Bakının Keşlə qəsəbəsində 328 nömrəli məktəbin yeni binasının açılışı olub
15.09.2012 [16:43]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olunub.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Məktəbin foyesində xalqımızın Ulu öndəri Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılıb.
Bildirilib ki, bu təhsil ocağının inşasına ötən ilin oktyabrında başlanılıb.
Dördmərtəbəli təhsil ocağının ümumi ərazisi 7,1 min kvadratmetrdir. Məktəbin binası yüksək keyfiyyətlə və müasir tələblər səviyyəsində inşa olunub. 640 şagird yerlik binada tədris, inzibati heyət və idarəetmə, sinifdən xaric məşğələlər, idman və şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradılıb. Bu il məktəbə 200 yeni şagird gələcək. Onların təlim-tərbiyəsi və təhsili ilə 20 pedaqoq məşğul olacaq. Məktəbdə 32 sinif otağı, fənn kabinetləri, zəngin kitab fonduna malik kitabxana yaradılıb. Şagirdlərin informasiya-kommunikasiya texnologiyaları ilə bağlı biliklərə yiyələnmələri üçün kompyuter sinfi yaradılıb.
Müxtəlif tədbirlərin keçiriləcəyi akt zalı və 200 nəfərlik yeməkxana da şagirdlərin istifadəsinə tam hazır vəziyyətə gətirilib. Bundan əlavə, şagirdlər üçün müzakirə zallarının, yeni innovasiya metodları ilə işləyən kabinetlərin olduğu məktəbdə dərs prosesinin interaktiv metodlarla idarə edilməsinə xüsusi diqqət yetiriləcək.
Təhsil ocağında məktəblilərin fiziki hazırlığı da diqqət mərkəzində saxlanılacaq.
Vurğulanıb ki, müasir qurğularla təmin edilən idman zalında mini-futbol, basketbol və idmanın digər növləri ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb.
Məktəbdə ibtidai hərbi hazırlıq kabineti də vardır. Təhsil ocağında biologiya, fizika, kimya fənninin əyani vəsaitlərlə öyrənilməsi məqsədilə laboratoriyalar, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün isə əmək otaqları yaradılıb.
Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni dərs ilində kollektivə uğurlar arzulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

