Azərbaycan-ABŞ əlaqələri keyfiyyətcə yeni mərhələdə
28.08.2025 [10:59]
Nazirlər Kabinetinin xüsusi iclası keçirilib
Avqustun 26-da Nazirlər Kabinetində Prezident İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclası keçirilib. İclasda çıxış edən Baş nazir Əli Əsədov Azərbaycan Prezidentinin bütün dünyanın diqqət mərkəzində olan triumfal Vaşinqton səfərinin ölkəmizin beynəlxalq siyasi arenada nüfuzunu və mövqeyini daha da gücləndirməklə yanaşı, regionda uzunmüddətli sülhün təmin olunması istiqamətində yeni perspektivlər açdığını bildirib. Baş nazir səfərin bir tərəfdən Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, digər tərəfdən isə Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhün təmin edilməsi istiqamətində mühüm addımların atılması ilə əlamətdar olduğunu diqqətə çatdırıb.
Dünya tarixi bir dövrün başlanğıcına şahidlik edir...
Baş nazir bildirib ki, bu gün dünya Cənubi Qafqazda təhlükəsizlik, sabitlik, davamlı sülh və əməkdaşlıq baxımından tarixi bir dövrün başlanğıcına şahidlik edir: “Xüsusilə yeni dəhlizin açılması üzrə razılaşma Naxçıvan Muxtar Respublikasının blokadadan çıxmasını təmin etməklə və onun sosial-iqtisadi inkişafına xüsusi təkan verməklə yanaşı, eyni zamanda, regional nəqliyyat və iqtisadi inteqrasiyanın əsasını qoyur”.
O əlavə edib ki, Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycanın irəli sürdüyü və uzun illər ərzində təşviq etdiyi sülhün beynəlxalq səviyyədə geniş dəstək qazandığını və rəsmən qəbul olunduğunu nümayiş etdirir.
Ə.Əsədov bəyan edib ki, Vaşinqtonda imzalanmış sənəd açıq şəkildə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və etibarlı əlaqənin təmin olunmasının vacibliyini vurğulayır.
ATƏT-in Minsk qrupu sentyabrın 1-də...
İclasda çıxış edən xarici işlər naziri Ceyhun Bayramov qeyd edib ki, Ermənistan cari ilin yanvarın sonunadək, Donald Tramp administrasiyası fəaliyyətə başlayanadək, keçmiş administrasiya sülh sazişinin müəyyən müddəaları ilə bağlı öhdəliklərə razılıq vermirdi: “Bunlar sərhəddə hansısa üçüncü tərəf qüvvələrinin yerləşdirilməməsi və məhkəmə iddialarının geri çəkilməsi ilə bağlı öhdəliklər idi. Ancaq Ermənistan sonradan mövqeyini dəyişdi”.
O vurğulayıb ki, Prezident İlham Əliyevin Vaşinqtona səfəri Azərbaycan və ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə təkan verdi: “Səfər çərçivəsində əldə olunmuş razılaşmalar Prezident İlham Əliyevin diplomatiyasının qələbəsinin növbəti bariz nümunəsidir. Vaşinqton səfəri Azərbaycan və ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir”.
XİN başçısı 907-ci düzəlişin ləğvini də Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcının göstəricisi adlandırıb. Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin daha da güclənməsi üçün bu istiqamətdə ABŞ Konqresi ilə müvafiq iş aparılacaq. “Ümidvarıq ki, Prezident Trampın komandası 907-ci düzəlişin tam ləğvi üçün ABŞ Konqresilə müvafiq iş aparacaq”.
C.Bayramov deyib ki, Azərbaycan heç vaxt milli maraqlara zidd olan aralıq həll variantlarını qəbul etməyib. Ölkəmiz sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməsini, ərazi iddialarının aradan qaldırılmasını gözləyir. ATƏT-in Minsk qrupunun və əlavə strukturlarının bağlanması ilə bağlı təşkilatın fəaliyyətdə olan sədrinə birgə müraciət əsasında irəli sürülmüş ATƏT Nazirlər Şurasının qərar layihəsi artıq iştirakçı dövlətləri arasında yayılıb”. XİN rəhbəri deyib ki, iştirakçı dövlətlər qərarın qəbulu üçün lazımi prosedurları dəstəkləməyə çağırılıb: “Qərarın sentyabrın 1-də qəbulu gözlənilir”.
Nazir, həmçinin bildirib ki, Vaşinqtonda imzalanan Birgə Bəyannamədə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla maneəsiz əlaqəsi xüsusilə vurğulanıb.
Sıx inteqrasiya yaranacaq
Baş nazirin müavini Şahin Mustafayev çıxışında Zəngəzurdan keçəcək yolun Naxçıvanın Azərbaycanın digər bölgələri ilə daha sıx inteqrasiyasına xidmət edəcəyini deyib. O bildirib ki, razılaşmaların əhəmiyyətli hissələrindən biri də Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə maneəsiz hərəkətinin təmin edilməsinin nəzərdə tutulmasıdır: “Bu razılaşma Naxçıvanın Azərbaycanın digər bölgələri ilə daha sıx inteqrasiyasına xidmət edəcək. Avropa və Asiya arasında mühüm nəqliyyat vasitəsi olan Zəngəzurdan keçən yol iqtisadi əlaqələrin genişlənməsinə imkan verəcək”.
İkitərəfli münasibətlər strateji mövqeyə yüksəlib
ABŞ Prezidenti Donald Trampın ölkə başçımızı qarşılaması və ona qarşı səmimi münasibəti İlham Əliyevin böyük siyasi lider kimi qəbul etməsinin nəticəsidir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib. “Trampın Azərbaycan xalqını qüdrətli xalq adlandırması, simvolik olaraq Ağ Evin açarını təqdim etməsi ikitərəfli münasibətlərin strateji mövqeyə yüksəldiyindən xəbər verir. Azərbaycan torpaqlarının sülh yolu geri qayıtmasına 30 il cəhd edib. ATƏT-in Minsk qrupu ilə aparılan danışıqlıqlar bir nəticə verməyib. Prezidentin uzaqgörən siyasəti nəticəsində dövlətimizin siyasi və iqtisadi qüdrəti güclənib. Nəhayət, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz işğal altında olan torpaqlarımızı azad elədi”, - deyə nazir vurğulayıb.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46
