Müstəqil Azərbaycanın ən böyük maliyyə sənədi
28.12.2024 [09:59]
2025-ci ilin büdcə zərfi bütün hədəflər üçün əsaslı təminat yaradır
Prezident İlham Əliyev “2025-ci il dövlət büdcəsi haqqında” qanunu təsdiq edib. Sənədə əsasən, gələn il büdcənin gəlirləri 38 milyard 356 milyon manat müəyyən edilməklə 2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 faiz çoxdur. Büdcə xərclərinin məbləği isə 41 milyard 407,6 milyon manat olmaqla cari ilin mövcud xərclərindən 4,2 faiz çox nəzərdə tutulub. Dövlət büdcəsinin kəsiri 3 milyard 51 milyon manat təşkil etməklə ümumi daxili məhsulun (ÜDM) 2,4 faizinə bərabərdir. Nəticədə növbəti ilin büdcə kəsirinin həcmi illik müqayisədə 9 faiz azalmış olacaq.
“Açıq Büdcə Sorğusu”nun metodologiyası, şəffaflıq prinsipləri...
2025-ci ilin dövlət büdcəsi layihəsi dövlət maliyyəsinin idarə olunması sahəsində bir sıra fiskal alətlər, həmçinin “Açıq Büdcə Sorğusu”nun metodologiyasına uyğun olaraq, ictimaiyyətə açıqlıq metodologiyası və şəffaflıq prinsiplərinin təmin olunması məqsədi ilə hazırlanıb. Yeni ilin büdcə layihəsi müstəqil Azərbaycan Respublikasının tarixində ən böyük büdcə zərfi deməkdir. Büdcə gəlirlərinin 18 milyard 773 milyon manatı neft-qaz sektorunun, 19 milyard 543 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşəcək. Qeyri-neft gəlirləri büdcədə 51 faizə yaxın olmaqla, xüsusi üstünlük təşkil edəcək.
Dövlət büdcəsinin xərcləri nominal və fun?sional baxımdan ən böyük xərc toplusu hesab oluna bilər. Belə ki, xərclərin məbləği 2024-cü ilin təsdiq edilmiş ilk büdcəsinə nisbətən 4 milyard 605 milyon manat və yaxud 12,5 faiz, yenidən baxılmış büdcəyə nisbətən isə 1 milyard 625 milyon manat və yaxud 4,1 faiz çoxdur. Bu isə büdcənin yığım potensialı nəzərə alınmaqla böyük bir maliyyə təminatının yaradılması deməkdir.
Müdafiə xərcləri 8,4 milyard, azad ərazilər üzrə xərclər 4 milyard manat
2025-ci ildə dövlət büdcəsinin xərc prioriteti kimi ilk yeri müdafiə və təhlükəsizlik istiqaməti tutur. Həmin xərclərin məbləği 8 milyard 396,3 milyon manat olmaqla cəmi xərclərin 19 faizini təşkil edəcək.
Büdcə xərclərində ikinci başlıca istiqamət isə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsidir. Bu xərc siyasətinə əsasən, azad ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədilə 4 milyard manat vəsait nəzərdə tutulub.
Yeri gəlmişkən, gələn il büdcədən keçmiş məcburi köçkünlərin sosial müdafiəsi üçün 311 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu vəsaitin 280 milyon manatı köçkünlərin və yaxud onlara bərabər tutulan şəxslərin aylıq müavinətlərinə, 31 milyon manatı isə kommunal xidmətlərə yönəldiləcək.
Sosialyönümlü xərclərin maliyyə tutumu 20 milyard manata yaxındır
2025-ci ilin büdcə zərfi Azərbaycan dövlətinin sosial iradəsini əks etdirməklə sosialyönümlü prioritetlərə əsaslanır. Büdcədə sosial xərclərin məbləği 41 faiz təşkil edəcək ki, bu da vətəndaşların sosial rifahının və təminatının yaxşılaşdırılması üçün mühüm maliyyə bazası deməkdir. Bu, eyni zamanda, birbaşa sosial xərclərin maliyyə tutumunun 20 milyard manata yaxın olmaqla əhatəli sosial qərarların qəbul edilməsini gerçəkləşdirəcək. Təkcə sosial müdafiə və sosial təminat xərcləri 4,8 milyard manat təşkil edir. Bundan başqa, Dövlət Sosial Müdafiə Fondunun büdcə gəlirləri 7,8 milyard manat olmaqla, növbəti ildə sosial xərcləri qarşılamaq üçün əhəmiyyyətli maliyyə mənbəyi formalaşacaq. Yəni, 13 milyard manata yaxın sosial təminat xərcləri hesabına pensiya və münavinətlər, minimum əməkhaqları, təqaüdlərin artımı təmin ediləcək.
Bundan başqa, digər sosial xərc maddələrini də nəzərə aldıqda, böyük həcmdə sosial büdcə formalaşmaqla 2025-ci ildə növbəti sosial islahat paketinin icrası mümkün olacaq. Bu isə digər sosial normativlərin, o cümlədən ünvanlı sosial yardımın, yaşa, əlilliyə, ailə başçısının itirməyə və digər kateqoriyalar üzrə sosial müavinətlərin, eləcə də müharibə əlillərinə, ümumi səbəbdən əlilliyi olan şəxslərə, müharibə veteranlarına, şəhid ailələrinə və s. sosial qruplara ödənilən Prezident təqaüdlərinin artımı üçün də maliyyə təminatı yaratmış olacaq.
Funksional təsnifat üzrə xərclərin bölgüsü
Onu da qeyd edək ki, dövlət başçısının büdcə ilə bağlı imzaladığı fərmanda büdcə qanunun tətbiqindən irəli gələn bir sıra məsələlərin həlli də yer alıb. Belə ki, funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində ayrılan vəsaitin məbləği inzibati təsnifata uyğun olaraq dövlət büdcəsindən maliyyələşdirilən, maliyyə yardımı alan təşkilatlar və bu istiqamətdə müvafiq tədbirlərin istiqamətləri müəyyənləşib. Bu o deməkdir ki, funksional təsnifat üzrə 2025-ci ildə iqtisadi fəaliyyət xərclərinə 8,4 milyard manat, ümumi dövlət xidmətləri üzrə xərclərinə 5,2 milyard manat, təhsil sektoruna 4,9 milyard manat, səhiyyəyə təxminən 2 milyard manat ayrılacaq. Kənd təsərrüfatı üzrə funksional bölməyə 1,2 milyard manat vəsaitin yönəldilməsi nəzərdə tutulub.
Funksional təsnifata uyğun olaraq, investisiya layihələrinə 1 milyard 100 milyon manat, Naxçıvan Muxtar Respublikasına 150 milyon manat vəsait ayrılacaq. “Yaşıl enerji” hədəflərinə uyğun olaraq, gələn il bu tipli layihələrə ayrılan büdcə xərclərinin həcmi isə cari illə nisbətdə 16 faiz artacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

