh Azərbaycan üçün sadəcə diplomatik məqsəd deyil, strateji və tarixi zərurətdir. Üç onillik ərzində Azərbaycan beynəlxalq təşkilatlara, regional strukturlara, qlobal güc mərkəzlərinə müraciət edərək ədalətli sülhün təmin edilməsi üçün bütün hüquqi və diplomatik vasitələri işə saldı - lakin beynəlxalq mexanizmlərin fəaliyyətsizliyi, ikili standartlar və siyasi maraqlar səbəbindən münaqişə uzun müddət ədalətli həllini tapa bilmədi. Nəhayət, 2020-ci ildə Azərbaycan öz gücü, siyasi iradəsi və hərbi imkanları hesabına həm ədaləti, həm də sülhü bərpa etdi. Bu qələbə sadəcə ərazi bütövlüyümüzün təmin olunması deyil, həm də regionda tam yeni bir təhlükəsizlik arxitekturasının yaradılması demək idi. Bu gün Azərbaycan sülhün əsas təminatçısı kimi çıxış edir, bölgədə əməkdaşlıq platformalarını təşviq edir və qlobal sülhün möhkəmləndirilməsi prosesində aktiv rol oynayır.
ABŞ Prezidenti minnətdarlıq edib...
Həm də bu səbəbdəndir ki, Azərbaycan bütün dünyada sülh təşəbbüslərinə dəstək verir və beynəlxalq sabitliyə töhfə verən liderlərin fəaliyyətini yüksək qiymətləndirir. ABŞ Prezidenti Donald Trampın fəaliyyəti bu mənada təqdirəlayiqdir - son 1 il ərzində müxtəlif regionlarda, o cümlədən Yaxın Şərqdə və Avrasiya məkanında, Afrikada və başqa regionlarda Trampın sülhü təşviq edən real addımları diqqət çəkir. Onun bir ildən az müddətdə 8 müxtəlif münaqişənin dayandırılmasına vasitəçi olması Vaşinqtonun qlobal sülh təşəbbüslərinə yeni dinamika gətirib. Azərbaycanın Trampı Nobel Sülh Mükafatına namizəd kimi göstərməsi məhz bu obyektiv dəyərləndirmədən irəli gəlir. Dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Tramp məktubunda bildirib ki, “Nobel Sülh Mükafatına namizədliyimi irəli sürmək üçün Sizin və Baş nazir Paşinyanın birgə məktubunuza görə təşəkkür edirəm. Bizi vacib missiyamızı davam etdirməyə ruhlandıran bu yüksək qiymətə görə dərin minnətdarlığımı bildirirəm. Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, dünyada münaqişələrə son qoymağa, bütün insanlar üçün sülh və rifahın təmin edilməsinə sadiq qalıram. Sizin davamlı tərəfdaşlığınızla qeyri-mümkün nə varsa, ona nail olacağıq. Davamlı dəstəyinizə görə Sizə bir daha təşəkkür edirəm”.
Trampın sülh missiyası...
Vurğulandığı kimi, Donald Trampın son bir ildə həyata keçirdiyi diplomatik təşəbbüslər beynəlxalq münasibətlər sisteminə yeni nəfəs gətirdi. Xüsusilə Yaxın Şərqdə, Afrikada, Asiyada uzun illər davam edən qarşıdurmaların yumşaldılması, region ölkələri arasında etimad mühitinin formalaşdırılması və təhlükəsizlik dialoqunun bərpa edilməsi Tramp administrasiyasının əsas nailiyyətləri sırasındadır. Trampın diplomatik xəttinin əsas xüsusiyyətlərindən biri proseslərin uzadılmasına deyil, konkret nəticələrə hesablanmasıdır. Bir il ərzində 8 müxtəlif münaqişənin dayandırılmasına vasitəçilik etmək onun sülhə yönəlik praqmatik yanaşmasını təsdiqləyir.
Bu ilin avqustunda Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma, sülh sazişinin paraflanması da bölgədə yeni geosiyasi reallıq yaratdı. Bu razılaşmanın əldə olunması prosesində ABŞ-ın, xüsusilə də Donald Trampın iştirakı və dəstəyi mühüm rol oynadı. Vaşinqtonun tərəflərə təzyiq göstərmədən, lakin dialoqu təşviq edərək sülh prosesinə töhfə verməsi bu nailiyyətin əsas elementlərindən biri sayılır. Beləliklə, Trampın həyata keçirdiyi siyasət həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda sabitlik üfüqlərini genişləndirib. Onun sülh təşəbbüsləri qlobal miqyasda sülhə dəstək verən liderlərin fəaliyyətinə yeni nümunə kimi qiymətləndirilir.
Sülhpərvər mövqeyə verilən dəyərli qiymət...
Donald Tramp müxtəlif çıxışlarında və diplomatik mövqelərində Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini yüksək dəyərləndirdiyini dəfələrlə bildirib. Bu qiymət yalnız ikitərəfli münasibətlər kontekstində deyil, həm də qlobal səviyyədə Azərbaycanın sülh, təhlükəsizlik və sabitlik istiqamətində həyata keçirdiyi siyasətin tanınmasının göstəricisidir.
İlham Əliyevin liderliyi ilə Azərbaycan regionda ədalətli, davamlı və qarşılıqlı hörmətə əsaslanan sülh modelini formalaşdırıb. Tramp bu siyasətin real nəticələr verdiyini açıq şəkildə vurğulayıb. Donald Trampın prezident seçilməsi Azərbaycan - ABŞ münasibətlərinə də yeni dinamika gətirib. Ötən dövr ərzində iki prezident arasında 7 dəfə qarşılıqlı məktub yazışması, bir neçə görüş olub. Bu ilin avqustunda Donald Tramp Prezident İlham Əliyevə hədiyyə göndərib.
Münasibətlərin bu cür yüksək tonda inkişafının ən mühüm məqamlarından biri Prezident İlham Əliyevin sülhpərvər mövqeyinin ABŞ tərəfindən xüsusi olaraq qeyd edilməsidir. Prezident Əliyevin münaqişələrdə dialoqa əsaslanan həll mexanizmlərini dəstəkləməsi Tramp tərəfindən daim yüksək dəyərləndirilib. Beləliklə, iki lider arasında münasibətlər həm də iki ölkənin strateji baxışlarının üst-üstə düşməsi fonunda formalaşmış siyasi reallıqdır. Azərbaycanın regional liderlik mövqeyi və sülhə verdiyi töhfələr ABŞ tərəfindən obyektiv şəkildə dəyərləndirilir.
Azərbaycan üçün sülh həm tarixi ədalətin bərpası, həm də milli inkişaf strategiyasının əsas dayağıdır. Nəticə etibarilə, Trampın sülh təşəbbüsləri ilə Azərbaycanın qlobal prioritetləri üst-üstə düşür və bu uyğunluq iki ölkə arasında münasibətləri daha da gücləndirir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03

