/ / Prezident İlham Əliyev Balaxanıda bərk məişət tullantılarının çeşidlənməsi zavodunun açılışında iştirak edib
Prezident İlham Əliyev Balaxanıda bərk məişət tullantılarının çeşidlənməsi zavodunun açılışında iştirak edib
20.12.2012 [01:17]
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balaxanıda bərk məişət tullantılarının çeşidlənməsi zavodunun açılışında iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə zavodun idarəetmə otağında müəssisənin iş mexanizmi ilə tanış olub.
İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verib ki, məişət tullantılarının çeşidlənməsi və təkrar istehsalı biznesinin inkişaf etdirilməsi məqsədilə tikilən zavod ölkəmizdə bu sahədə ilk pilot layihədir. Müasir avadanlıq əsasında qurulan zavodun illik istehsal gücü 200 min tondur. Yeni müəssisənin səmərəli fəaliyyəti təbii sərvətlərə və enerjiyə qənaət etməyə, ətraf mühitə mənfi təsirlərin azaldılmasına imkan verir.
Bildirilib ki, müəssisədə çeşidləmənin aparılması nəticəsində təkrar emala yararlı materiallar ayrılacaq, tullantıların ümumi həcmi azalacaq, bu da ucuz xammal bazarının formalaşmasına, ölkədə təkrar emal sahəsinin genişlənməsinə imkan yaradacaq.
Dövlətimizin başçısına tullantıların idarə edilməsi sahəsində görülən işlər barədə də məlumat verilib. Bildirilib ki, 2009-cu ilin sonlarında Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinə təhvil verildikdən sonra ərazidə yanma və tüstülənmənin qarşısı qısa vaxtda alınıb, tullantıların torpaqla örtülməsi və hamarlama işləri aparılıb, zəruri infrastruktur yaradılıb. Görülən işlər nəticəsində tullantıların ətraf mühitə təsiri əhəmiyyətli dərəcədə azalıb. Aparılan monitorinqlərin nəticələri suda və torpağın səthində ağır metalların, havada kimyəvi birləşmələrin miqdarının azaldığını göstərir. Dörd il ərzində görülən və görülməsi nəzərdə tutulan işlərin məqsədi Balaxanı poliqonunu beynəlxalq standartlara uyğun, sanitariya və gigiyena normalarına tam cavab verən poliqona çevirməkdir.
Diqqətə çatdırılıb ki, 2012-ci ilin əvvəlində Balaxanı poliqonu ərazisinə daxil olan tullantıdaşıyan maşınların təmizlənməsi və dezinfeksiyası məqsədilə gün ərzində 400-dən çox maşına xidmət göstərən 4 kabinədən ibarət yuma və dezinfeksiya məntəqəsi istifadəyə verilib.
Qeyd edilib ki, Bakı və ətraf qəsəbələrdə yaranan bərk məişət tullantılarının qeyri-rəsmi tullantı sahələrinə atılmasının qarşısının alınması məqsədilə Xəzər, Qaradağ və Suraxanı rayonlarında yükləmə-boşaltma məntəqələrinin qurulması nəzərdə tutulur. Bu məntəqələrdən nəql ediləcək tullantı kütləsi çeşidlənəcək və təkrar emala yararlı materiallar ümumi kütlədən ayrılaraq emal müəssisələrinə, digər tullantılar isə sıxılaraq iri həcmli konteyner maşınları ilə bu zavoda daşınacaq. Bu da nəqliyyat xərclərinə, yanacağa qənaət edilməsinə, ətraf mühitə atılan zərərli qazların miqdarının azaldılmasına imkan yaradacaq.
Bildirilib ki, Dünya Bankı və Azərbaycan hökumətinin birgə həyata keçirdiyi “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi üzrə işlər davam etdirilir. Layihəyə uyğun olaraq, Bakıda bərk məişət tullantılarının idarə olunmasına dair 20 illik strategiya hazırlanıb. Layihə çərçivəsində 41 qeyri-qanuni tullantı sahəsindən 360 min tondan çox tullantı təmizlənərək Balaxanı poliqonunda zərərsizləşdirilib.
Prezident İlham Əliyev Balaxanı məişət tullantılarının çeşidlənməsi zavodunun inzibati binasında yaradılan şəraitlə də tanış olub. Diqqətə çatdırılıb ki, zavod üç növbədə fəaliyyət göstərəcək və burada 172 nəfər işlə təmin olunacaq.
Dövlətimizin başçısı müəssisədə yaradılmış şəraitdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31

