/ / Prezident İlham Əliyev Müşfiqabad qəsəbəsində əsaslı təmir edilmiş 67 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub
Prezident İlham Əliyev Müşfiqabad qəsəbəsində əsaslı təmir edilmiş 67 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub
28.12.2012 [02:08]
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Müşfiqabad qəsəbəsində əsaslı təmir edilmiş 67 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verib ki, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin balansında olan ikimərtəbəli bina 1987-ci ildə inşa olunub. Ötən 25 il ərzində burada əsaslı təmir və yenidənqurma işləri görülməyib. Azərbaycan Prezidentinin tapşırığına əsasən, binanın əsaslı təmirinə ötən ilin iyunundan başlanılıb.
Binanın təmirdən əvvəlki görüntülərini əks etdirən fotostendə baxan Prezident İlham Əliyevə məlumat verilib ki, bina tam yararsız vəziyyətə düşmüşdü. Uşaq bağçasının yeni binası indi yüksək standartlara cavab verir.
Məktəbəqədər təhsil müəssisəsində yaradılan şəraitlə tanış olan Azərbaycan Prezidentinin və xanımının diqqətinə çatdırılıb ki, binanın foyesində dövlət rəmzləri əks olunub. Burada Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə yaradılıb.
Bildirilib ki, 112 yerlik bu müəssisədə 40 müəllim və tərbiyəçi 7 qrupda 2-6 yaş arası uşaqların təlim-tərbiyəsi ilə məşğul olacaq. Balacaların zövqünə uyğun qurulan bağçada ayrıca musiqi və oyun zalları fəaliyyət göstərir. Musiqi zalında müasir texniki qurğular, oyuncaqlarla yanaşı, Heydər Əliyev Fondunun hədiyyəsi olan 3D formatlı kinozal da qurulub. İşıqlı və geniş sahəsi olan yeməkxanada uşaqlar gün ərzində dörd dəfə yeməklə təmin olunacaqlar. Mətbəx avadanlığı da Heydər Əliyev Fondu tərəfindən bağçaya hədiyyə olunub.
Diqqətə çatdırılıb ki, burada körpələrin və uşaqların sağlıq durumları da daim nəzarətdə saxlanılacaq. Bu məqsədlə binada ayrıca həkim otağı fəaliyyət göstərir. Körpələr üçün 15, uşaqlar üçün isə 20 nəfərlik qrup otaqları da yüksək səviyyədə təşkil olunub. Otaqlarda rahat çarpayılar, əlvan rəngli masa və oturacaqlar, balacaların inkişafına və əylənməsinə kömək edən müxtəlif oyuncaqlar, kitablar var. Divarlarda balacaların sevimlisi olan nağıl qəhrəmanlarının şəkilləri asılıb.
Məlumat verilib ki, mərkəzləşdirilmiş istilik sisteminin yaradıldığı bina daimi isti və soyuq su ilə təmin olunacaq. Bütün otaqlarda video-kameralar vasitəsilə müşahidələr aparılacaq. İkinci mərtəbədəki dərs otağı rus, ingilis və digər xarici dillərin tədrisi üçün nəzərdə tutulub. Burada uşaqlar həm də məktəbə hazırlıq prosesini keçəcəklər. Tədris otağı da bütün lazımi avadanlıqla təchiz olunub.
Müəssisənin ərazisinə baxan dövlətimizin başçısına məlumat verilib ki, bura tam abadlaşdırılıb, yeni yaşıllıq zolağı salınıb. Həyət yaşıllaşdırılıb, uşaqlara yol hərəkəti qaydalarını öyrətmək məqsədilə xüsusi meydança salınıb. Ərazidə ayrıca oyun və istirahət guşələri yaradılıb.
Uşaq bağçasında yaradılan şəraitdən razılığını bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxSosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50

